Məhkəmə qərarları › İş №2(046)-557/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-557/2020

01.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-557/2020 01.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh1 iştiraki ilə, İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı aliment tələbinə dair mülki işə Göyçay şəhərində 01 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 birgə nikahdan anadan olmuş iki uşağın saxlanması üçün hər ay cavabdehin aylıq əmək haqqının 1/3 hissədə aliment tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçı məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 09.02.2015-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. birgə nikahdan 11.09.2016-cı il tarixdə İslamzadə Özcan Pirhəsən oğlu və 26.05.2018-ci il tarixdə x5 anadan olmuşdur. Hazırda birgə nikahdan anadan olmuş uşaqlar onun yanında yaşayır. Cavabdeh uşağın saxlanması üçün könüllü olaraq aliment ödəmir. Hesab edir ki, cavabdeh övladlarını saxlamağa borcludur. Buna görə də azyaşlı uşaqların yetkinlik yaşına çatanadək cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, birinci nikahda olduğu Cavabdeh2 bir uşağın saxlanması üçün aliment ödəyir. Maddi vəziyyəti ağır olduğundan iddiaçının tələb etdiyi alimenti ona ödəyə bilməyəcəkdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehin izahatın dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş x4 surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 09.02.2015-ci il tarixdə Ağsu rayon Qeydiyyat Şöbəsində 40 nömrəli qeyd ilə nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş x1 görünür ki, 11.09.2016-cı il tarixdə İslamzadə Özcan Pirhəsən oğlu və 26.05.2018-ci il tarixdə x5 anadan olmuşlar. Atası Cavabdeh1, anası isə İddiaçıdır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, azyaşlı uşaqlar İddiaçı yanında qalır, cavabdeh iddiaçıya uşağın saxlanması üçün könüllü olaraq aliment ödəmir. İddiaçı müstəqil qazancı yoxdur. Cavabdehdən iki uşağın saxlanması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. x2 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 10.03.2020-ci il tarixdən başlayaraq 11.09.2016-cı il tarixdə anadan olmuş İslamzadə Özcan Pirhəsən oğlunun və 26.05.2018-ci il tarixdə anadan olmuş x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh1 aylıq qazancının 1/3 hissəsi tutularaq İddiaçı ödənilməlidir. Aliment dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh1 illik alimentin məcmusu ilə dövlət rüsumu tutulmalıdır . Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 10.03.2020-ci il tarixdən başlayaraq 11.09.2016-cı il tarixdə anadan olmuş İslamzadə Özcan Pirhəsən oğlunun və 26.05.2018-ci il tarixdə anadan olmuş x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh1 aylıq qazancının 1/3 hissəsi tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamənin icrası Cavabdeh1 yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar