Məhkəmə qərarları › İş №2(046)-5/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-5/2023

05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-5/2023 05.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X1, X4, X5, X13, X2 və X6 qarşı əsassız varlanma nəticəsində əldə etdiklərinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əsassız varlanma nəticəsində əldə etdikləri Göyçay rayonunun Cəyirli kəndində yerləşən 1,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində saldığı xurma bağının ümumi dəyəri 120000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 07 ma 2018-ci il tarixli qərardadı ilə Cavabdeh,X15,X8,HəmidovEldəniz Əlisurət oğlu,X14, X4, X10 və X3 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağa qoyulmasına dair ilkin iddia və İddiaçı cavabdehlər Cavabdeh,X15,X8,HəmidovEldəniz Əlisurət oğlu,X14, X4 və X5 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə yekun qərar çıxarılana qədər ,İddiaçı cavabdehlər Cavabdeh,X1,X4,X7,X13 qarşı əsassız varlanma nəticəsində əldə etdiklərinin geri qaytarılması tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı təqdim edildikdən sonra Göyçay Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək Cavabdeh qarşı qaldırdığı iddia ərizəsindən imtina etdiyini və göstərdiklərinin nəzərə alınmasını xahiş etdiyindən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh, X9, X11, X10, X15, X8 və X12 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268- ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh, X1, X4, X5, X13, X2 və X6 qarşı əsassız varlanma nəticəsində əldə etdiklərinin geri qaytarılması tələbinə dair iddiadan imtinası qəbul olunsun. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət olunmasına yol verilmir. Qərardaddan 10 gün müddətində Göyçay rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar