Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-398/2021 25.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı X1 üçün onun xeyrinə hər ay 200 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuş, birgə nikahdan iki uşaqları xx.xx.2011-ci il tarixdə X7 və xx.xx.2013-cü il tarixdə X6 anadan olmuşdur. Göyçay rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh arasında xx.xx.2010-ci il tarixdə Göyçay rayon Qarabaqqal kənd nümayəndəliyində bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 cavabdehin himayəsində saxlanılmış, xx.xx.2011-cu il tarixdə anadan olmuş X7 İddiaçı alınaraq Cavabdeh verilmiş, qətnamə X4 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi hissədə icra edilərkən, icra prosesində Fətullanın təhsil aldığı Göyçay Şəhər Səməd Vurğun adına X9 Tipli Gimnaziyasının psixoloqunun və Fətullaya tədrisi həyata keçirən pedaqoqun iştirakı təmin edilməsi və qətnamə bu hissədə qanuni qüvvəyə mindiyi gündən 15 gündən gec olmayaraq icra edilsməsi qət edilmişdir. Oğlu Fətulla hazırda onun himayəsində yaşayır və keçən müddət ərzində cavabdeh oğlunun saxlanması heç bir maddi köməklik göstərməmişdir. Buna görə də xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehdən hər ay 200 manat alimentin tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 2 uşaqları Fətulla və Nəzakət anadan olmuşdur. Azyaşlı oğlu Fətullanı iddiaçı zorla öz yanında saxlamışdır. Cavabdehlə aralarında bağlanmış nikah Göyçay rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, azyaşlı uşaqların onun yanında saxlanması və iki uşağın saxlanması üçün alimentin tutulması və iddiaçının himayəsində olan oğlu Fətullanın iddiaçıdan alınaraq ona verilməsi qət edilmişdir. Hazırda iddiaçı könüllü olaraq azyaşlı oğlu Fətullanı onun himayəsinə vermişdir. Buna görə də iddianın rədd edilməsin xahiş edir. İş üzrə cavabdehin izahatını dinləyən və təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş X8 təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə X7 anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Göyçay rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-ci il tarixdə Göyçay rayon Qarabaqqal kənd nümayəndəliyində bağlanmış nikah pozulmuş,xx.xx.2011-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 Elfanə Bəhlul qızının yanında saxlanılmış,xx.xx.2011-cu il tarixdə anadan olmuş X7 İddiaçı alınaraq Cavabdeh verilmiş, qətnamə X4 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi hissədə icra edilərkən, icra prosesində Fətullanın təhsil aldığı Göyçay Şəhər Səməd Vurğun adına X9 Tipli Gimnaziyasının psixoloqunun və Fətullaya tədrisi həyata keçirən pedaqoqun iştirakı təmin edilməsi qət edilmiş, qətnamə bu hissədə qanuni qüvvəyə mindiyi gündən 15 gündən gec olmayaraq icra edilməsi və xx.xx.2011-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər ayrılmışlar, tərəflərin birgə nikahdan anadan olmuş Fətulla və Nəzakət məhkəmə qətnaməsinə əsasən anası Cavabdeh himayəsində saxlanmışdır. İddiaçı, məhkəmə baxışı zamanı Cavabdeh hər ay 200 manat məbləğində aliment tutulmasına əsas verən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Fətullanın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh oğlu Fətullanın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-398/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-398/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver