Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1877/2022 30.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyindən azad edilmə tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə hər ay 100 manat məbləğində alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş X3 və X2 cavabdehin yanında saxlanılması, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə şikayəti təmin edilmiş, yetkinlik yaşına çatmayan X2 onun yanında saxlanılması, X3 isə cavabdehin yanında qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsindən görünür ki, birgə nikahdan anadan olmuş Ayşə Məsimli anasının, Həsən Məsimzadə isə onun yanında qalmaqla yaşayır. Həsən Məsimzadə onun yanında yaşamasına baxmayaraq onun saxlanma xərclərində Cavabdeh iştirak etmir. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Lakin buna baxmayaraq Ayşə Məsimlinin saxlanması üçün Göyçay rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğin alimentin cavabdehin xeyrinə tutulması davam etdirilir. Buna görə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş X3 və X2 cavabdehin yanında saxlanılması, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, yetkinlik yaşına çatmayan X2 İddiaçı yanında, X3 isə Cavabdeh yanında saxlanılması qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş X3 və X2 cavabdehin yanında saxlanılması, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, yetkinlik yaşına çatmayan X2 İddiaçı yanında, X3 isə Cavabdeh yanında saxlanılması qət edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahdan uşaqların birinin iddiaçının, digərinin isə cavabdehin yanında qaldığından, məhkəmə iddiaçının onun yanında qalmayan X4m yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin xeyrinə ödənilməli olan alimentdən azad edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun mənasından göründüyü kimi tərəflərin birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqlarının birinin iddiaçının, digərinin isə cavabdehin yanında yaşaması, iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşağı üçün maddi xərclərinin ödəməsi, cavabdehin himayəsində yaşayan uşağın saxlanması üçün ödəmək öhdəliyindən azad edir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı X1 üçün Cavabdeh xeyrinə ödəməli olduğu hər ay 100 manat alimenti xx.xx.2021-ci il tarixdən ödəməkdən azad edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası qanuna uyğun olduğundan təmin edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-658/2021 saylı qətnaməsi üzrə İddiaçı hazırda xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə ödəməli olduğu hər ay 100 manat aliment ödəməkdən xx.xx.2021-ci il tarixdən etibarən azad edilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1877/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1877/2022
30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver