Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2232/2024 19.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentdən və aliment üzrə yaranmış borcdan azad etmə tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinə əsasən ondan tutulan alimentin və aliment üzrə yaranmış borcdan azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddiaçı X1 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərilmiş, lakin cavabdehin eyniləşdirmə məlumatları, həmçinin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar göstərilməmişdir. Göyçay rayon Polis şöbəsinin 19 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh oğlu barəsində Göyçay rayon ərazisində pasport qeydiyyatda olmasına dair məlumat mövcud deyildir. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh barəsində eyniləşdirmə məlumatlarının iddia ərizəsində göstərilməməsi iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməsi kimi qiymətləndirilməli, iddia ərizəsi və ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırıb təkrarən məhkəmə aidiyyatı üzrə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı alimentdən və aliment üzrə yaranmış borcdan azad etmə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X3 tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 manat dövlət rüsumu iddiaçı X2 qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2232/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2232/2024
19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver