Məhkəmə qərarları › İş №2(046)-22/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-22/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-22/2021 21.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh8 və Cavabdeh5 qarşı kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi cavabdehin qeyriyaşayış sahəsinin boşaldılması, həmin əmlakın açıq hərracda satılması tələbinə dair mülki işə Göyçay şəhərində 21 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 026R********** saylı kredit razılaşması üzrə 14090,16 ABŞ dolları məbləğində kredit borcu, 1903,50 ABŞ dolları məbləğində faiz borcu və 3251,71 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 19245 (on doqquz min iki yüz qırx beş) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2, X2 və Cavabdeh5 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi qismində izahat vermiş X7 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17.04.2015-ci il tarixli 026L**********05 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.04.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 25.11.2015-ci il tarixli 026R**********S saylı sazişə əsasən 21.04.2015-ci il tarixli kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 25.11.2015-ci il tarixdən aylıq 1.5% dərəcəsi ilə faizlər hesablanır və ödəniş məbləğləri və öddəniş tarixləri yeni ödəniş planına uyğun olaraq dəyişdirilir. Sazişin 3-cü bəndinə əsasənkredit alanın yeni ödəniş planı üzrə ödənişləri gecikdirildiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olduqda bank yeni ödəniş planı üzrə hər bir ay üçün kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə müvafiq ay uçun bu saziş ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsinin fərq, qədər faiz dərəcəsi, tətbiq etməklə cərimə hesablayaraq kredit alandan tələb edə bilər və bu halda kred. alan həmin cərimən, banka ödəməlidir. Sazişin 4-cü bəndin, əsasən xarici valyutada verilmiş kredit uzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka etməlidir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.12.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 909,84 ABŞ dolları ödəmiş, onun 14090,16 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün 26.04.2016-cı il tarixə 127 gün üçün hesablanmış faiz borcu 1903,50 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 iddiaçı ilə bağladığı 17.04.2015-ci il tarixli 026M**********02 saylı ipoteka müqaviləsi (Göyçay rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzili idiaçmm xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən 7 saylı reyestr kitabının 88 saylı vərəqində qeydiyyata alınmış RX ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş üzrə cavabdeh - ipoteka verən İsmayılov Sayəddin Xəlil oğlu 19.05.2015-ci il tarixdə vəfat etmişdir. Göyçay Rayon Notariat Ofisinə mərhum İsmayılov Sayəddin Xəlil oğlunun vərəsələrinin olub-olmaması, vərəsələri tərəfindən ona məxsus olmuş hər hansı əmlakın qəbul edilib-edilməməsi və ya vərəsələr tərəfindən miras əmlakın qəbulundan imtina edilib- edilməməsi barədə məlumat verilməsi barədə 21.05.2020-ci il tarixli 133 saylı sorğu verilmiş, 09.06.2020-ci tarixli 464 saylı sorğuya cavab məktubu verilərək qeyd edilən şəxs barəsində vərəsəlik işinin açılmaması müəyyən edilmişdir. Göyçay rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin 36 saylı 10.04.2019-cu il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, ünvan 1 7 saylı mənzildə yaşamış mərhum İsmayılov Sayəddin Xəlil oğluna məxsus olmuş fərdi yaşayış evində hal-hazırda aşağıda adları göstərilən ailə üzvləri yaşayır: yoldaşı- Cavabdeh7-1954, oğlu - Cavabdeh6-1976, oğlu - Cavabdeh1 – 1979, oğlu - Cavabdeh2 – 1983, gəlini - X1- 1981, qardaşı yoldaşı - Cavabdeh5 – 1956. İş üzrə Cavabdeh4 26.04.2020-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də zamin Cavabdeh4 qarşı bankın iddiası yoxdur. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 17.04.2015-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 17.04.2015-ci il tarixli, 20.04.2015-ci il tarixli və 25 noyabr 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, 17.04.2015-ci il tarixli kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə İsmayılov Sayəddin Xəlil oğlu, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh8 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 21.04.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.8333 faiz olmaqla 36 ay müddətinə 15000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 25.11.2015-ci il tarixli sazişdən görünür ki, 21.04.2015ci il tarixli 026R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş 10.05.2016-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26.04.2016-ci il tarixə İddiaçı QSC-yə 026R********** saylı kredit razılaşması üzrə 14090.16 ABŞ dolları məbləğində əsas borc, 1903.50 ABŞ dolları məbləğində faiz borcu, 3251.71 ABŞ dolları cərimə borcu olmaqla cəmi 19245.37 ABŞ dolları kredit borcu vardır. Məhkəməyə təqdim edilmiş 17.04.2015-ci il tarixdə bağlanmış 026M**********02 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi İsmayılov Sayəddin Xəlil oğlu ilə ipoteka müqaviləsi bağlanmış, İsmayılov Sayəddin Xəlil oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilini ipoteka ilə yüklü etmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, cavabdeh İsmayılov Sayəddin Xəlil oğluna məxsus ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş bildirişdlərdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizələr Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişlərə əsasən ipoteka predmetləri olan daşınmaz əmlaklaraa tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş təsdiqetmə bildirişlərinə əsasən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Sayəddin Xəlil oğlu 19.05.2015-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Mənzil İstismar Sahəsinin 03.03.2021-ci il tarixli arayışına əsasən ünvan 1 7 saylı mənzildə yaşamış mərhum İsmayılov Sayəddin Xəlil oğluna məxsus olmuş fərdi yaşayış evində hal-hazırda aşağıda adları göstərilən ailə üzvləri yaşayır: yoldaşı- Cavabdeh7, oğlu - Cavabdeh6, oğlu - Cavabdeh1, oğlu - Cavabdeh2, qızı X5. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh İsmayılov Sayəddin Xəlil oğlu mülkiyyətində olan ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilini İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa həmin müqavilənin təminatı kimi cavabdehlər İsmayılov Sayəddin Xəlil oğlu, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh8 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 kredit razılaşmaları üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, İddiaçı QSC həmin borcun ipoteka ilə yüklü edilmiş İsmayılov Sayəddin Xəlil oğlunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “xxxx” MMC tərəfindən verilmiş 14.04.2021-ci il tarixli 07-21 saylı rəydən görünür ki, ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinin bazar dəyəri 23000 manat, likvid dəyəri isə 17000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 17.08.2017-ci il tarixli 7999 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka 17.04.2016-cı il tarixli kredit razılaşması üzrə 14090 ABŞ dolları əsas kredit borcu, 1903 ABŞ dolları faiz borcu, 3251 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 19244 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizaların xərci 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehlərdən 17.04.2016-cı il tarixli kredit razılaşması üzrə 3251.71 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq kredit razılaşmaları dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və dəbbə pulunun 51.71 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı və 50 manat ekspertiza xərci Cavabdeh1 aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 026R********** saylı kredit razılaşması üzrə 14090 ABŞ dolları məbləğində kredit borcu, 1903 ABŞ dolları məbləğində faiz borcu və 51,71 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 16044.71 ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İsmayılov Sayəddin Xəlil oğluna məxsus ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilə yönəldilməli, ipoteka predmentinin ilkin satış qiyməti 23000 manat, likvid dəyəri 17000 manat məbləğində müəyyən edilməli, qeyriyaşayış sahəsi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin daşınmaz əmlak boşaldılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 14090 ABŞ dolları məbləğində kredit borcu, 1903 ABŞ dolları məbləğində faiz borcu və 51,71 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 16044.71 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. Tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İsmayılov Sayəddin Xəlil oğluna məxsus ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinə yönəldilsin, mənzilin ilkin satış qiyməti 23000 manat, likvid dəyəri isə 17000 manat məbləğində müəyyən edilsin, qeyd edilən daşınmaz əmlak açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin. Qeyd edilən daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılsın. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar