Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-956/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbində dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-876/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1100 (min yüz) manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 5900 (beş min doqquz yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-876/2022 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh 1100 (min bir yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İlkin iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tanışı Cavabdeh 5500 (beş min beş) yüz manat borc pul vermiş, Əli həmin puldan bir dəfə- 3400 (üç min dörd yüz) manat və başqa bir dəfədə isə 1000 (min) manatını geri qaytarmışdır. Hal hazırda Əlinin ona 1100 (min yüz) manat pul borcu qalmışdır. Əlidən pulunu geri ala bilmədiyindən, məcbur qalıb Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis böməsinə müraciət etmişdir. Polis bölməsinə çağırılan Əli ona olan borcunu səmimi etiraf etmiş və izahatında göstərmişdir. Əli borcunu hissə-hissə tezliklə verəcəyini bildirsə də, 2022-ci ilin yanvar ayından bu vaxta qədər heç bir ödəniş etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xırda buynuzlu heyvanlar saxlamaqla təsərrüfatla məşğuldur. 2017-ci ildə Samux Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən dörd yüz hektar örüş sahəsi on beş il müddətinə onun oğlu X1 icarəyə verilmişdir. İddiaçı 2021-ci ilin avqust ayında ona yaxınlaşaraq qış otlaq sahəsini altı ay müddətinə (mövsümlük) kirayə istədiyini bildirmiş,o, Aqillə 7000 (yeddi min) manata razılaşmışlar. Aqil ona əvvəlcədən 5500 (beş min beş yüz) manat ödəniş etmiş, sonradan Aqil yatağı götürməkdən imtina etmiş və ona verdiyi pulu geri tələb etmişdir. Həmin vaxt Aqil onun üstünə bıçaq çəkmiş, o da qorxduğundan 3400 (üç min dörd yüz) manatı Aqilə qaytarmış, Aqildən aralandıqdan sonra Aqildən polisə şikayət etmiş, polisin təkidi ilə əlavə 1000 (min) manatı da Aqilə qaytarmışdır. Aqil hazırda onu hədələyərək qalan 1100 (min bir yüz) manatı da ondan istəyir və bu barədə ona qarşı məhkəmədə iddia qaldırmışdır. Belə olduğu halda, o, İddiaçı mövsümlük razılaşdıqları 7000 (yeddi min) manatdan 5900 (beş min doqquz yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı onun oğlu Seymura məxsus olan qış otlaq sahəsini onunla (cavabdehlə) danışaraq mövsümi icarəyə götürməli olduğu halda, icarəyə götürməməklə ona vurduğu 7000 (yeddi min) manat miqdarda ziyanın 5900 (beş min doqquz yüz) manatını ödəməlidir. Şahid qismində 03 noyabr 2022-ci il tarixli birinci instansiya məhkəmə iclasında ifadə verən X3 ifadəsində Gəncə şəhəri 3-cü Polis bölməsində 3-cü polis sahəsinin rəisi vəzifəsində xidmət keçdiyini, Cavabdeh polis şöbəsində gördüyünü, Əlinin həmin vaxt Aqilə borcunun olduğunu etiraf edərək həmin borcdan 1000 (min) manat pulu onun iştirakı ilə qaytardığını və qalan 1000 (min) manatı isə hissə-hissə qaytaracağını bildirdiyini göstərmişdir. Şahid qismində 03 noyabr 2022-ci il tarixli birinci instansiya məhkəmə iclasında ifadə verən X2 ifadəsində Aqilin onunla birlikdə yataq alıb təsərrüfat aparmaq istədiyini, ona Cavabdeh yatağı olduğunu dediyini, Aqilin Əlinin yatağına baxdığını, sonra Aqilin Əli ilə razılaşdığını və Əliyə 5500 (beş min beş yüz) manat pulu verdiyini, iki-üç gün sonra Aqilin yeni aldığı yatağa baxdığını və orada Əlinin heyvan sürüsünü gördüyünü, sonra Aqilin Əlini danışığa çağırdığını, Aqillə Əli danışdıqları zaman Əlinin acıqlı halda yatağı verməkdən imtina etdiyini və bu zaman Aqilin pulunun geri istədiyini, Əlinin 3400 (üç min dörd yüz) manatı onun yanında qaytardığını və qalan puldan onun xəbəri olmadığını göstərmişdir. Mülki iş materiallarında olan: Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 316-4788-1222 nömrəli məktubundan görünür ki, Cavabdeh Gəncə şəhər 3-cü Polis Bölməsinə dəvət olunmuşdur. Cavabdeh İddiaçı olan 1100 (min yüz) manat pul borcu olduğunu təsdiqləmiş və həmin pulu hissə-hissə qaytaracağını bildirmişdir. Samux rayon İcra Hakimiyyəti Başçısının Sərəncamından xx.xx.2017-ci il tarixli, 17 nömrəli sərəncamından görünür ki, Samux rayonu “Boz dağ” massivində 61 saylı qış otlaq sahəsindən orta ot örtüyünə malik, suvarılmayan, 850 baş tutumu olan, 400 hektar örüş sahəsi ayrılaraq qoyunçuluqla məşğul olmaq üçün Kəlbəcər rayonunda məcburi köçkün düşmüş Cavabdeh 15 il müddətinə icrarəyə verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı 2021-ci ci ilin sentyabr ayından adekabr ayına kimi icarəyə verdiyi sahəni və 100 manatlıq fermanı məşğul edərək 4 (dörd) aydan sonra özü bahanə edib çıxıb getmiş və 4400 (dörd dörd yüz) manat pulunu geri almışdır. Məhkəmə İddiaçı dörd ay istifadəsində olan sahəsindən istifadə etməsini nəzərə almamışdır. Həmçinin, oğlu Seymurun adına 1100 manat dövlətə vergi ödəmişlər. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərilən xüsusatlara oxşar izahat verərək bildirdi ki, 2017-ci ildə Samux Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən dörd yüz hektar örüş sahəsi on beş il müddətinə onun oğlu X1 icarəyə verilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı da təsərrüfatla məşğul olur və mal-qaraları olmuşdur. Belə ki, İddiaçı 2021-ci ilin avqust ayında ona yaxınlaşaraq qış otlaq sahəsini altı ay müddətinə mövsümlük kirayə istədiyini bildirmiş, o, Aqillə 7000 (yeddi min) manata şifahi razılaşmışlar. Aqil ona əvvəlcədən 5500 (beş min beş yüz) manat ödəniş etmiş, sonradan Aqil həmin sahəni götürməkdən imtina etmiş və ona verdiyi pulu geri tələb etmişdir. Həmin vaxt Aqil ona hədə-qorxu gəldiyindən 3400 (üç min dörd yüz) manatı Aqilə qaytarmış, Aqildən aralandıqdan sonra Aqildən polisə şikayət etmiş, polisin təkidi ilə əlavə 1000 manat məbləğində pulu da İddiaçı qaytarmışdır. İddiaçı hazırda onu hədələyərək qalan 1100 (min bir yüz) manatı da ondan istəyir. O, İddiaçı qalan 1100 (min bir yüz) manatı qaytarmaq istəmir, o, həmin 1100 manatı vergi olaraq dövlət büdcəsinə ödəmişdir. Həmçinin, həmin vergi onun oğlu Seymurun adına ödənilmişdir. Bundan əlavə qarşılıqlı iddia üzrə cavabdeh onun torpaq sahəsini məşğul etməklə ona zərər vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, o, fərdi qaydada heyvandarlıqla məşğuldur və heyvandarlıq təsərrüfatına malikdir. Tanışı Cavabdeh Seymur Dünyamalıyevin qanuni sahibliyində olan, Samux rayonu ərazisində yerləşən 400 hektar qış otlaq sahəsini həmin ilin payız-qış mövsümü üçün subicarəyə verdiyi üçün 2021-ci ilin sentyabr ayının 26-da, o, Gəncə şəhəri ətrafındakı heyvan bazarında Cavabdehlə görüşmüş və icarə şərtlərini öz aralarında şifahi razılaşmışlar. 2021-ci ilin oktyabr ayının 6-da, o, Cavabdehlə birlikdə gedib razılaşdıqları yatağa baxmış, həmin gün Cavabdeh aralarındakı şifahi razılaşma əsasında 5500 (beş min beş) yüz manat pul vermiş, Əli də ona bildirmişdir ki, həmin gündən qış otlaq sahəsini onun istifadəsinə verir. O da öz heyvanlarını həmin əraziyə aparmış və görmüşdür ki, Əlinin özünün çobanları həmin sahəni otarırlar. Bir neçə gün eyni qayda ilə davam etmiş, nəhayət, Əli ilə aralarındakı razılaşmanı pozmuşlar. Əli həmin puldan bir dəfə 3400 (üç min dörd yüz) manat və başqa bir dəfə isə 1000 (min) manatını, cəmi 4400 (dörd min dörd yüz) manat pulunu geri qaytarmışdır. Hal-hazırda Əlinin ona 1100 (min yüz) manat pul borcu qalmışdır. Əlidən pulunu geri ala bilmədiyindən, məcbur qalıb Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis böməsinə müraciət etmişdir. Polis bölməsinə çağırılan Əli ona olan borcunu səmimi etiraf etmiş və izahatında göstərmişdir. Əli borcunu hissə-hissə verəcəyini bildirsə də, 2022-ci ilin yanvar ayından bu vaxta qədər heç bir ödəniş etməmişdir. Həmin torpaq sahəsinin isə Əlinin oğlu olan Seymurun adına olmasını isə bilməmişdir. Çünki, aralarındakı razılaşma şifahi olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, qətnamədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslılığı həmin hissə üzrə yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, Cavabdeh 2017-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən X1 icarəyə verilmiş dörd yüz hektar örüş sahəsini İddiaçı 2021-ci il üçün payız-qış mövsümü üçün 5500 manat məbləğində subicarəyə vermiş, lakin daha sonra aralarında olan narazılığa görə qarşılıqlı iddia üzrə cavabdeh həmin örüş sahəsindən imtina etmiş və Cavabdeh verdiyi pulu geri istəmişdir. Sonuncu isə ümumilikdə 4400 manat məbləğində pulu qaytardığını etiraf etmiş, ancaq qalan 1100 manat məbləğində pulu isə həmin torpaq sahəsi üçün dövlətə vergi ödədiyini bildirmişdir. Hazırda qarşılıqlı iddiaçı iddia edir ki, onun oğlu Seymur Dünyamalıyevə icarə müqaviləsi əsasında məxsus olan qış otlaq sahəsini qarşılıqlı cavabdeh İddiaçı mövsümi icarəyə götürməli olduğu halda, icarəyə götürməməklə ona vurduğu 7000 (yeddi min) manat miqdarda ziyanın 5900 (beş min doqquz yüz) manatını ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Qarşılıqlı iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri maddi zərərin ödənilməsi ilə bağlı münasibətlərdir. Ona görə də bu mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı cavabdehin onun oğlu Seymur Dünyamalıyevə icarə müqaviləsi əsasında məxsus olan qış otlaq sahəsini qarşılıqlı razılıq əsasında mövsümi icarəyə götürməli olduğu halda, icarəyə götürməməklə ona vurduğu 7000 (yeddi min) manat miqdarda ziyanın 5900 (beş min doqquz yüz) manatını cavabdehdən əldən çıxmış fayda qismində zərər tələb etsə də, əldən çıxmış faydanın real olmasını sübut edə bilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı cavabdehin 2021-ci ildə oğlu Seymur Dünyamalıyevə icarə hüququ əsasında məxsus olan qış otlaq sahəsini qarşılıqlı şifahi razılaşmaya əsasən 7 min manata 1 illik subicarəyə götürməyə razılaşdığı halda sonradan onun razılaşmadan imtina etməsi nəticəsində həmin qış otlaq sahəsini başqa şəxslərə subicarəyə verə bilmədiyini iddia etsə də, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh 2017-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən X1 icarəyə verilmiş dörd yüz hektar örüş sahəsini aralarındakı şifahi razılaşmaya əsasən qarşılıqlı İddiaçı 2021-ci il üçün mövsümü olaraq istifadə etməklə 7000 manata razılaşsalar da, sonuncu qarşılıqlı iddiaçıya ilkin olaraq 5500 manat vermiş, lakin daha sonra aralarında olan narazılığa görə qarşılıqlı iddia üzrə cavabdeh həmin razılaşmadan imtina etmiş və qarşılıqlı iddiaçı həmin aldığı 5500 manat pulun 4400 manatını İddiaçı geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh oğlu Seymur Dünyamalıyevə icarə müqaviləsi əsasında məxsus olan qış otlaq sahəsini cavabdeh subicarəyə götürməməsi nərticəsində əldən çıxmış fayda qismində zərər çəkməsinin real olmasını sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddianın sübut edilməməsi əsası ilə qarşılıqlı iddianı təmin etməmişdir. Buna görə də Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-876/2022 saylı qətnaməsindən iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-876/2022 saylı qətnaməsi yoxlanılan hissədə, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-956/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-956/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver