Məhkəmə qərarları › İş №2(046)-383/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-383/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-383/2021 25.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hаkim Fəttahov İbrahim Bağır sədrliyi, X1 kаtibliyi, iddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеhlər Göyçay rayon Qaraməryəm Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qаrşı «alqı-satqı müqavilələrinin etibarsız sayılması» tələbinə dаir iddiаsı üzrə mülki işə Göyçаy rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеhlər Göyçay rayon Qaraməryəm Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qаrşı «alqı-satqı müqavilələrinin etibarsız sayılması» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Göyçay rayon Qaraməryəm Bələdiyyəsinin Cavabdeh2 ilə bağladığı 14 may 2018-ci il tarixli ******* nömrəli və Cavabdeh3 Babaş qızı ilə bağladığı 14 may 2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddiаçı İddiaçı iddiа ərizəsini оnunlа əsаslаndırmışdır ki, X2 Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-1 №-li iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə akta əsasən Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binası əmlak payı kimi verilmişdir. Baş emalatxana binasının yerləşdiyi torpaq sahəsinə başqa fiziki və ya hüquqi şəxsin mülkiyyət hüququnun qeydə alınıb-alınmaması, torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi, əgər mülkiyyət hüququ qeydə alınmışdırsa hüquq müəyyənedici və texniki sənədlərin, həmçinin hüququn qeydə alınmasına əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə vəkil tərəfindən sorğu ilə müraciət edilmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 11 mart 2019-cu il tarixli **********25 saylı məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, ona verilmiş Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında Qaraməryəm bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmışdır. 26 oktyabr 2018-ci il tarixdə cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə poçt vasitəsi ilə ərizə göndərərək, sahibliyində olan emalatxananın altındakı torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi müraciətinə 26 noyabr 2018-ci il tarixli 200 saylı məktubla cavab verərək ərizənin bələdiyyənin növbəti iclasında müzakirə olunacağını bildirmişdir. Lakin ərizəsinə baxılmamışdır. Bundan sonra 03 may 2019-cu il tarixdə cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə poçt vasitəsi ilə yenidən ərizə göndərərək, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinin tələblərinə əsasən Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona verilmiş Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi, istifadəsində olan torpaq sahəsini onun mülkiyyətinə verilməsini xahiş etmişdir. 06 may 2019-cu il tarixdə müraciətini xəbərnaməyə imza etməklə qəbul edən cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi cavab verməmişdir. Bələdiyyələr yaradılanadək onun istifadəsində olan, X2 Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-1 №-li iclas protokolu ilə Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona əmlak payı kimi verilmiş, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının altındakı torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətinə verilməli olmasını hesab edərək, tərəfindən cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə qarşı 1998-ci ildən istifadəsində olan torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. İşin məhkəmə baxışı zamanı nümayəndəsi iddia tələbini dəqiqləşdirərək Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin 28 avqust 2017-ci il tarixli 07 saylı qərarının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsini xahiş etmişdir. X3 Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2-1(116)-67/2020 saylı qərardadı ilə mümkünsüz sayılmışdır. Belə ki, o, 30 günlük iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. İnzibati iş üzrə məhkəmənin verdiyi sorğulara verilən cavablardan 13 fevral 2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışında ona məlum olmuşdur ki, cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi sahibliyində olan əmlakın altında yerləşən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsini 14 may 2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, 0,10 ha hissəsini 14 may 2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Babaş qızına satmışdır. Lakin cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi sahibliyində və istifadəsində olan 0,20 ha torpaq sahəsini digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satarkən onun həmin torpağı satın almaqda üstünlük hüququnu pozmuşdur. Bu səbəbdən də hesab edir ki, alqı-satqı müqavilələri etibarsız sayılmalıdır. İddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclаsındа iddiа tələbini müdаfiə еdərək, iddiа ərizəsinin məzmununа uyğun izаhаt vеrdi və məhkəmədən iddiаnın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiаçının izаhаtını dinləyib, iş mаtеriаllаrındа оlаn sənədləri аrаşdırаrаq hеsаb еdir ki, iddiа rədd еdilməlidir. İş materiallarında olan X2 Komissiyasının 1998-ci il 17 yanvar tarixli, 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş 26.10.1999-cu il tarixli 21 nömrəli aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Göyçay rayonu “R.Rza” adına kalxozunun ərazisində yerləşən əmlak növü “baş emalatxana binası” olaraq qeyd olunan kompleksdən bir hissə Qaraməryəm kəndində yaşayan Göyçay rayon X5 tərəfindən 1977-ci il 28 sentyabr tarixdə verilmiş pasport nömrəsi İVЖГ658490 olan şəxsə verilmişdir. İş materialında olan Göyçay rayon Cavabdeh4 02.09.2021-ci il tarixli 1167 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, mübahisələndirilən 0.20 ha torpaq sahəsi 0.10 ha olmaqla ******* nömrəli “alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh2 oğluna və ******* nömrəli “alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh3 satılmışdır. İş materialında olan Şəki İnzibati Məhkəməsinin 14.09.2020-ci il tarixli qərardının surətindən görünür ki, iddiаçı İddiaçı cavabdeh Göyçay rayon Qaraməryəm bələdiyyəsinə qarşı “Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin 28 avqust 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında əldə edilən mötəbər subutlarla müəyyən edilmişdir ki, X2 Komissiyasının 1998-ci il 17 yanvar tarixli, 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş 26.10.1999-cu il tarixli 21 nömrəli akt əsasında Göyçay rayonu Qaraməryəm kənd sakini İddiaçı Göyçay rayonu “R.Rza” adına kalxozunun ərazisində yerləşən əmlak növü “baş emalatxana binası” kimi qeyd olunan kompleksin bir hissəsi sonuncunun mülkiyyətinə verilmiş, lakin həmin əmlak üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. İddiaçı sözügedən əmlak payından bir müddət istifadə etsə də, sonradan həmin əmlakı sökmüş və tikinti materiallarını başqa əraziyə daşımışdır. Tikilinin yerləşdiyi torpaq sahəsi boş və istifadəsiz olduğu üçün hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satılması məqsədi ilə sözügedən torpaq sahəsi üzərində Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınması məqsədi ilə zəruri işlərin görülməsi bələdiyyənin 28.08.2017-ci il tarixdə keçirilən iclasında müzakirə edilmiş və müsbət qərar qəbul edilmişdir. Həmin qərar əsasında Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin 26.04.2018-ci il tarixli 05 saylı qərarı ilə Cavabdeh2 0.10 ha və Cavabdeh3 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin qərar əsasında Göyçay rayonu Qaraməryəm bələdiyyəsi ilə Cavabdeh2 və Cavabdeh3 arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır. Mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində keçdikdən sonra İddiaçı cavabdeh Göyçay rayon Qaraməryəm bələdiyyəsinə qarşı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin 28 avqust 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsini xahiş etmiş, həmin məhkəmənin 14.09.2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bundan sonra iddiaçı, cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhalini mütəmadi məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər. Qanunvericiliyin tələbinə görə satışa çıxarılan torpaq sahələri sərbəst olmalıdır. Qanunun bu tələbinin əsas məqsədlərindən biri də ondan ibarətdir ki, gələcəkdə həmin torpaq sahələri üzərində mübahisəli vəziyyət yaranmasın. Torpaq sahəsini əldə etmiş şəxs maneəsiz olaraq ondan istifadə edə bilsin. Göyçay rayon Qaraməryəm Bələdiyyəsi 28.08.2017-ci il tarixli və 26.04.2018-ci il tarixli qərarları qəbul edərkən qeyd edilən qanunvericiliyin tələblərini pozmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi qeyd olunmuşdur. Həmin müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Hazırkı işin hallarından isə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmış, bu barədə Göyçay rayonu Qaraməryəm bələdiyyəsi müvafiq qərar qəbul etmiş, həmin qərar əsasında alqı-satqı müqavilələri bağlanmışdır. Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin satılması ilə bağlı qərarlar qəbul edilərkən, eləcə də alqı-satqı müqavilələri bağlanarkən istinad olunan normativ hüquqi aktların hər hansı tələbi pozulmamış, mövcud prosedur qaydalara uyğun olaraq Göyçay rayonu Qaraməryəm bələdiyyəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3y arasında alqı-satqı müqavilələri bağlanmışdır. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı etibarsızlığını tələb etdiyi alqısatqı müqavilələri Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin 26.04.2018-ci il tarixli qərarı əsasında bağlanmış, həmin qərar mübahisə predmeti olmamış, bələdiyyə və yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. Alqı-satqı müqavilələri bağlanarkən tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələri dəqiqləşdirilmiş, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilmiş, qanunvericliklə müəyyən edilmiş forma və məzmuna riayət edilməklə alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı Ramiz Baxışov, mübahisələndirdiyi alqı-satqı müqavilələrinin etibarsızlığına zəmin yaradan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, formal əsaslarla iddia tələbini əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnаməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiаçı tərəfindən iddiа tələbinin əsаsı kimi istinаd еtdiyi hаllаrа dаir sübutlаr məhkəməyə təqdim еdilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiаçı İddiaçı cаvаbdеhlər Göyçay rayon Qaraməryəm Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qаrşı «alqı-satqı müqavilələrinin etibarsız sayılması» tələbinə dаir iddiаsı rədd еdilməlidir. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ЕTDİ: İddia təmin edilməsin. İddiаçı İddiaçı cаvаbdеhlər Göyçay rayon Qaraməryəm Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qаrşı «alqı-satqı müqavilələrinin etibarsız sayılması» tələbinə dаir iddiаsı təmin еdilməsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Göyçаy rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilmədikdə, qəbul еdildiyi gündən bir аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hаkim: İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar