Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2415/2023 20.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 05865 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətli, 2000 manat məbləğində aylıq 2,58 faiz olaraq kredit verilmişdir. İddiaçı "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1699 manat 72 qəpik əsas borc, 439 manat 09 qəpik faiz borcu, 175 manat 14 qəpik cərimə borcu, 84 manat 98 qəpik Konstitusiya Məhkəməsinin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla faiz borcu, cəmi 2398 manat 93 qəpik məbləğində pulun və ödənilmiş 43 manat 98 qəpik məbləğində dövlət rüsumunun ödənilməsini,həmin məbləğin cavabdehə məxsus «WARMHAUS24 KV” istilik sistemi və aksessuarlara yönəldilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlərə iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduqları yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə və poçt göndərişinin izlənilməsi barədə çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə bildiriş Cavabdeh2, xx.xx.2023-cü il tarixdə isə Cavabdeh1 çatdırılmış, cavabdehlərin bildiriş rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 05865 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 12 ay müddətinə, illik 2,58 % dərəcəsi olmaqla 2000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 1699 manat 72 qəpik əsas borc, 439 manat 9 qəpik faiz borcu, 175 manat 14 qəpik cərimə borcu, müqavilə müddəti bitdikdən sonrakı faiz borcu 84 manat 98 qəpik olmaqla, ümumilikdə 2398 manat 93 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-i ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh1 kredit müqaviləsi ilə aldıqlarını iddiaçı "xxxx" MMC-nə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2021ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 iddiaçı "xxxx" MMC-i qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1699 manat 72 qəpik əsas borc, 439 manat 9 qəpik faiz borcu, 175 manat 14 qəpik cərimə borcu, 84 manat 98 qəpik Konstitusiya Məhkəməsinin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla faiz borcu, cəmi 2398 manat 93 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməli,iddia bu hissədə təmin olunmalıdır. İddianın cavabdehə məxsus «WARMHAUS 24 KV» istilik sistemi və aksessuarlara yönəldilməsi hissəsi məhkəmə hesab edir ki,təmin olunmamalıdır.Belə ki,iddiaçı "xxxx" MMC-i kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq cavabdehlərlə girov və ya ipoteka müqaviləsinin bağlanmasını təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmiş,ona görə də iddia bu hissədə əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 05865 saylı kredit müqaviləsi üzrə 1699 manat 72 qəpik əsas borc, 439 manat 9 qəpik faiz borcu, 175 manat 14 qəpik cərimə borcu, 84 manat 98 qəpik Konstitusiya Məhkəməsinin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla faiz borcu, cəmi 2398 manat 93 qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-nə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 44 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-2415/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2415/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver