Məhkəmə qərarları › İş №2(046)-1690/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1690/2021

26.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1690/2021 26.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu Kreditor MMC-nin Borclu qarşı borcun tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəyə baxaraq MÜƏYYƏN ETDİ: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək Borclu 948 manat borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair əmr qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb məhkəmə belə hesab edir ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 276.1.-cı Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4.-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Kreditor məhkəmə əmri verilməsinə dair ərizəyə Borclu 1037 manat dəyərində məişət avadanlığın təhvil verilməsinə dair heç bir sübutu əlavə etməmişdir. Təqdim edilmiş sənədlərdən Borclu hansı formada kreditordan əmlak qəbul etdiyi məlum deyildir. Азярбайъан Республикасы МПМ-нин 276-ci maddəsinə əsasən isə Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Kreditorun qeyd edilən sənədi ərizəyə əlavə etməməsi həmin tələbin aşkar surətdə qanuni və əsaslı olmamasını, yəni MPM-nin 276-cı maddəsində nəzərdə tutulmuş əsasları aradan qaldırmış olur. Buna görə də ərizənin icraata qəbul edilməsindən imtina edilməli, kreditora isə tələblə bağlı müvafiq qaydada ərizəyə sənədlər əlavə etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə və MPM-nin 263, 264-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu qarşı borcun tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizə əlavə edilmiş sənədlərlə birgə kreditora qaytarılsın. Kreditora qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəmədə iddia qaldırmaq hüququ izah olunsun. Qərarddadan şikayət verilə bilməz. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar