Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-24/2024 01.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Atəşgah Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Atəşgah Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 406 manat pulun, 20.40 manat ödənilmiş dövlət rusumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X7 29 noyabr 2019-cu il tarixdə saat 18:10-da sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi qardaşı X1 mülkiyyətində olan və İddiaçı Sığorta Şirkətində sığortalanan “VAZ 21063" markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Ucar avtomobil yolu ilə hərəkətdə olarkən Göyçay rayonunun Üngültlü kəndi ərazisindən keçən hissəsində avtomobili 60 km/saatdan çox sürətlə idarə edərək X3 mülkiyyətində olan X2 idarə etdiyi “QAZ 270710” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə tuqqquşmuşdur. X4 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1 (046)-31/2020 nömrəli cinayət işi üzrə Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək barəsində müvafiq cəza təyin edilmişdir. Cavabdeh “QAZ 270710” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə sığorta ödənişinin verilməsi ilə bağlı İddiaçı SŞ ASC-yə müraciət etmişdir. 24 dekabr 2020-ci il tarixli Sığorta aktına və 24 dekabr 2020-ci il tarixli Ödəniş tapşırığına əsasən xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatına uyğun olaraq “QAZ 270710” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 812 manat sığorta ödənişi Cavabdeh verilmişdir. Lakin Göyçay rayon Məhkəməsinin icraatına olan cinayət işi üzrə Cavabdehda təqsirləndirlən şəxs qismində cəlb olunduğu müəyyənolunmuş və barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (046)-31/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmü ilə müvafiq cəza verilmişdir. Belə ki Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun” 69-cu madəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanun tələblərinə riayət etməməsi səbəbindən X4 idarə etdiyi avtomobillə toquşmuşdur. Göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsində hər iki nəqliyyat vasitələrinin sürücüləri təqsirli bilinmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı Atəşgah Sığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 263.2.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 263.2.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs X5 Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 4 (dörd) il 06 (altı) ay müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilməmiş saxlanılmışdır. Sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi məyyən edilmiş 812 manat dəymiş ziyanın Cavabdeh ödənilməsi qərara alınmışdır. Ödəniş tapşırığından görünür ki, 812 manat pul vəsaiti İddiaçı Atəşgah Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ********* nömrəli Zalatoy Korona ödəniş qəbzindən görünür ki, X8 tərəfindən Cavabdeh 4287 manat pul göndərilmiş, 12.86 manat komissiya haqqı tutulmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, X8 tərəfindən Şirvan Regional vəkil bürosuna 310 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının İcbari Sığortalar Haqqında Qanunun 58.3-2-ci maddəsinini tələblərinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinəəsasən, əsassı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: X7 29 noyabr 2019-cu il tarixdə saat 18:10-da sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi qardaşı X1 mülkiyyətində olan və İddiaçı Sığorta Şirkətində sığortalanan “VAZ 21063" markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Ucar avtomobil yolu ilə hərəkətdə olarkən Göyçay rayonunun Üngültlü kəndi ərazisindən keçən hissəsində avtomobili 60 km/saatdan çox sürətlə idarə edərək X3 mülkiyyətində olan X2 idarə etdiyi “QAZ 270710” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə tuqqquşmuşdur.X4 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(046)-31/2020 nömrəli cinayət işi üzrə Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək barəsində müvafiq cəza təyin edilmişdir.Bundan sonra Atəşgah Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh istifadəsində olmuş “QAZ 270710” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 812 manat zərər cavabdehə ödənilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs X5 Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 4 (dörd) il 06 (altı) ay müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı Atəşgah Sığorta Şirkəti ASC Cavabdeh 812 manat sığorta ödənişi etmiş, sonradan iddiaçıya cavabdehin də təqsirli olduğu müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hər iki sürücü təqsirli olduğundan, 812 manat zərərin yarısı Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Beləliklə cavabdeh iddiaçının vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 20.40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 406 manat pul və 20.40 manat ödənilmiş dövlət rusumu alınaraq İddiaçı Atəşgah Sığorta Şirkəti ASC-yə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 406 manat pul və 20.40 manat ödənilmiş dövlət rusumu alınaraq iddiaçı Atəşgah Sığorta Şirkəti ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-24/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-24/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver