Məhkəmə qərarları › İş №2(046)-1550/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1550/2021

23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1550/2021 23.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Göyçay şəhərində 23 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29.08.2009-cu il tarixdə anadan olmuş, azyaşlı oğlu X1 üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə 27 avqust 2011-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində rəsmi nigah qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan 29.08.2009-cu il tarixdə X7 və 20.08.2014-cü il tarixdə X8 anadan olmuşdur. Göyçay rayon məhkəməsinin 12.11.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə 27 avqust 2011-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahımız pozulmuş, birgə nikahdan 29.08.2009-cu il tarixdə anadan olmuş X7 və 20.08.2014-cü il tarixdə anadan olmuş X8 Cavabdeh himayəsinə verilmiş, 29.08.2009-cu il tarixdə doğulmuş X4 və 20.08.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra 29.08.2009-cu il tarixdə doğulmuş X6 məhkəmə qətnaməsinə əsasən anasına verilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət edərək, məhkəmədən 29.08.2009-cu il tarixdə anadan olmuş X4 Cavabdeh alınaraq ona verilməsini xahiş etmiş, tələbi təmin edilmişdir. Cavabdeh himayəsinə verilmiş bir uşağın saxlanılması üçün ondan aliment tələb etdiyinə görə Göyçay rayon məhkəməsinin 12.11.2018ci il tarixli qətnaməsinə əsasən 20.08.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək hər ay saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment ondan tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Lakin himayəsində olan uşağın saxlanması üçün cavabdeh ona heç bir maddi köməklik göstərmir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, məhkəmənin qətnaməsinə əsasən 29.08.2009-cu il tarixdə anadan olmuş X7 İddiaçı himayəsində, 20.08.2014-cü il tarixdə anadan olmuş X8 isə Cavabdeh himayəsində saxlanılmış və X2 üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda İddiaçı azyaşlı oğlu X4 onun himayəsində saxlanıldığı əsas tutaraq, hesab edir ki, uşaqlardan biri onun, digəri isə cavabdehin himayəsində saxlandığından onun himayəsində saxlanılan oğlu üçün cavabdeh də aliment ödəməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Ona görə ki, İddiaçı cavabdeh Cavabdeh maddi vəziyyətinin iddiaçıda qalan uşağın saxlanması üçün yetərli olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda iddiaçının digər oğlunun onun himayəsində qaldığını əsas tutaraq cavabdehin də onun xeyrinə aliment ödəməli olduğu barədə göstərdikləri əsassızdır. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh bir uşağın saxlanması üçün 150 manat alimentin tutulmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı azyaşlı oğlu 29.08.2009-cu il tarixdə anadan olmuş X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar