Məhkəmə qərarları › İş №2(046)-2813/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2813/2025

25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2813/2025 25.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Srac oğlunun iştirakı ilə, İddiaçının Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 250 manat cəmi 750 manat alimentin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh X3 ilə xx.xx.2011-ci tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X4, xx.xx.2013-cü il tarixdə X5 və xx.xx.2014-cü il tarixdə X6 anadan olmuşdur. Aralarında bağlanmış nikah pozulmuş, azyaşlı uşaqları himayəsinə verilmişdir. Keçən müddət ərzində cavabdeh azyaşlı uşaqları saxlamaqda ona heç bir maddi köməklik göstərməmişdir. Buna görə də uşaqların saxlanması üçün aliment tələb edir. İddiaya etiraz: Uzun illərdir ayrı yaşayırlar və iddiaçı bu müddət ərzində ondan aliment tələb etməmişdir. Ayrılma dövründə uşaqların iddiaçının himayəsində qalmasına razılıq verildikdə də tərəflər arasında “mənim mütləq qaydada sabit məbləğdə aliment ödəməyim” barədə razılaşma olmayıb. Üstəlik, uşaqların sağlamlıq vəziyyəti ilə əlaqədar dövlət müavinətləri mövcuddur və bu ödənişlər uşaqların təminatına yönəlmiş sabit sosial təminat rolunu oynayır. Bundan əlavə hazırkı iddia real ehtiyacdan deyil, ailədaxili mülki mübahisə fonunda uşaqlardan vasitə kimi istifadə olunmaqla qaldırılıb: Qardaşı ilə birgə mülkiyyətdə olan torpaq sahəsində payının müəyyən edilməsi ilə bağlı iddia qaldırmış və həmin iş üzrə məhkəmə qətnaməsi ilə paylar müəyyən edilmişdir. Bu qətnamədən sonra ona təzyiq və şərt qoymaq torpaq payından imtina etdirmək məqsədi ilə iddiaçının aliment iddiası qaldırmağa sövq edilməsi barədə əsaslı şübhələri vardır. İddiaçının tələb etdiyi sabit pul məbləğində aliment istisna xarakter daşıyır və yalnız qanunda nəzərdə tutulan hallarda (məsələn, öhdəlik daşıyan şəxsin gəliri qeyri-müntəzəmdir, gizlədilir, natura şəklindədir və ya sabit gəlir müəyyən edilmir və s.) tətbiq oluna bilər. İddiaçı isə ərizəsində sabit məbləğin zəruriliyini əsaslandıran faktları yetərli və inandırıcı sübutlarla ortaya qoymur; yalnız ümumi ifadələrlə “çətinlik”dən danışır və hər uşaq üçün 250 manat tələb edir. uşaqların xəstəlikləri ilə bağlı müavinət almaları faktı (bu müavinətlərin məbləği, növü, təyinatı, davamlılığı) məhkəmə tərəfindən hərtərəfli araşdırılmalıdır. Çünki alimentin məqsədi uşağın saxlanılmasıdır; artıq mövcud olan sosial ödənişlər uşağın təminatında müəyyən hissəni kompensasiya edirsə, tələb edilən sabit məbləğin “həddən artıq” və “əsassız” müəyyən edilməsi riski yaranır. Bundan başqa, iddiaçının davranışı uzun illər ərzində aliment tələb etməməsi, indi isə birdən-birə sabit və yüksək məbləğ tələb etməsi mübahisənin mahiyyətinin “uşağın saxlanılması” deyil, başqa mülki mübahisəyə təsir vasitəsi kimi istifadə oluna bilməsi ehtimalını gücləndirir. Xüsusən də torpaq payının müəyyən edilməsi ilə bağlı iş üzrə qətnamədən (xx.xx.2026) sonra bu iddianın qaldırılması təsadüfi görünmür. Torpaq sahəsində payların müəyyən edilməsi ilə bağlı mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında həmin işin predmetinə və tərəflərinə heç bir hüquqi aidiyyəti olmadığı halda keçmiş ərinin və indiki iddiaçının hazırkı həyat yoldaşının iştirak etməsi, eləcə də iclasdan əvvəl və sonra ona “iddianı geri götür, əks halda biz də səndən aliment tələb edəcəyik” məzmununda açıq təzyiq göstərilməsi bu aliment tələbinin uşaqların real saxlanılması məqsədilə deyil, məhz başqa bir mülki mübahisədə məni geri çəkilməyə məcbur etmək vasitəsi kimi qaldırıldığını göstərir. Belə davranış valideynlik hüququnun həyata keçirilməsi ilə bağlı vicdanlı məqsədlə uzlaşmır və hüquqdan təzyiq aləti kimi istifadə edilməsini nümayiş etdirir. Buna görə də hazırkı aliment iddiası faktiki ehtiyacdan irəli gələn tələb deyil, formal xarakter daşıyan və başqa məhkəmə mübahisəsinə təsir göstərmək məqsədi güdən iddia kimi qiymətləndirilməlidir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehnun nümayəndəsi (vəkili) Vəkil Srac oğlu iddianı qismən qəbul edərək göstərmişdir ki, cavabdeh heç bir yerdə işləmir, hazırda nikah bağlamış və ailəlidir. Azyaşlı uşaqların saxlanması üçün aliment təyin edilərkən cavabdehin heç bir yerdə işləmədiyini nəzərə alınmasını xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-137/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X3 arasında xx.xx.2011-ci il tarixdə Göyçay rayon 1-ci Ərəbcəbirli kənd İnzibati nümayəndəliyində 18 nömrə qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4, xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 İddiaçı yanında saxlanılmışdır. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə Alirsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Cavabdeh himayəsində yaşayan azyaşlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 250 manat cəmi 750 manat alimentin tutulmasını xahiş edir. Lakin məhkəmə baxışı zamanı iddiaçı azyaşlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hə uşağa görə 250 manat sabit pul məbləğində cavabdehdən alimentin tutulmasına dair heç bir mötəbər sübu təqdim edə bilməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, cavabdehin heç bir yerdə işləmədiyinin nəzərə alınmasını xahiş etmiş, iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında olmadığını bildirmişdir. 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən Cavabdeh uşağı saxlamaq vəzifəsinin olmasını, aliment ödəmək vəzifəsindən azad edilməməsini nəzərə alıb, hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X4, xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün sonrakı artımlar nəzərə alınmaqla tutulmalı olan aliment hər ay hər uşağa görə minimum aylıq əmək haqqının 0.30 mislində müəyyən edilməsi məqsədə müvafiqdir. Alimentin tutulmasının əvvəli iddia ərizəsi məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında Qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X4, xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində aliment tutularaq İddiaçı verilməlidir. Cavabdeh tutulan aliment dərhal icra olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X4, xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində aliment tutularaq İddiaçının xeyrinə verilsin. Cavabdeh 63.2 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamənin icrası iddiaçı Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar