Məhkəmə qərarları › İş №2(046)-282/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-282/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-282/2023 06.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı "Elvin” X2 nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı "Elvin” X2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "Elvin” X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında ƏMDK-nın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 məxsus 1,1272 ha torpaq sahəsi “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvü olan Cavabdeh3 mülkiyyətində olmuşdur. Cavabdeh3 mülkiyyətində olan 1.1272 ha torpaq sahəsini “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin razılığı olmadan, digər cavabdehə satmışdır. Halbuki, qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərin torpaq sahəsidir.Qeyd edilən torpaq sahəsi qanuna müvafiq olmadan olaraq Cavabdeh2 satılmışdır. Cavabdeh2 aldığı torpaq sahəsinin 0.70 hektarı Cavabdeh3 istifadəsindədir. Cavabdeh2 iddiaya etiraz verərək göstərmişdir ki, notarial qaydada alqı-satqı yolu ilə Cavabdeh3 aldığı 1,1272 ha torpaq sahəsi Cavabdeh3 məxsusdur. Həmin torpaq sahəsini notarial qaydada almaqla xx.xx.2020-ci il tarixində Hüquqların Dövlət reyestr haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və AA№556485 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərini almışdır. Göründüyü kimi hazırda iddiaçının iddia ərizəsində göstərdiyi 1,1272 ha torpaq sahəsi Cavabdeh3 məxsus deyildir. Həmçinin iddia ərizəsində iddiaçının göstərdiyi onunla qonşu olan JM-1596 saylı Dövlət aktına əsasən 0,90 ha torpaq sahəsi təsərrüfatın üzvu olan X6 məxsusdur. Halbuki 0,90 ha torpaq sahəsi X5 pay torpağıdır. Göründüyü kimi X6 məxsus olan və X1 olduğu 0,90 ha torpaq sahəsinin onun Cavabdeh3 notarial qaydada aldığı 1,1272 hatorpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı "Elvin” X2 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən xüsusi mülkiyyətində olan 1.1272 ha torpaq sahəsini notarial qaydada digər Cavabdeh2 satmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********41 nömrəli çıxarışdan görünür ki,, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 1.1272 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, «Elvin ” X4 cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********41 nömrəli çıxarışın etibarsız hesab edilməsini xahiş edir. «Elvin ” X2 nümayəndəsi Nümayəndə iddia ərizəsində, eləcə də məhkəmə baxışı zamanı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 1.1272 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə digər Cavabdeh2 arasında alqısatqı müqaviləsi bağlanılarkən «Elvin ” X2 balansında olan torpaq sahələrinin digər üzvlərinə Cavabdeh3 tərəfindən satılan torpağın alınması ilə bağlı heç bir təklif irəli sürülməmişdir. Bununla da "Elvin” X2 və mülkiyyətçilərin hüquqları pozulmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 satması, onun Konstitusiyon hüququdur. Bu hüquq heç kəs tərəfində məhdudlaşdırıla bilməz. Eləcə də məhkəmə baxışı zamanı "Elvin” X2 nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********41 nömrəli çıxarışın etibarsız hesab edilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı "Elvin” X2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı "Elvin” X2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar