Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2073/2021 30.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, alimentdən azad olunması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24.01.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə birgə nikahdan 13.07.2015-ci il tarixdə X9 və 24.01.2014-cü il tarixdə X6 anadan olmuşdur. Lakin sonradan münasibətləri pozulduğuna görə 11.12.2017-ci il tarixli Göyçay rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında nikah pozulmuş, birgə nikahdan anadan olmuş X9 və X6 cavabdehin yanında saxlanılmış və 2 uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat cəmi 200 manat ondan aliment tutulması qət edilmişdir. X13 həmin tarixdən yanında qalır, uşağın bütün qayğılarını özü çəkir, günəmuzd fəhlə işləyir, cavabdehin yanında qalan qızı X6 üçün aliment ödəyir. Bundan başqa oğlu Ömər anadangəlmə 3-cü dərəcəli daxili hidrosfaliya (beyinə su gəlmə) xəstəliyindən əziyyət çəkir, daimi olaraq müalicəyə ehtiyacı vardır. Uşağın müalicəsinə daha çox vəsait tələb olunur. Bundan başqa Göyçay rayon məhkəməsinin 31.10.2018- ci il tarixli qətnaməsi ilə 13.07.2015-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə ödəməli olduğu 100 manat aliment ödəməkdən azad edilmişdir. Hazırda yenidən evlənmiş, 29.06.2021-ci il tarixdə oğlu X10 anadan olmuşdur. Hazırda himayəsində iki uşağı var buna görə də 24.01.2014-cü il tarixdə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə ödəməli olduğu 100 manat aliment ödəyə bilmir. Buna görə də tələbinin təmin edilməsin xahiş edir. Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, tərəflərin birgə nikahdan iki uşaqları anadan olmuşdur. Uşaqların biri iddiaçının digəri isə cavabdehin himayəsində yaşayır, cavabdeh heç bir yerdə işləmir, azyaşlı uşağını iddiaçının ödədiyi aliment ilə saxlayır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 13.07.2015-ci il tarixdə anadan olmuş (hazırda iddiaçının himayəsində yaşayan) X12 oğlunun saxlanması üçün Cavabdeh xeyrinə ödəməli olduğu 100 manat alimenti ödəməkdən azad edilmişdir. İddiaçı azyaşlı oğlu X7 onun himayəsində, qızı X3 cavabdehin himayəsində saxlanıldığını, X12 oğlunun mütəmadi olaraq müalicəyə ehtiyacı olduğunu əsas tutaraq, hesab edir ki, uşaqlardan biri onun, digəri isə cavabdehin himayəsində saxlandığından və uşaqlar üzərində hüquq və vəzifələri bərarbər olduğundan, Cavabdeh himayəsində saxlanılan digər uşağı X1 üçün cavabdehin xeyrinə tutulan alimentdən azad edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Ona görə ki, uşaqlar üzərində valideyinlərin hüquq və vəzifələri bərabər olduğuna baxmayaraq, uşaqların saxlanması üçün aliment tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla, azaldıla və artırıla bilər. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, xeyrinə aliment tutulan Cavabdeh heç bir yerdə işləmir, azyaşlı qızı X5 iddiaçının ödədiyi 100 manat aliment pulu ilə saxlayır. İddiaçı isə fərdi əməklə məşqul olur, qazanc əldə edir, aliment ödəməyə maddi imkanı çatır. Məhkəmə baxışı zamanı İddiaçı Göyçay rayon Məhkəməsinin 11.12.2017-ci il tarixli qətnaməsi ilə azyaşlı qızı X1 üçün müəyyən edilmiş hər ay 100 manat məbləğində Cavabdeh xeyrinə tutulan alimentin ödənilməsindən azad olunmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun mənasından göründüyü kimi məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh maddi vəziyyətində hər hansı bir dəyişikliyin olması və bu dəyişikliyin onun uşağın saxlanılması üçün Cavabdeh xeyrinə tutulan alimentdən azad olunmasına səbəb ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. İddiaçı Göyçay rayon Məhkəməsinin 11.12.2017-ci il tarixli qətnaməsi ilə azyaşlı qızı X1 üçün Cavabdeh xeyrinə tutulan hər ay 100 manat sabit pul məbləğində alimentin ödənilməsindən azad edilməsi barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2073/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2073/2021
30.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver