Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-664/2021 12.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, nikahın pozulması və aliment tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı ilə arasında bağlanmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan anadan olmuş bir uşağın saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən hər iki mülki iş bir icraata birləşdirilmişdir. İş üzrə aliment tələbi üzrə İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək göstərmişdir ki, tərəflər xx.xx.2014-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X4 anadan olmuşdur. Aralarında olan ər-arvad münasibətləri faktiki olaraq pozulmuşdur. Azyaşlı uşaq İddiaçı yanında yaşayır, cavabdeh azyaşlı uşaqların saxlanmasında heç bir maddi köməklik göstərmir. Cavabdehin maddi imkanı yaxşıdır, Göyçay bazarında alverlə məşqul olur. Buna görə də tərəflər arasında bağlanmış nikahın pozulması və bir uşağın saxlanması üçün iddiaçıda cavabdehin xeyrinə hər ay 175 manat sabit məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə boşanma tələbi üzrə iddiaçı Cavabdeh göstərmişdir ki, cavabdeh İddiaçı ilə xx.xx.2014-cü il tarixdə nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2015-ci il tarixdə X4 anadan olmuşdur. Cavabdeh ilə aralarında olan ər-arvad münasibətləri pozulmuşdur. Buna görə də cavabdehlə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azyaşlı uşağının saxlanması üçün İddiaçı tələb etdiyi 175 manat alimenti ödəməy maddi imkanı çatmır. Belə ki, Göyçay bazarında alverlə məşqul olur, 3-cü qrup əlil kimi 110 manat pensiya alır. Buna görə də alimentlə tələbin rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia aliemtlə bağlı hissədə qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X1 görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş X2 görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2015-ci il tarixdə X4 anadan olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh ər-arvad münasibətlərini dayandırmaqla ayrı yaşayırlar. Ayzaşlı uşaq anası İddiaçı yanında qalır, Cavabdeh uşağın anasının yanında qalmasına etiraz etmir. Alimentlə bağlı tərəflər arasında razılıq mövcud deyildir. Tərəflər boşanmağa razıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim etmədikdə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmalı, azyaşlı uşaq iddiaçının yanında saxlanılmalı, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən yəni İddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq bir uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Cavabdeh tutulan aliment dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında Qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır. Tərəflərə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı üç illik iddia müddətinin müəyyən edildiyi izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216, 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Göyçay rayonu RİHB-nın Ərəbcəbrili kənd icra nümayəndəliyində 21 №-li qeyd ilə bağlanmış nikah pozulsun. xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 İddiaçı yanında saxlanılsın. xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı xeyrinə verilsin. Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Tərəflərə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı üç illik iddia müddətinin müəyyən edildiyi izah edilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamənin icrası iddiaçı Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-664/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-664/2021
12.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver