Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Göyçay rayonu İş № 2(046)-459/2021 05.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, Kreditor Borclu oğluna qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor Borclu oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək 350 manat əsas borcu, 30 manat cərimə borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu xx xxxxxx 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasına sadələşdirilmiş qaydada yol verilir və bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Qeyd edilən Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, kreditorun məhkəməyə ərizə verərkən ödədiyi 20 manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunduğu üçün həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282-ci və 284-cü maddələrini rəhbər tutaraq ƏMR ETDİ: ünvan 1 saylı ünvanda qeydiyyatda olan xx.xx.1993-cü ildə anadan olmuş Borclu oğlundan ünvan 2 saylı ünvanda qeydiyyatında olan xx.xx.1970-ci ildə anadan olmuş Kreditor xeyrinə 350 manat əsas borc, 30 manat cərimə olmaqla cəmi 380 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim İbrahim Fəttahov İş № 2 (046)-676/2020 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT Göyçay Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il Göyçay şəhəri Hakim Fəttahov İbrahim Bağır oğlu, Kreditor Borclu oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:25-də başlayır. Sədrlik edən iş materiallarını araşdırır, sənədlər hər biri ayrı-ayrılıqda məhkəmə baxışından keçirərək, məhkəmə əmrini qəbul edir. Prosessual hərəkət saat 12:30-da qurtardı. Protokol xx xxxxxx 2021-ci il tarixdə tərtib edildi. Hakim: GÖYÇAY RAYON MƏHKƏMƏSİ AZ 2300 Göyçay şəhəri N.Nərimanov küçəsi 56 Tel: № 02027-4-00-83 www.goychaycourt.gov.az Elektron ünvan İş № 2(046)-676/2020 xx.xx.2020-ci il Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 Kreditor Göyçay şəhəri, Nəsimi küçəsi, D 1, ev 14 Borclu oğluna Göyçay Rayon Məhkəməsinin 2(046)-676/2020 saylı, xx.xx.2020-ci il tarixli əmri məlumat üçün Sizə göndərilir. Qoşma: Əmr - 2 (iki) vərəqədə Hakim: İbrahim Fəttahov GÖYÇAY RAYON MƏHKƏMƏSİ AZ 2300 Göyçay şəhəri N.Nərimanov küçəsi 56 Tel: № 02027-4-00-83 www.goychaycourt.gov.az Elektron ünvan « »_______ 2020-ci il № 2(046)- 676/2020 Göyçay rayon İcravə Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri cənab İlqar Abdurahmanova Kreditor Borclu oğluna qarşı kredit borcu üzrə yaranmış borcun və dövlət rüsumunun məcburi tutulması haqqında 2(046)-676/2020 saylı mülki iş üzrə Göyçay rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli əmrinin surəti icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkəməyə dərhal məlumat verməyiniz xahiş olunur. Qoşma: əmrin surəti 1 (bir) vərəqədə Hakim: İbrahim Fəttahov « »_______ 2020-ci il № 2(046)- 676/2020 Göyçay rayon İcravə Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri cənab İlqar Abdurahmanova Kreditor Borclu oğluna qarşı kredit borcu üzrə yaranmış borcun və dövlət rüsumunun məcburi tutulması haqqında 2(046)-676/2020 saylı mülki iş üzrə Göyçay rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli əmrinin surəti icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkəməyə dərhal məlumat verməyiniz xahiş olunur. Qoşma: əmrin surəti 1 (bir) vərəqədə Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-459/2021
Göyçay Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(046)-459/2021
05.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver