Məhkəmə qərarları › İş №2(046)-381/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-381/2022

28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-381/2022 28.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyindən azad edilmə tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 10.10.2011-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə hər ay 120 manat məbləğində alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, 10.10.2011-cu il tarixdə anadan olmuş X8 və 23.12.2013- cü il tarixdə anadan olmuş X6 Cavabdeh yanında saxlanılması, 10.10.2011-cu il tarixdə anadan olmuş X8 ondan alınaraq Cavabdeh verilməsi, 10.10.2011-cu il tarixdə anadan olmuş X8 və 23.12.2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, azyaşlı X1 üçün tutulan aliment qətnamə qəbul edildiyi gündən yəni 27.07.2020-ci il tarixdən, azyaşlı X2 üçün tutulan aliment azyaşlı X8 İddiaçı alınaraq Cavabdeh verildiyi vaxtdan tutulması qət edilmişdir. Cavabdeh faktiki olaraq ayrıldıqları gündən öz valideyinlərinin evində yəni İsmayıllı rayonu Hacıhətəmli kəndində yerləşən evində yaşayır. Faktiki ayrılarkən 10.10.2011-ci il tarixdə anadan olmuş X13 ayrıldıqları gündən onun yanında qalmışdır. Qətnaməyə əsasən Fətulla ondan alınıb cavabdehə verilsə də, Fətulla cavabdehlə yaşamaq istəməmiş öz istəyi ilə yenidən onun yanına qayıdaraq birgə yaşamağa davam etmişdir. Bu səbəbdən də cavabdehə 10.10.2011-cu il tarixdə anadan olmuş X9 görə aliment ödəməmişdir. 10.10.2011-ci il tarixdə anadan olmuş X8 təlim-tərbiyəsi ilə məşğul olur və uşağın maddi cəhətdən təmin edir. Lakin cavabdeh 10.10.2011-cu il tarixdə anadan olmuş X9 ödənilən aliment üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icraatında olan alimentin ödənilməsi barədə icra sənədinin icraatına xitam verilməsi üçün müraciət etməmişdir. Göyçay rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(046)- 56/2020 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə alimentin hesablanmasının davam etdirilməsi qanunsuzdur. Buna görə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etdiyini bildirmiş, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasındakı nikah pozulmuş, 10.10.2011-cu il tarixdə anadan olmuş X8 və 23.12.2013- cü il tarixdə anadan olmuş X6 Cavabdeh yanında saxlanılması, 10.10.2011-cu il tarixdə anadan olmuş X8 ondan alınaraq Cavabdeh verilməsi, 10.10.2011-cu il tarixdə anadan olmuş X8 və 23.12.2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, azyaşlı X1 üçün tutulan aliment qətnamə qəbul edildiyi gündən yəni 27.07.2020-ci il tarixdən, azyaşlı X2 üçün tutulan aliment azyaşlı X8 İddiaçı alınaraq Cavabdeh verildiyi vaxtdan tutulması qət edilmişdir. Məhkəməyə təqdim edilmiş 16.02.2021-ci il tarixli Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, 10.10.2011-cu il tarixdə anadan olmuş X4 Tehran İbrahim oğlundan alınaraq Cavabdeh təhvil verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşaqları 10.10.2011-cu il tarixdə anadan olmuş X13 və 23.12.2013- cü il tarixdə anadan olmuş X3 Elfanə Bəhlul qızının yanında saxlanılmış, 10.10.2011-cu il tarixdə anadan olmuş X8 və 23.12.2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilmiş, azyaşlı X2 üçün tutulan aliment azyaşlı X8 İddiaçı alınaraq Cavabdeh verildiyi vaxtdan tutulması qət edilmişdir. Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən 10.10.2011-cu il tarixdə anadan olmuş X4 Tehran İbrahim oğlundan alınaraq Cavabdeh təhvil verilmişdir. X5 cavabdehin yanında 2-3 gün yaşadıqdan sonra, yenidən iddiaçının yanına qayıtmışdir. Buna görə də məhkəmə hesab edir ki, X8 iddiaçının yanında qaldığından, uşağın bütün qayğı və maddi ehtiyaclarını iddiaçı ödədiyindən, məhkəmə iddiaçının onun yanında yaşayan X13 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin xeyrinə ödənilməli olan alimentdən azad edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun mənasından göründüyü kimi yetkinlik yaşına çatmayan X13 faktiki olaraq İddiaçı yanında qalır, iddiaçı yetkinlik yaşına çatmayan uşağın qayğı və ehtiyaclarını özü ödəyir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı X2 üçün Cavabdeh xeyrinə ödəməli olduğu hər ay 120 manat alimenti 18.02.2021-ci il tarixdən ödəməkdən azad edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası qanuna uyğun olduğundan təmin edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsi üzrə İddiaçı hazırda onun yanında yaşayan 10.10.2011-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə ödəməli olduğu hər ay 120 manat aliment ödəməkdən 18.02.2021-ci il tarixdən etibarən azad edilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar