Məhkəmə qərarları › İş №2(046)-163/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-163/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-163/2022 13.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı AtaSığorta ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq sığorta müqaviləsinə əsasən 353 manat məbləğində sığorta ödənişi və iddia ərizəsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 18.10.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “GAZ 33021” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 29.12.2017-ci il tarixdə “GAZ 33021” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Göyçay- Bərgüşad yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21063” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 353 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Göyçay RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi 04.01.2018-ci il tarixli, 196-326- 1218 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Təqdim olunmuş Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən göründüyü kimi Cavabdeh “B” kateqoriyasına aid edilən avtomobilləri idarə etmək hüququ olmuşdur. Hadisə zamanı Cavabdeh idarə etdiyi “GAZ 33021” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən icazə verilən maksimum kütləsi 3600 kq-dan artıq olan avtomobil olduğundan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “C” kateqoriyasına malik olan şəxslər tərəfindən idarə oluna bilər. Odur ki, yol-nəliyyat hadisəsinin baş verdiyi vaxt Cavabdeh “GAZ 33021” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. Buna görə də tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizə ilə müraciət edərək göstərmişdir ki, nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə əsasında idarə etdiyi ** BE *** dövlət qeydiyyat nişanlı GAZ 33021 markalı avtomobilin qeydiyyat şəhadətnaməsində həmin avtomobilin icazə verilmiş maksimal kütlə olan 3500 kq yazılmalı olduğu halda, şəhadətnaməni verən orqanın texniki səhvi ucbatından həmin kütlə 3600 kq göstərilmişdir. Lakin 04.07.2018-ci il tarixdə ** BE *** dövlət qeydiyyat nişanlı GAZ 33021 markalı avtomobilin AAN 494387 saylı qeydiyyat şəhadətnaməsini verən Dövlət orqanı həmin şəhadətnamədəki texniki səhvi düzəltmiş, bunun barəsində şəhadətnamədə düzəliş aparmışdır. Bu isə oz növbəsində o deməkdir ki, yol-nəqliyyat hadisəsi törədən zaman idarə etdiyi ** BE *** dövlət qeydiyyat nişanlı, GAZ 33021 markalı avtomobilin icazə verilən maksimal kütləsi 3500 kq olmuşdur, yəni “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə həmin avtomobili idarə etmək hüququ olmuşdur. Göründüyü kimi iddiaçı tərəf öz hüququndan suiistifadə edərək yol-nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfə ödədiyi və yaxud müqavilə əsasında ödəməli olduğu zərəri qanunsuz olaraq ondan təlb edir. Buna görə də tələbin rədd edilməsin məhkəmədən xahiş etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Sığorta aktından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 18.10.2017-ci il tarixdə 1 illik sığorta müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 29.12.2017-ci il tarixli Hesablama cədvəlindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ 21063 markalı **-XD-*** dövlət nömrə nişanlı avtomobilə 353 manat maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş 26.01.2018-ci il tarixli Sığorta Aktından görünür ki, 353 manat məbləğində sığorta ödənişi VAZ 21063 markalı **-XD-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X2 ödənilmişdir. Məhkəməyə təqdim edilmiş Ödəniş Tapşırıqından görünür ki, AtaSığorta ASC tərəfindən X1 hesabına 353 manat vəsait köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş X3 TYP142510 saylı 04.12.2017-ci il tarixli protokoldan görünür ki, Cavabdeh oğlu İXM-nin 327.1 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir Məhkəməyə təqdim edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, QAZ 33021 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Həmin şəhadətnamənin arxa hissəsində qeyd edilmişdir ki, Avtomobilin icazə verilmiş maksimum kütləsi 3500 kq hesab olsun. Məhkəməyə təqdim edilmiş ABN 263838 saylı sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh B kateqoriyası üzrə avtomobilləri idarə etməyə icazə verilmişdir. “B dərəcəli avtomobillərin çəkisi 3500 kq-a qədərdir” Məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, "xxxx" ASC Cavabdeh 29.12.2017-ci il tarixdə “GAZ 33021” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslar olmadan idarə edərək Göyçay-Bərgüşad yolunda yol-nəqliyyat hadisəsi törətməsi və həmin yol-nəqliyyat hadisəsi zamanə “VAZ 21063” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin "xxxx" ASC tərəfindən ödənildiyini əsas gətirərək Cavabdeh həmin ödənilmiş məbləği tələb edir. Məhkəmə baxışı zamanı məyyən edilmişdir ki, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində QAZ 33021 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Həmin avtomobilin maksimum kütləsi 3500 kiloqramdır. ABN 263838 saylı sürücülük vəsiqəsinə əsasən Cavabdeh B kateqoriyası üzrə avtomobilləri idarə etməyə icazə verilmişdir. B dərəcəli avtomobillərin çəkisi 3500 kq-a qədər müəyyən edilmişdir.Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 29.12.2017-ci il tarixdə avtomobili qanuni əsaslarla idarə etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi "xxxx" ASC Cavabdeh qarşı subroqasiya hüququ yaranmamışdır. Məhkəmə baxışı zamanı Cavabdeh 353 manat sığorta ödənişin tutularaq iddiaçıya ödənilməsinə əsas verə bilə heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 353 manat sığorta ödənişi tələbinə dair iddiası təmin edilməməlidir. Təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 353 manat sığorta ödənişi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar