Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-268/2021 03.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştiraki ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Zülfüqar qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 03 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə müraciət Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə ona, həmçinin digər cavabdehlərə X2 və onun ailə üzvlərinə verilmiş 0,90 ha pay torpaq sahəsində payının müəyyən edilməsi, həmin payın naturada ayrılması və Cavabdeh4 oğlunun mülkiyyətimdə olan torpaq sahəsindən çıxarılması, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə mənə, həmçinin digər şəxslər X2 və onun ailə üzvlərinə verilmiş 0,35 ha həyətyanı torpaq sahəsində payımın müəyyən edilməsi, həmin payın naturada ayrılması və cavabdehlər Cavabdeh1 Zülfüqar qızının, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətimdə olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişlər ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə ona və cavabdehlərə 0,90 ha pay torpaq sahəsi və Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə 0,35 ha həyətyanı torpaq sahəsi verilmişdir. Pay torpaq sahəsinə dair JN-157 nömrəli, həyətyanı torpaq sahəsinə dair isə JN-192Fnömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı və şəhadətnamə verilmişdir. X3 bu müddət ərzində vəfat etmişdir. Pandemiya ilə əlaqədar Azərbaycan Respublikasına qayıtmış, pandemiya ilə əlaqədar yaranmış işsizliyin, maddi imkansızlığın mənfi təsirlərinin azaldılması üçün vətəndaşlara ayrılan 190 manat maddi yardımın alınması ilə bağlı müvafiq quruma müraciət etmiş, lakin müraciətinə qeyri-məqbul cavab verilmiş, yəni 190 manat ödənişin edilməsindən imtina edilmiş və imtinada pay və həyətyanı torpaq sahələrinin olması ilə əsaslandırılmışdır. Bundan sonra, pay torpağı və həyətyanı sahə ilə maraqlanarkən məlum olmuşdur ki, ona məxsus həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 Zülfüqar qızı, Cavabdeh2, Cavabdeh3, pay torpaq sahəsindən isə Cavabdeh4 oğlu istifadə edir. Cavabdeh4 oğlu bildirmişdir ki, onun pay torpaq sahəsi digər cavabdehlərdən satın almışdır. Halbuki onun həmin torpaq sahəsinin satılmasına hər hansı razılığı və bundan xəbəri olmamışdır. Hesab edir ki, cavabdehlərin özlərinə aid pay torpaq sahələrini satarkən, ona aid pay torpaq sahəsini satmağa ixtiyarlarının olmamışdır. Digər cavabdehlər də həyətyanı torpaq sahəsindən istifadə etməyimə imkan vermirlər. Dəfələrlə JN-192F, Kod 40814038 nömrəli şəhadətnamə ilə cavabdehlərin, eləcə də onun xüsusi mülkiyyətimə verilmiş həyətyanı torpaq sahəsindən payının ayrılmasını və müvafiq sənədləşdirilmənin aparılmasına razılıq vermələrini xahiş etsə də, bunun da bir nəticəsi olmamışdır. Buna görə də şəhadətnamə və dövlət aktında nəzərdə tutulmuş torpaq sahəsindən payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia iddiaçının məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-157 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində 0.90 ha torpaq sahəsi İddiaçı, X1, Cavabdeh1 Zülfüqar qızının, Cavabdeh2 və Cavabdeh3 ümumi-birgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-192F saylı şəhadətnamədən görünür ki, Göyçay rayonu İkinci Ərəbcəbirli kəndində 0.35 ha torpaq sahəsi İddiaçı, X1, Cavabdeh1 Zülfüqar qızının, Cavabdeh2 və Cavabdeh3 ümumi-birgə mülkiyyətinə verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olan iddiaçı öz payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Zülfüqar qızına və Cavabdeh2 qarşı Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.90 ha və Göyçay rayonu İkinci Ərəbcəbirli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.35 ha torpaq sahəsindən payının müəyyən edilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D I: İddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Zülfüqar qızına qarşı Torpağa mülkiyyət hüququna dair JN-157 saylı dövlət aktına əsasən Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.90 ha torpaq sahəsinin və Torpağın mülkiyyətə verilməsinə dair JN-192F saylı şəhadətnaməyə əsasən Göyçay rayonu İkinci Ərəbcəbirli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.35 ha torpaq sahəsinin 1/5 hissədə payının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Bu qətnamə Torpağın mülkiyyətə verilməsinə dair JN-192F saylı şəhadətnaməyə əsasən İddiaçı, X1, Cavabdeh1 Zülfüqar qızının, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyəti olan 0.35 ha torpaq sahəsinin və Torpağa mülkiyyət hüququna dair JN-157 saylı dövlət aktına əsasən İddiaçı, X1, Cavabdeh1 Zülfüqar qızının, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyəti olan 0.90 ha torpaq sahəsinin 1/5 hissədə paylarının müəyyən edilməsi və dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-268/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-268/2021
03.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver