Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Göyçay rayonu İş № 2(046)-1682/2022 14.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi X1, Kreditor Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək 6000 manat borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Göyçay rayon sakini Borclu ilə xx.xx.2019-cu il tarixdə Ağcabədi rayon notariat kontorunda kredit müqaviləsi bağlanmış, borclu məndən 8500 manat borc pul almış, həmin borcu xx.xx.2019-cu il tarixədək qaytaracağım öhdəsinə götürmüşdür. Həmin borcdan borclu 2500 manat ödəmiş, lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Borclu olduğu 6000 manat borcu hal-hazıradək qaytarmamışdır. Dəfələrlə borcludan borcun verməsini tələb etmiş, lakin borclu hər dəfə pulu verəcəyini bildirsə də borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasına sadələşdirilmiş qaydada yol verilir və bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Qeyd edilən Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, kreditorun məhkəməyə ərizə verərkən ödədiyi 100 manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunduğu üçün həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282-ci və 284-cü maddələrini rəhbər tutaraq ƏMRETDİ: ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1970-ci il tarixdə anadan olmuş Borclu Ağcabədi rayonu Avşar kəndində qeydiyyatında olan xx.xx.1965-ci ildə anadan olmuş Kreditor xeyrinə 6000 manat borc və 100 manat məbləğində dövlət rüsumu pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. X3
Məhkəmə qərarları › İş №2(046)-1682/2022
Göyçay Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(046)-1682/2022
14.07.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver