Məhkəmə qərarları › İş №2(046)-459/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-459/2022

21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-459/2022 21.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə və Cavabdeh iştirakı ilə, müalicə xərci tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.08.2014-cü il tarixdə anadan olmuş oğlu X6 müalicəsi ilə əlaqədar cavabdehdən hər ay 200 manat məbləğində müalicə xərcinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə İddiaçı iddanı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, tərəflərin birgə nikahdan 12 iyul 2012-ci il tarixdə X8 anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə nikahları məhkəmə qaydasında pozulmuş, Göyçay rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli qətnaməsinə əsasən Ömür iddiaçının yanında saxlanılmışdır. Ömür xəstədir, ambulator müalicə alır. Müalicəsi ilə əlaqədar 07.09.2020-ci il tarixdə X3 həkim qəbulunda olmuş və müayinədən keçmişdir. Ömürün müailəcisində iddiaçının maddi köməyə ehtiyacı vardır. Uşağın müalicəsinə xərclədiyi pul əlavə xərc kimi müstəsna hal sayılır. Hesab edir ki. Cavabdeh həmin xərclərin ödənilməsind iştirak etməyə borcludur. Buna görə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmədə cavabdeh qismində izahat vermiş Cavabdeh iddianı qəbul etməyək göstərmişdir ki, iddiaçı Günel ilə birgə nikahdan Ömür adlı uşağı anadan olmuşdur. Uşağın saxlanması üçün hər ay iddiaçıya 150 manat aliment ödəyir. Bundan başqa heç bir yerdə işləmir, aylıq gəliri müəyyən deildir. Buna görə də tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməməlidir. Təqdim edilmiş Göyçay rayon məhkəməsinin 14.12.2015-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 16.08.2014-cü il il tarixdə anadan olmuş X2 Günel Faiq qızının yanında saxlanılmışdır. Təqdim edilmiş X5 tərəfindən verilmiş 19.08.2021-ci il tarixli arayışdan görünür ki, 16.08.2014-cü il il tarixdə anadan olmuş X8 07.09.2020-ci il tarixdən 19.08.2021-ci il tarixədək mütəmadi olaraq ödənişli şəkildə psixoloji terapiyalar alır. Ona görə ki, X1 və Autizm sindromu diaqnozu ilə kilinikaya müraciət etmişdir. Məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlarla müəyyən edilir ki, eşitmə, görmə,nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpan pozulmaları ilə davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizim xəstəliyi ilə müalicəyə ehtiyacı olan azyaşlı X6 müalicəsi üçün Cavabdeh əlavə xərclərə cəlb olunması üçün əsas vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3.-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndsi Cavabdeh azyaşlı uşağın müalicəsi üçün 200 manat məbləğində müalicə xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə əsas verən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 iyul 2012-ci -ci il tarixdə anadan olmuş X6 müalicəsi üçün hər ay 100 manat məbləğində müalicə xərci tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12 iyul 2012-ci il tarixdə anadan olmuş X6 müalicəsi üçün hər ay 100 manat məbləğində müalicə xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar