Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-59/2021 07.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1 Aburəhman oğlunun, cavabdeh X3 iştirakı ilə, özbaşına tikilinin sökülməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət mülkiyyətlərində olan 0.68 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş eni 4 metr, uzunluğu 7 metr olan talvarın sökülməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində 177879 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 Aburəhman oğlu iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Cəyirli kəndində DƏDXR-nin çıxarışına əsasən 0.68 ha torpaq sahəsi onun və digər iddiaçıların mülkiyyətinə verilmişdir. Qeyd edilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq talvar inşa edilmişdir. Həmin talvarın sökülməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin qanunsuz olaraq ona məxsus torpaq sahəsində talvar tikdirməsi nəticəsində 177.879 manat əldən çıxmış fayda vardır. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə cavabdeh X5 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçılara məxsus xüsusi mülkiyyətdə olan Göyçay rayon Cəyirli kəndində yerləşən 0.68 ha torpaq sahəsində talvar inşa etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər iddiaçılara məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçılar məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayonu Cəyirli kəndində 0.68 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 Aburəhman oğlunun, İddiaçı2 İsmayil qızının, İddiaçı3, X1 və İddiaçı5 adına, daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Göyçay rayonu Cəyirli kəndində 1.20 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Naturada mövcud olan mübahisəli talvar iddiaçıların mülkiyyətinə verilmiş RX seriyalı №0743267 çıxarışın ayrılmaz hissəsi olan 0.68 ha torpaq sahəsinin koordinatlarını əks etdirən A№306359 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinə düşmür. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 142.86 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 10/4047 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəsəssis rəyinən əsasən, Göyçay rayonunun Cəyirli kəndində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş talvar iddiaçıların mülkiyyətinə verilmiş 0.68 ha torpaq sahəsinə düşmədiyi müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.68 ha torpaq sahəsində cavabdeh tərəfindən talvar tikilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 Aburəhman oğlu ümumi-birgə mülkiyyətdə olan 0.68 ha torpaq sahəsində cavabdeh X5 tərəfindən talvar tikilməsinə və bunun nəticəsində 177.879 manat məbləğində əldən çıxmış faydanın mövcud olduğuna dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 142.86 manat məhkəmə xərcinin İddiaçı1 Aburəhman oğlundan tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı1 Aburəhman oğlundan tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 İsmayil qızı, İddiaçı3, X4 və İddiaçı5 mülkiyyətlərində olan 0.68 ha torpaq sahəsində cavabdeh X5 tərəfindən qanunsuz olaraq tikilmiş eni 4 metr, uzunluğu 7 metr olan talvarın sökülməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində 177879 manat məbləğində əldən çıxmış faydanın cavabdeh X2 alınaraq onlara verilməsi barədə tələbi təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 142.86 manat məhkəmə xərci İddiaçı1 Aburəhman oğlundan alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı1 Aburəhman oğlundan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-59/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-59/2021
07.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver