Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2652/2025 10.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı icarə müqavilələrinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 13 saylı X2 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X1 ilə ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan fiziki şəxs vətəndaş Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 17 nömrəli icarə müqavilələrinin ləğv edilməsi və Cavabdeh icarə müqaviləsi əsasında istifadəsinə verilmiş Ağzıbir meşəbəyliyinin 14-cü kvartalının 19, 20, 21 -ci bölmələrindən ümumilikdə verilmiş 30 ha torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı icarə müqavilələrinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2652/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2652/2025
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver