Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-525/2020 13.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi (bacısı) Nümayəndə və Cavabdeh iştirakı ilə, alimentin azaldılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ̇: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xeyrinə xx xxxxx 2006-cı il tarixdə anadan olmuş X5 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay ümumilikdə ondan tutulan 240 manat alimentin azaldılaraq hər ay hər uşağa görə 100 manat cəmi 200 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (bacısı) Nümayəndə iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı xx xxx 2018-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə uşaqların saxlanması üçün hər ay ümumilikdə 240 manat aliment tutulur. İddiaçı İİ-ci dərəcəli əlil olduğundan, əmək qabiliyyəti olmayan şəxsdir, ağır diabet xəstəliyi ilə əlaqədar işləyə bilmədiyindən 240 manat alimenti ödəyə bilmir. İddiaçı hər ay 167 manat pensiya alır. Bundan başqa heç bir gəliri yoxdur. Qeyd edilən alimenti yaxın qohumlarının köməkliyi ilə ödəyir. İddiaçı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat cəmi 200 manat aliment ödəməyə imkanı çatır. Buna görə də məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı tutulan 240 manat məbləğində alimentin miqdarının azaldılaraq hər ay ümumilikdə 100 manat məbləğində müəyyən edilməsinə etiraz edir. Belə ki, iddiaçının ödədiyi alimentlə uşaqları saxlayır. Başqa gəlir yeri yoxdur. Buna görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Göyçay rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı İİ-ci dərəcəli əlil kimi 167.78 manat pensiya alır. Hazırda pensiyasından hər ay 138 manat məbləğində aliment tutulur. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı İİ-ci dərəcəli əlil kimi 167.78 manat pensiya alır. İddiaçı digər gəlirləri barədə heç bir sübut müəyyən edilmir. Məhkəmə baxışı zamanı Cavabdeh alimentin miqdarının hər ay hər uşağa görə 100 manat cəmi 200 manat məbləğində azaldılmasına etiraz etdiyini bildirmiş, lakin cavabdeh iddia tələbinin rədd edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə xx xxxxx 2006-cu il tarixdə anadan olmuş X5 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X2 üçün İddiaçı tutulan cəmi 240 manat alimentin miqdarı azaldılaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiatəmin edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı xx xxx 2018-cı il tarixli qətnaməsinə əsasən xx xxxxx 2006-cı il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə İddiaçı tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən dəyişdirilərək hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində müəyyən edilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahimFəttahov
Məhkəmə qərarları › İş №2(046)-525/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-525/2020
13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver