Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2678/2025 25.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Məhkəməsinin 2(046)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment, eləcə də Göyçay rayon Məhkəməsinn xx.xx.2022-ci il tarixli, 2(046)- 1908/2022 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşıba çatanadək saxlanılması üçün hər ay 180 manat məbləğində alimentin xx.xx.2025-ci il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1929/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində indeksasiyanın 0.35 misli həddinə qədər azaldılması və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1908/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiyanın 0.45 misli həddinə qədər azaldılmas barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2014-cü il tarixdə Harun, xx.xx.2019-cu il tarixdə Raul adlı uşaqları anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməsi, eləcə də Göyçay rayon Məhkəməsinn xx.xx.2022-ci il tarixli, 2(046)-1908/2022 saylı qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün xx.xx.2022-ci il tarixdən etibarən hər ay 180 manat məbləğində aliment tutularaq cavabdehin xeyrinə verilmişdir. Bundan sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1929/2021 nömrəli və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)- 1908/2022 nömrəli qətnamələrinə əsasən azyazşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay tutulan sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, sözügedən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1929/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1908/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hal-hazırda ödəməli olduğu aliment məbləğləri əvvəl ödəməli olduğu aliment məbləğlərindən 144 manat çoxdur. Yaşamaq üçün gündəlik maddi ehtiyaclarını və kommunal xərclərini ödəməlidir, lakin aliment məbləğinin artması ona ehtiyaclarını ödəməkdə çətinlik yaradır. Odur ki, cavabdehin xeyrinə ödəməli olduğu aliment maddi imkanına uyğun olmadığından tam şəkildə ödəyə bilməyəcdir. Ödəyə bilmədiyi aliment isə gələcəkdə ona əlavə məsuliyyət yaradacaq. Bütün bunlara baxmayaraq uşaqların saxlanmaları üçün Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1929/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində və Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1908/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində aliment məbləğini cavabdehin xeyrinə ödəməyimə etiraz etmir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 8(046)-131/2025 saylı qərardadından görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1929/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)- 1908/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiya olunmuşdur. 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Hazırda İddiaçı azyaşlı uşaqları X3 üçün hər ay 0.56 misli həddində, yəni 224 manat, X2 üçün hər ay 0.60 misli həddində, yəni 240 manat məbləğində aliment ödəyir. Bu isə 2026-cı il üçün uşaqların yaşayış minimumundan aşağı həddədir. Bundan başqa məhkəmə baxışı zamanı İddiaçı maddi vəziyyətində hər hansı bir dəyişikliyin olduğunu təsdiq edən və cavabdehin xeyrinə tutulan alimentin miqdarının azadılmasına əsas verə bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəHərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəHi və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. İddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment, eləcə də Göyçay Rayon Məhkəməsinn xx.xx.2022-ci il tarixli, 2(046)-1908/2022 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat məbləğində alimentin xx.xx.2025-ci il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1929/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində indeksasiyanın 0.35 misli həddinə qədər azaldılması və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1908/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiyanın 0.45 misli həddinə qədər azaldılmas barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-2678/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2678/2025
25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver