Məhkəmə qərarları › İş №2(046)-702/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-702/2024

01.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-702/2024 01.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment ilkin tələbinə, X5 cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək, Cavabdeh ayda 300 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh Saleh oğlu ilə el adəti ilə toy edib ailə qurmuş, birgə yaşamaqla ailə həyatı sürmüşlər. Toydan sonra cavabdehin yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə yaşayışlarından 19.11,2020-ci il təvəllüdlü X14 doğulmuşdur. Bundan sonra Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il təvəllüdlü X11 doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə ilə cavabdehin atalığı müəyyən edilmişdir. Ailə qurduğu ilk müddətdə cavabdeh və onun valideynləri ilə münasibətləri normal olmuş, sonradan münasibətləri pozulmuş, bu səbəbdən gəlin köçdüyü, yaşadığı və istifadə hüququ əldə etdiyi fərdi yaşayış evini tərk etmişdir. Hazırda ayrılmışlar, uzun müddətdir ayrı yaşayırlar. Cavabdeh ayrıldığı vaxtdan bu günə kimi birgə nikahlarından doğulmuş uşaqlarının yaşayış şəraiti ilə maraqlanmamış, onun saxlanılmasına heç bir maddi yardım göstərməmişdir. Halbuki, atanın uşaqların saxlanılması üçün maddi yardım göstərmək, aliment ödəmək borcudur. Heç bir yerdə işləmir və övladını maddi cəhətdən tam təmin edə bilmir. Cavabdeh hərbi hissədə hərbiçi işləmiş, hazırda yüksək məbləğdə pensiya almaqla gəlir əldə edir. Cavabdeh Saleh oğlunun yüksək gəliri vardır və azyaşlı uşağının yaşayış minimumu həddində deyil, normal həddə saxlanılması üçün kifayət qədər maddi imkanı vardır. Hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün, yetkinlik yaşına çatanadək, Cavabdeh Saleh oğlundan ayda 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb ona verilməlidir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə faktiki nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 atası olmadığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə 2019-cu il tarixdə qeyri rəsmi nikaha daxil olmuşdur. Bu birlikdən xx.xx.2020-ci il təvəllüdlü X24 adlı övladı doğulmuşdur. O, bu dövrdə Rəhimə Allahverdiyeva ilə rəsmi nikhada olmuş və bu nikahdan 3 övladı var. Cavabdeh xx.xx.2023-cü il tarixdə oğlu ilə birgə yaşadığı evi tərk etmişdir. O, həmin gündən övladını görə bilmir. Lakin sonralar cavabdehə məxsus gündəlikdən sosial şəbəkələrdə olan yazışmalardan və o dövrdə, yəni 2020-ci ilin fevral ayında mübahisələndirilən uşağın mayalanma dövründə Goranboy rayonunda X20 hadisəsi zamanı zərərçəkmiş kimi aldığı xəsarətlərə görə uzun müddət müalicələrdə olduğu üçün xx.xx.2020-ci il təvəllüdlü X7 onun oğlu olmasına şübhələr var. Bəzi şübhələr, əlində olan tibbi sənədlər və şəkillər cavabdeh tərəfindən həmin gün xx.xx.2020-ci il təvəllüdlü X14 ilə bərabər digər ekiz tayı qız uşağı dünyaya gəldiyi ehtimalı var. Odur ki, gələcəkdə uşağın atasının olmasını müəyyən etmək məqsədi ilə ekspertiza keçirilərkən, ekspertiza qarşısında uşağın ekiz və tək doğulması suallarının qoymasını tələb edəcək. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-929/2024 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı atalığın mübahisələndirilməsinə dair iddi tələbi İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə əlaqəli olduğundan, mülki işlər bir icraatda birləşdirilərək baxılması üçün hakim Qurbanova Gülnaz İntiqam qızının icraatına verilmişdir. Cavabdeh ilkin iddia ərizəsinə etiraz vermişdir. Etirazda göstərmişdir ki, o, iddiaçı ilə tanış olanda onun mərhum Rəhimə Allahverdiyeva ilə 2010-cu ildən rəsmi nikahı vardır. Rəsmi nikahdan 3 övladı vardır. 2011-ci il təvəllüdlü Hüseyn Allahverdiyev, 2012-ci il təvəllüdlü Məhəmməd Allahverdiyev, 2014-cü il təvəllüdlü Leyla Allahverdiyeva. İddiaçı bildirmişdir ki, onlar el adət ənənəsi ilə toyları olub, bu yalandır. Onlar sadəcə qeyri-rəsmi münasibətdə olmuşlar. İddiaçı yalandan qeyd etmişdir ki, onun yüksək gəliri var. Halbuki, 2-ci Qarabağ müharibəsi iştirakçısı və 3-cü qrup qazidir. Həyat yoldaşı mərhum Rəhimə Allahverdiyeva 15 sentyabr 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Himayəsində üç azyaşlı övladı qalmışdır. O. övladları ilə qeyd olunan ünvanda 300 manat icarə haqqı ödəməklə yaşayır, uşaqların təhsil səviyyəsinin yüksək olması məqsədi yaşamasına məcburdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, Cavabdeh Saleh oğlunun iddiasını qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsində “Cavabdeh Saleh oğlu ilə el adəti ilə toy edib ailə qurmuş” qeyd olunsa da, həmin sözlər iddia ərizəsi tərtib edərkən səhvən qeyd olunmuşdur. İddia ərizəsində göstərilən qalan xüsusatları təsdiq edərək məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən Cavabdeh iddiasının təmin, İddiaçı iddianın qismən, yəni yaşayış minimumu uşaqlar üçün nəzərdə tutulmuş 235 manat məbləğində pulun yarısı miqdarında aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı ,qarşılıqlı iddia isə təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: Az-İ № 432702 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Saleh oğlu 19 noyabr 2020-ci ildə İddiaçı doğulmuş X21 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci ildə anadan olmuş, atası Cavabdeh Saleh oğlu, anası İddiaçıdır. Sabit pul məbləğində aliment tələbi üzrə “İkin mediasiya sessiyasına iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Az-İ № 708774 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X19 arasında nikah 22 sentyabr 2011-ci il tarixdə bağlanmış, nikahdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh olu ilə X3 nikahlarından xx.xx.2011-ci il tarixdə X8, xx.xx.2012-ci il tarixdə X4, xx.xx.2014-cü il tarixdə X9 anadan olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Medalı vəsiqələrinin surətindən görünür ki, Cavabdeh “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh 2020-ci ilin noyabr ayında doğulmuş əkiz övladlarından birinin xəbəri olmadan İddiaçı tərəfindən öz qohumuna verilərək ölkə hüdudlarından qanunsuz olaraq çıxarılması ilə bağlı şikayətə baxılmış, araşdırılma davam etdiyi, nəticədən asılı olaraq qanuna müvafiq qərarın qəbul edilməsinin təmin olunacağı qeyd edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, X12 üçüncü dərəcəli əlildir. Atalığın mübahisələndirilməsi tələbi üzrə “İkin mediasiya sessiyasına iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı isə iştirak etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X18”Publik hüquqi şəxsin 09 sentyabr 2024-cü il tarixli 538/2024-MTBŞ saylı ekspert rəyindən görünür ki, mübahisəli atalıq ekspertizasına görə qan və ağız suyunun tədqiqinə əsasən ekspert aşağıdakı nəticəyə gəlmişdir.

1. Güman olunan ata: Cavabdeh qrup göstəriciləri: O alfa, beta/İ/; D /+/ MM.

2. İddiaçı qrup göstəriciləri: O alfa, beta/İ/, D /+/ MM

3. Uşaq- X7 qrup göstəriciləri: O alfa, beta /İ/, D /+/ MM Ağız suyunun tədqiqinə görə “İfraz etməyənlər” kateqoriyasına aiddir. 4.Yuxarda tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən, ekspertizaya təqdim olunmuş X14 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşaq Hüquqları haqqında Qanunun : 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (Ailə Məcəlləsinin 75.1-ci maddəsi). Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmadığından və iddiaçının aliment tutulması barədə tələbi olduğundan aliment məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan Cavabdeh uşağını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını, habelə əmlak vəziyyətini nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2020-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment alınaraq İddiaçı verilməlidir. Eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməli, bununla da iddia qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki,bu günə qədər məhkəmə-tibbi ekspertizası və ya DNT testi uşaqla bağlı atalığın müəyyən edilməsinin yeganə dəqiq üsuludur və onun sübutedici dəyəri tərəflərin faktiki olaraq ər-arvad münasibətlərini təsdiq, yaxud rədd edilməsi məqsədi ilə təqdim etdikləri istənilən başqa sübutdan nəzərə çarpacaq dərəcədə üstündür. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 19 noyabr 2020-ci ildə anadan olmuş X7 atası Cavabdeh olması faktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X18”Publik hüquqi şəxsin 09 sentyabr 2024-cü il tarixli 538/2024-MTBŞ saylı rəyi ilə təsdiq olunduğundan, X5 cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı ödəməkdən azad edildiyi 39.20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə:

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Saleh oğlundan xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh 39 manat 20 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar