Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-5/2021 01.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, DəmirBank ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı DəmirBank ASC-nin cavabdehlər Cavabdeh, X4 və X5 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO Dəmirbank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 14092.28 ABŞ dolları əsas kredit borcunu, 2874.89 ABŞ dolları faiz borcunu, 2462.30 ABŞ dolları cərimə borcunu, cəmi 19429.47 ABŞ dolları kredit borcunun, həmçinin borc öhdəliklərinin tam icra olunması günədək hər gün üçün 8.61 ABŞ dolları məbləğində faiz, 8.61 ABŞ dolları cərimə borcunun, 30 manat dövlət rüsumunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş X4 və X5 məxsus Göyçay rayonu Potu kəndində 0.13 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 51.2 kv.m yaşayış, 52.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, X4 və Kərimova (Nəbiyeva) Ülkər Tahir qızına məxsus olan Göyçay rayonu, Potu kəndində yerləşən, 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan 1 ay sonra X2 və Kərimova (Nəbiyeva) Ülkər Tahir qızının və digər şəxslərin Göyçay rayonu, Potu kəndində yerləşənfərdi yaşayış evinə olan istifadə hüquqlnnın itirilmiş hesab ediməsi, X7 və Kərimova (Nəbiyeva) Ülkər Tahir qızının həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə LPO Dəmirbank ASC-nin nümayəndəsi qismində izahat vermiş X6 iddianı müafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə Dəmirbank ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 22% olmaqla 24 ay müddətinə 30.000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə cavabdehlər X8 və X7 ilə xx.xx.2013-cü il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış və cavabdehlər özlərinə məxsus Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2019-cu il tarixədək LPO DəmirBank ASC-yə 14092.28 ABŞ dolları əsas kredit borcu, 1548.95 ABŞ dolları faiz borcu, 22.774.39 ABŞ dolları cərimə borcu, 1358 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 2661.68 ABŞ dolları olmaqla, cəmi 41077.3 ABŞ dolları borcu qalmışdır.Bundan başqa Cavabdeh kredit borcundan ilk ödəniş kimi 2073 ABŞ dolları ödəmişdir. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, iddianın tələbinin məhkəməyə təqdim edilmiş arayışda qeyd ediln məbləğlər əsasında təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, Dəmirbank ASC ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüş, müqavilənin təminatı kimi anası-X7 və arvadı-X8 ilə ipoteka müqaviləsi bağlanmışdır. Dəmirbank ASC-yə müxtəlif vaxtlarda kredit borcundan 2073 ABŞ dolları ödəmişdir.Lakin bu məbləğ bank tərəfindən nəzərə alınmamışdır. Bundan başqa tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, DəmirBank ASC ilə Cavabdeh arasında illi 22% olmaqla 24 ay müddətinə 30.000 ABŞ dolları ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Dəmirbank ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh və X7 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdehlər mülkiyyətlərində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişlər. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə cavabdeh X7 və X5 məxsus olan Göyçay rayonu Potu kəndində yerləşən yaşayış evi iddiaçı LPO DəmirBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdehlər X7 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evi Dəmirbank ASC ilə Cavabdeh bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə cəmi kredit borcunu iddiaçıya qaytarmadığına görə, Dəmirbank ASC həmin borcun ipoteka ilə yüklü edilmiş X7 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsini, fərdi yaşayış evinin hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. LAZUR-A MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydən görünür ki X7 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli 11401 saylı ekspert rəyindən görünür ki, Cavabdeh oğlunun xx.xx.2016-cı il tarixədək banka kredit müqaviləsi üzrə əsas kredit borcu 15137.12 ABŞ dolları, faiz borcu 3964.26 dolları təşkil edir. Ekspertiza xərci 50 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 23214 saylı ekspert rəyindən görünür ki, Cavabdeh oğlunun xx.xx.2015-ci il tarixədək banka kredit müqaviləsi üzrə əsas kredit borcu 16.086.71 ABŞ dolları, faiz borcu 1889.41 dolları təşkil edir. Ekspertiza xərci 200 manat təşkil edir. Məhkəmə baxışı zamanı tərəflər ekspertiza rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən LPO Dəmirbank ASC tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş arayış və cavabdeh tərəfindən ödənilmiş 2073 ABŞ dolları məbləğində pul nəzərə alınmalı, həmin məbləğ əsas borcdan çıxılmalı, (140xx.xx-2073=12019.28) iddia qalan hissədə iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş LPO DəmirBank ASC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Dəmirbank ASC-yə 14092.28 ABŞ dolları əsas kredit borcu, 1548.95 ABŞ dolları faiz borcu, 22.774.39 ABŞ dolları cərimə borcu, 1358 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 2661.68 ABŞ dolları olmaqla, cəmi 41077.3 ABŞ dolları borcu vardır. LPO Dəmirbank ASC-nin nümayəndəsi X6 tərəfindən Göyçay rayon məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcundan 2073 ABŞ dolları ödəniş etmiş, lakin həmin ödəniş ekspert tərəfindən nəzərə alınmamışdır. Buna görə də iddia təmin edilərkən cavabdeh tərəfindən ödənilmiş 2073 ABŞ dolları pulun nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçı LPO DəmirBank ASC gecikdirilmiş vaxt üçün hesablanmış 2661.68 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasına əsas verə bilən heç bir mötəbər sübut təqdim edə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Məhkəmə hesab edir ki, iddiaçı LPo Dəmirbank ASC -nin cavabdehdən kredit müqaviləsi üzrə 22774.39 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 74.39 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ekspertiza xərci olan 250 manat pul cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər X7 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra cavabdehlərərin və digər şəxslərin həmin evdən çıxarılması, cavabdehlərin həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi təmin edilməməlidir. Çünki cavabdehlərin fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 12019.28 ABŞ dolları əsas borcu, 1548.95 dolları faiz borcu, 74.39 ABŞ dolları cərimə borcu, 1358 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla cəmi 15.000.62 ABŞ dolları kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş cavabdehlər X7 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 manat müəyyən edilməli, fərdi yaşayış evi açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalıdır. İş üzrə ekspertiza xərci olan 250 manat məbləğində pul Cavabdeh alınaraq ekspertizası mərkəzinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 12019.28 ABŞ dolları əsas borc, 1548.95 dolları faiz borcu, 74.39 ABŞ dolları cərimə borcu, 1358 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla cəmi 15.000.62 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və 30 manat dövlət rüsumu tutularaq LPo DəmirBank ASC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş cavabdehlər X7 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinə yönəldisin, fərdi yaşayış evi açıq hərracına satılsın. Əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcu ödənilsin. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 manat müəyyən edilsin, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 250 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-5/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-5/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver