Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-401/2020 30.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh iştiraki ilə, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5856 manat vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumun və 0.40 manat xidmət haqqın «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsin xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixində Bakı-Şamaxı-Yevlax yolunun 193-cü km-də Cavabdeh tərəfindən nəzarətsiz buraxılmış mal-qaranın yola çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Kia Sportage” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, DYP 905385 saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərar üzrə Cavabdeh İXM-nin 153.4.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı “Kia Sportage” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər «xxxx» ASC tərəfindən 5856 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş, MİB-0486/12 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, “Kia Sportage” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixindək 23300,00 manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği 200,00 manat məbləğində tərəflər arasında razılaşdırılmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2012-ci il tarixli hesablama aktına əsasən hadisə nəticəsində “Kia Sportage” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6056 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2012-ci il tarixli 269/2012 saylı sığorta aktına əsasən razılaşdırılmış 200 manat azadolma məbləği çıxılmaqla 5856,00 manat məbləğində sığorta ödənişi, MİB-0486/12 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı X1 hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş geriyə tələb (pretenziya) məktublarından göründüyü kimi, iddiaçı sığorta ödənişi məbləği olan 5856 manat məbləğinin “subroqasiya qaydasında” cavabdehdən geri ödənilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının qanuni tələbini icra etməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, xx.xx.2012-ci il tarixində Bakı-Şamaxı-Yevlax yolunun 193-cü km-də onun tərəfindən nəzarətsiz buraxılmış malqaranın yola çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Kia Sportage” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçının iddia ərizəsində tələb etdiyi 5856 manatı hissəhissə ödəyəcəkdir. Məhkəməyə təqdim edilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sportage” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən sığortalanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus mal-qaranın nəzərətsiz halda yola çıxması nəticəsindən sığortalı “Kia Sportage” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 6056 manat ziyan dəymiş, 200 manat azadolma məbləği çıxldıqdan sonra 5856 manat məbləğində ziyan «xxxx» ASC tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş DYP 905385 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2012-ci il tarixində Bakı-Şamaxı-Yevlax yolunun 193-cü km-də Cavabdeh tərəfindən nəzarətsiz buraxılmış mal-qaranın yola çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Kia Sportage” markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyindən Cavabdeh barəsində İXM-nin 153.4.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli avtomoblin təmiri üçün hesablamadan görünür ki, “Kia Sportage” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6056 manat məbləğində ziyan dəymişdir. Sığorta şəhadətnaməsində nəzərdə tutulmuş 200 manat məbləğində şərtiz azadolma tətbiq edilmiş, nəticədə 5856 manat zərər hesablanmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2012-ci il tarixində Bakı-Şamaxı-Yevlax yolunun 193-cü km-də Cavabdeh tərəfindən nəzarətsiz buraxılmış mal-qaranın yola çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Kia Sportage” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə iqtisad ekspertizalarının xx.xx.2020-ci il tarixli 9/2745 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx”ASC tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Kia Sportage” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5997 manat müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 120 manat təşkil edir. Ekspert rəyində göstərilən dəymiş ziyan iddia tələbindən artıq olduğundan məhkəmə hesab edir ki, iddia tələbi iddia ərizəsində göstərilən həddə təmin olunmalıdır. Sadalananlardan görünür ki, xx.xx.2012-ci il tarixində Bakı-Şamaxı-Yevlax yolunun 193-cü km-də Cavabdeh tərəfindən nəzarətsiz buraxılmış mal-qaranın yola çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Kia Sportage” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5856 manat məbləğində ziyan dəymiş və həmin ziyan «xxxx» ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı «xxxx» ASC Cavabdeh subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 120 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nöməli hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5856 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə verilsin. İş üzrə ekspertiza xərci olan 120 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nöməli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-401/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-401/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver