Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-461/2021 22.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, alimentin ödənilməsi öhdəliyindən azad olunma tələbinə dair mülki işə Göyçay şəhərində 22 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Məhkəməsinin 18.12.2018-ci il tarixli 2(046)-182/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 04 avqust 2007-ci il tarixdə anadan olmuş oğlumuz X2 və 26 iyul 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində təyin edilmişi alimentin ödənilməsi öhdəliyindən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(046)-1820/2018 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin 04 avqust 2007-ci il tarixdə anadan olmuş X2 və 26 iyul 2010-cu il tarixdə anadan olmuş X1 cavabdehin yanında qalması, Rəsul Şahalıyevin iddiaçıdan alınıb cavabdehə verilməsi, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimentin 18 dekabr 2018-ci il tarixdən etibarən tutulub cavabdehə verilməsi qət edilmişdir. Cavabdeh faktiki olaraq təxminən 2 il 6 aydır ki, öz atasının ünvan 1 ünvanda yerləşən evində yaşayır. Tərəflər faktiki ayrılarkən azyaşlı uşaqlar iddiaçının yanında qalmışlar. Təxminən 2 ay sonra uşaqların anaları ilə görüşməyə gedərkən Məhəmməd anasının yanında qalmış, Rəsul isə iddiaçının yanıma qayıtmışdır. Cavabdehlə aralarında olan nikah pozulduqdan təxminən 3 ay sonra oğlu Məhəmməd özü onun yanına qayıtmışdır. Bu səbəbdən də həmin vaxtdan cavabdehə alimentin ödənilməsini dayandırmışdır. Artıq 2 il yarımdır ki, Rəsul, 1 il 9 aydır ki, Məhəmməd iddiaçının himayəsində yaşayır, uşaqların təlim-tərbiyəsi ilə iddiaçı məşğul olur və uşaqları maddi cəhətdən təmin edir. Lakin cavabdeh Göyçay rayon İcra və Probasiya Şöbəsinin icraatında olan alimentin ödənilməsi barədə icra sənədinin icraatına xitam verilməsi üçün müraciət etməmişdir. Göyçay rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(046)-1820/2018 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə alimentin hesablanmasının davam etdirilməsi qanunsuzdur. Buna görə də tələbinin təmin edilməsin xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahdan iki uşaqları anadan olmuşdur. Göyçay rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(046)-1820/2018 saylı qətnaməsinə əsasən iddiaçı ilə aralarında nikah pozulmuş, 04 avqust 2007-ci il tarixdə anadan olmuş X2 və 26 iyul 2010-cu il tarixdə anadan olmuş X1 onun yanında saxlanılması, Rəsul Şahalıyevin iddiaçıdan alınıb onun himayəsinə verilməsi, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimentin 18 dekabr 2018-ci il tarixdən etibarən tutulub ona verilməsi qət edilmişdir. Azyaşlı uşaqların onun yanında qalır, istədikləri vaxt iddiaçı ilə görüşür. İddiaçı ticarət ilə məşqul olur, Göyçay rayon bazarında dükanı vardır. Uşaqların saxlanması üçün ona hər ay hər uşağa görə 125 manat aliment ödəmək iqtidarındadır. Uşaqların onun yanında qalmadığı barədə iddiaçı tərəfin göstərdikləri tam əsassızdır. Uşaqların maddi təminatını iddiaçı tərəfindən ödənilən alimentlə ödəyir. Buna görə də tələbin rədd edilməsin xahiş etmişdir. Məhkəmə iclasında valideyinlərinin hansının yanında qaldıqlarını soruşulan zaman 04 avqust 2007-ci il tarixdə anadan olmuş X4 və 26 iyul 2010-cu il tarixdə anadan olmuş X3 göstərmişlər ki, analarının yanında qalırlar, istədikləri vaxt ataları ilə əlaqə saxlayır, atalarının yaşadığı evə gedib-gəlirlər. Yaxın vaxtlarda məktəbli yoldaşlarının ad günündə iştirak etmək üçün lazım olan 40 manat vəsaiti anaları ödəmişdir. Bundan başqa anaları tərəfindən onlara mobil telefon alınmışdır. İş üzrə tərəfləri dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(046)-1820/2018 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş 04 avqust 2007-ci il tarixdə anadan olmuş X2 və 26 iyul 2010-cu il tarixdə anadan olmuş X1 cavabdehin yanında qalması, Rəsul Şahalıyevin iddiaçıdan alınıb cavabdehə verilməsi, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimentin 18 dekabr 2018-ci il tarixdən etibarən tutulub cavabdehə verilməsi qət edilmişdir. İddiaçı azyaşlı uşaqlarının faktiki olaraq onun himayəsində yaşaqıqlarını əsas tutaraq, hesab edir ki, cavabdehə ödədiyi aliment öhdəliyindən azad edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Ona görə ki, uşaqlar üzərində valideyinlərin hüquq və vəzifələri bərabər olduğuna baxmayaraq, uşaqların saxlanması üçün aliment tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla, azaldıla və artırıla bilər. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, xeyrinə aliment tutulan Cavabdeh azyaşlı uşaqlarına iddiaçının ödədiyi alimentlə baxır, onların maddi tələbatlarını ödəyir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Göyçay rayon Məhkəməsinin 18.12.2018-ci il tarixli qətnaməsi ilə azyaşlı uşaqların saxlanması üçün müəyyən edilmiş hər ay hər uşağa gör 125 manat məbləğində Cavabdeh xeyrinə tutulan alimentin ödənilməsindən azad olunmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun mənasından göründüyü kimi məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh maddi vəziyyətində hər hansı bir dəyişikliyin olması və bu dəyişikliyin onun uşağın saxlanılması üçün Cavabdeh xeyrinə tutulan alimentdən azad olunmasına səbəb ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. İddiaçı Göyçay rayon Məhkəməsinin 18.12.2018-ci il tarixli qətnaməsinə əsasən azyaşlı uşaqların saxlanması üçün Cavabdeh xeyrinə tutulan hər ay hər uşağa görə 125 manat sabit pul məbləğində alimentin ödənilməsindən azad edilməsi barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-461/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-461/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver