Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-201/2025 06.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyindən azad edilmə tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə hər ay 193 manat məbləğində alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2017-ci il tarixdə X3 anadan olmuşdur. Cavabdeh “nikahın pozulması və aliment tələbinə" iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1072/2022 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsində 205 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 Cavabdeh yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Lakin məhkəmə qətnaməsi ilə xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 cavabdehin himayəsinə verilsə də, Zəhra Əlizadə onun yanında yaşayır. Azyaşlı Zəhranın bütün zəruri qayğıları ilə məşğul olur. Belə ki, Zəhra yaşadığı Yasamal rayonu ərazisində yerləşən xx.xx.2023-cü tarixdə 98 saylı uşaq baxçasına 15 sentyabr 2023-cü il tarixdə 286 nömrəli məktəbin 1-ci sinifinə daxil olub. Sinifdə əla qiymətlərlə oxuyur. Onun təhsili, sağlamlığı, dünya görüşü ilə bilavasitə özü, eləcə də anası məşğul olur. Qızı onun yanında özün çox xoşbəxt hiss edir. Ötən müddət ərzində qızı Zəhra cavabdehlə ünsiyyətdə olmaq istəməmiş, onun qayğılarından imtina etmişdir. 2 il 4 ay Zəhra onun yanında olmasına baxmayaraq, hər ay Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1072/2022 nömrəli qətnaməsi əsasında əmək haqqımdan aliment tutularaq cavabdehə ödənilir. Buna görə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1072/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı ilə birgə nikahdan anadan olmuş azyaşlı qızı xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 onun yanında saxlanması və bir uşağın saxlanması üçün hər ay 193 manat alimentin tutulması qət edilməsinə baxmayaraq iddiaçı azyaşlı qızını aparmış, hazırda azyaşlı qızı iddiaçının yanında yaşayır. İddiaçıdan tutulan alimentin ödənilməsindən azad edilməsinə etirazı yoxdur. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1072/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsində 205 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 Cavabdeh yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1072/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsində 205 №li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 Cavabdeh yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Daha sonra 2022-ci ilin noyabr ayında azyaşlı Zəhra İddiaçı yanında yaşamağa başlamışdır. Hazırda tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşaqları iddiaçının yanında yaşayır, onun təlim-tərbiyəsi, təhsili ilə iddiaçı və iddiaçının anası məşqul olur. Cavabdeh isə azyaşlı qızının iddiaçının yanında yaşamağına etirazı olmadığını bildirmişdir. Buna görə də məhkəmə, cavabdehin yanında yaşayan azyaşlı uşağın 2022-cü ilin noyabr ayından iddiaçının yanında yaşadığını əsas götürərək, iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin ödənilməsindən azad edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası qanuna uyğun olduğundan təmin edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1072/2022 saylı qətnaməsinə əsasən azyaşlı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay tutulan 193 manat aliment öhdəliyindən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-201/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-201/2025
06.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver