Məhkəmə qərarları › İş №2(046)-198/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-198/2025

21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-198/2025 21.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 üçün onun yetkinlik yaşına çatanadək hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsininin e-2(046)-404/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasında bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 onun yanında, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 isə Cavabdeh yanında saxlanması, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Cavabdehin yanında yaşayan xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün cavabdehə hər ay aliment ödədiyinə baxmayaraq, cavabdeh onun yanında qalan birgə nikahdan anadan olmuş qızı X2 üçün ona heç bir maddi yardım göstərmir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, himayəsində yaşayan 5 yaşında azyaşlı uşağa baxdığından heç bir yerdə işləyə bilmir,qazanc əldə etmir. Valideyinlərinin yanında yaşayır, faktiki olaraq maddi cəhətdən valideyinlərindən asıldır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göyçay Rayon Məhkəməsininin e-2(046)-404/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 139 №-li qeyd ilə bağlanmış nikah pozulması, xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 İddiaçı yanında, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 isə Cavabdeh yanında saxlanması, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə baxışı zaman müəyyən olunmuşdur ki, Göyçay Rayon Məhkəməsininin e-2(046)-404/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ilə arasında bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 iddiaçının yanında, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 isə cavabdehin yanında saxlanması, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilmişdir. Hazıda iddiaçı himayəsində olan digər uşağın saxlanması üçün cavabdehdən aliment tələb edir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh himayəsində yaşayan azyaşlı uşağa qulluq edir, buna görə heç bir yerdə işləyə bilmir, bu səbəbdən müstəqil qazancı yoxdur. İddiaçının tələb etdiyi alimenti maddi imkanı olmadığından ödəmək iqtidarında deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Hazırki işin hallarından görünür ki, cavabdeh Cavabdeh aztəminatlı olduğundan məhkəmə qətnaməsinə əsasən onun xeyrinə bir uşağın saxlanması üçün İddiaçı aliment tutulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı himayəsində yaşayan digər azyaşlı uşağın saxlanması üçün Cavabdeh aliment tələb etməkdə haqlı deyildir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh alimentin tutulmasına əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar