Məhkəmə qərarları › İş №2(046)-457/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-457/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-457/2021 01.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh bir uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini və məhkəmə baxışın iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2018-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə X5 anadan olmuşdur. Xeyli müddətdir ki faktiki olaraq ayrı yaşayırlar. Azyaşlı Nəzrin onun himayəsindədir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh uşaqla maraqlanmamış, uşağın saxlanılması üçün maddi kömək göstərməmişdir. Azyaşlı uşağı saxlamaqda maddi çətinlik çəkir. Buna görə də azyaşlı uşağın saxlanması üçün cavabdehdən hər ay 170 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə müraciət edərək göstərmişdir ki, iddiaçının ondan tələb etdiyi 170 manat alimenti ödəmək iqtidarında deyil, pensiya alır, bir uşağın saxlanması üçün 100 manat aliment ödəyə bilər. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X2 surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş X3 surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə ayrı yaşayırlar, azyaşlı Nəzrin iddiaçının yanında yaşayır. Cavabdeh azyaşlı uşağın saxlanması üçün iddiaçıya könüllü olaraq maddi köməklik göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Hənin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh hər ay 170 manat məbləğində aliment tutulmasına əsas verən heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən etibarən hər ay 120 manat sabit pul məbləğində aliment tutulmalı və qətnamə alimentlə bağlı hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehdan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə kecirilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilsin. Qətnamənin icrası Cavabdehın yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar