Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2677/2025 08.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2012-ci il tarixdə doğulmuş X3 və 08 oktyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay uşaqların hər birinə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli miqdarında sabit pul məbləğində alimentin iddia ərizəsi məhkəməyə verildiyi tarixdən başlayaraq Cavabdeh tutularaq ona verilməsi və ödədiyi 60 manat mediasiya xərcinin və hüquqi yardım almaq üçün vəkilə ödədiyi 100 manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 iyun 2011-ci il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuşdur. Cavabdehlə nikahları 06 noyabr 2013-cü il tarixdə Göyçay rayon İHB-nin Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır. Cavabdehlə birgə nikahlarından 10 avqust 2012-ci il tarixdə Nisə adlı qızı və 08 oktyabr 2014-cü il tarixdə Mübariz adlı oğlu doğulmuşdur. Təxminən iki ildir ki, cavabdehlə münasibətləri pozulmuşdur. 25 mart 2025-ci il tarixdə cavabdehlə faktiki ayrılmışlar və o həmin vaxtdan uşaqları ilə birlikdə atasının evində yaşayır. Bu müddət ərzində uşaqlarını atasının maddi vəsaiti ilə saxlamışdır. Ancaq uşaqların təhsili ilə bağlı xərcləri artdığı üçün artıq uşaqlarını maddi cəhətdən tam təmin edə bilmir. Cavabdeh isə uşaqlarının saxlanılması üçün ona maddi köməklik göstərmir. Odur ki, hazırkı tələblə Göyçay 1 saylı mediasiya təşkilatına müraciət etmişdir, lakin ilkin mediasiya sessiyasına gəlmədiyi üçün sessiyanı keçirmək mümkün olmamışdır. Göyçay 1 saylı mediasiya təşkilatı ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 01 dekabr 2025-ci il tarixli MŞG/MT059-2025-00238 saylı arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Cavabdeh 2011-ci ildə toy etməklə evlənmişlər. xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cu il təvəllüdlü X5 anadan olmuşdur. 9 aydır ki, faktiki olaraq ayrılmışlar. Ayrıldıqları vaxtdan övladları ilə birlikdə Göyçay rayonu Yeniarx kəndində yerləşən atasına məxsus evə köçərək orada yaşamışdır. Bu müddət ərzində Cavabdeh uşaqları ilə maraqlanmır onların saxlanmasında heç bir maddi yardım göstərmir. Cavabdeh market işlədir kifayət qədər gəliri var. İddia ərizəsində hər uşağa görə 300 manat aliment tələb istəsə də, uşaqların saxlanması üçün hər uşağa 246 manat aliment ödənilməsinə də razıdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçının dedikləri ilə razi deyil. O əvvəllər market işlətmişdir, hal hazırda market işlətmir. Vətən müharibəsi iştirakçısıdır. 80 manat pensiya alır. Heç bir yerdə işləmir. Uşaqların saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment ödəyə bilər. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş nikah haqqında şəhadətnamədənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə nikahlarını Göyçay rayon İHB-nın Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 06 noyabr 2013-cü ildə 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısı olduğuna görə 80 manat pensiya alır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında Cavabdeh (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı hüquqi yardım almaq üçün Göyçay rayon vəkil bürosunun vəkili X4 ilə müqavilə bağlamışdır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Göyçay rayon vəkil bürosunun hesabına 100 manat xidmət haqqı ödəmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəllsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi,uşağa qulluq,onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (Ailə Məcəlləsinin 75.1-ci maddəsi). Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmadığından və iddiaçının aliment tutulması barədə tələbi olduğundan aliment məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan Cavabdeh uşaqlarını saxlamaq vəzifəsinin olmasını, aliment ödəmək vəzifəsindən azad edilməməsini,uşaqların yaşlarını nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə tutulmalı olan aliment hər ay hər uşaq üçün 160 manat həddində müəyyən edilməlidir. Alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəməyə daxil olduğu 03 dekabr 2025-ci il tarixindən başladığından, məhkəmə hesab edir ki, 2025-ci il ölkə üzrə minimum əmək haqqına (400 manat) münasibətdə hesablama aparılmalı, sonraki artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli (400x 0,4=160 manat) həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və vəkilə hüquqi yardım üçün ödənilmiş 100 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı xeyrinə sonraki artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Alimentin tutulması hissədə qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 58 manat 40 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Cavabdeh vəkilə hüquqi yardım üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Mediasiyaya çəkilən xərclər cavabdehə aid edilsin. Cavabdeh 60 manat mediasiyaya çəkilən xərc alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-2677/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2677/2025
08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver