Məhkəmə qərarları › İş №2(046)-1592/2021

Göyçay Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(046)-1592/2021

08.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Göyçay rayonu İş № 2(046)-1592/2021 08.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, kreditor Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «Qubadlı» X1 Borclu qarşı pulun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «Qubadlı» X1 Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək 2549.87 manatın tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «Qubadlı» X1 maliyə şöbəsi tərəfindən 19.05.2021-ci il tarixdə hərbi hissənin hərbi qulluqçularının aylıq pul müavinatları ödənilərkən texniki səhv üzündən hərbi hissənin sabiq hərbi qulluqçusu Borclu hesabına 2549.87 manat pul vəsaiti köüçürülmüşdür.Borclu həmin məbləğin qaytarılması barədə müraciət edilsə də borclu pulu qaytarmaqdan imtina etmişdir. KapitalBank ASC tərəfindən 19.05.2021-ci il tarixdə verilmiş mədaxil reyestrindən görünür ki, KapitalBank ASC-nin Fizuli filialına N nömrəli hərbi hissə tərəfindən may ayının mədaxil reyestrinə əsasən Borclu 21800507 hesabına 2549.87 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasına sadələşdirilmiş qaydada yol verilir və bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Təqdim edilmiş sübultlardan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «Qubadlı» X2 məxsus 2549.87 manat Borclu qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282-ci və 284-cü maddələrini rəhbər tutaraq ƏMR ETDİ: Göyçay rayonunun Şəhadət kəndində qeydiyyatda olan xx.xx.1993-cü il tarixdə anadan olmuş Borclu kreditor Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «Qubadlı» X1 xeyrinə 2549.87 manat tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar