Məhkəmə qərarları › İş №2(046)-419/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-419/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-419/2024 12.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ümumi birgə vəsaitləri hesabına əldə etdikləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair "xxxx" QSC-nin Göyçay filialı ilə X1 arasında bağlanmış 12 iyun 2013-cü il tarixli 26M000000388 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşidirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ümumi birgə vəsaitləri hesabına əldə etdikləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair "xxxx" QSC-nin Göyçay filialı ilə X1 arasında bağlanmış 12 iyun 2013-cü il tarixli 26M000000388 saylı ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı 12 mart 2024-cü il tarixə saat 10:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, tərəflər məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki,tərəflər məhkəməyə gəlmədiyindən və işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qaytarılsın. İddiaçıya izah edilsin ki,iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar