Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2038/2021 06.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu Kreditor MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu 1472 manat əsas kredit borcun və 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb məhkəmə belə hesab edir ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 276.1.-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.1. Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4.-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor Borclu ilə bağlanmış müqavilə üzrə pretenziya qaydasına əməl etməmiş, pretenziya qaydasında bildirişin Borclu göndərilib-göndərilməməsi, eləcə də həmin bildirişin təqdim edilib-edilməməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizə geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş əsaslarla icraata qəbul edilməsindən imtina edilməli, kreditora isə tələblə bağlı qeyd edilən tələblərə əməl edilməklə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Kreditor MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Ərizə əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizəçiyə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2038/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2038/2021
06.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver