Məhkəmə qərarları › İş №2(046)-740/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-740/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-740/2025 22.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh X7 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı aliment öhdəliyindən azad edilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2(046)-101/2024 saylı qətnaməsi ilə xx.xx.2018-cı il təvəllüdlü X1 üçün ondan cavabdeh X4 xeyrinə sabit pul məbləğində tutulan alimentin ödənilməsi öhdəliyindən azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 13 may 2024cü il tarixli e-2(046)-101/2024 saylı qətnaməsi ilə X4 ona qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, aralarında xx.xx.2014-cü il tarixdə Göyçay rayon İHB-nin Alpoud kənd İƏD üzrə nümayəndəliyində 23 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 16 avqust 2016-cı il təvəllüdlü X21 və xx.xx.2018-cı il təvəllüdlü X18 anaları X4 yanında saxlanılması, 16 avqust 2016-cı il təvəllüdlü X17 ondan alınaraq iddiaçı X6 verilməsi, qətnamənin 16 avqust 2016-cı il təvəllüdlü X17 ondan alınaraq X6 verilməsi hissəsində icra edilərkən, icra prosesində Elminin təhsil aldığı məktəbin psixoloqunun və pedaqoqun iştirakının təmin edilməsi, qətnamənin bu hissədə qanuni qüvvəyə mindiyi gündən 15 gündən gec olmayaraq icra edilməsi, 16 avqust 2016-cı il təvəllüdlü X17 və xx.xx.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi, azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X2 üçün tutulan alimentin Dilruba Məmmədova iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən, azyaşlı 16 avqust 2016-cı il təvəllüdlü X3 üçün tutulan alimentin azyaşlı X14 ondan alınaraq X6 verildiyi vaxtdan hesablanması, qətnamənin azyaşlı xx.xx.2018-cı il təvəllüdlü X2 üçün tutulan alimentə dair hissədə dərhal icra edilməsi, ondan 63.2 manat məbləğində rüsumun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra verilmiş icra sənədi icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tərlan Əhmədzadənin 31 iyul 2024-cü il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e- 2(046)- 101/2024 saylı icra sənədi icraata qəbul edilərək icra hərəkətlərinə başlanılmışdır. İcra mərhələsində sadaladığı sənədlərdən də göründüyü kimi, övladlarından xx.xx.2016-cı il təvəllüdlü X21 anası, hazırki iş üzrə cavabdeh qismində qeyd etdiyi X6 getməkdən imtina etmişdir. Övladına anasına qarşı mənfi münasibət göstərməməsini izah etmiş, heç vaxt övladlarından analarına qarşı istifadə etməmiş və qətnamənin icra edilməməsində onun heç bir təqsirli hərəkət və hərəkətsizliyi yoxdur. İcra təyin olunan günlərdə və vaxtlarda həmişə övladı ilə dəvət olunduqları yerdə olmuşlar və icra üçün dəvət edilmiş psixoloqun, pedaqoqun, icra məmurunun işinə müdaxilə etməmişdir. Lakin bütün bunlara baxmayaraq, övladı öz daxili istək və arzusuna, düşüncəsinə və dünyagörüşünə uyğun olaraq hərəkət etmiş və anasının yanında yaşamaq istəmədiyini bildirmişdir. Belə ki, Göyçay rayon İcra və Probasiya Şöbəsinin 26 sentyabr 2024-cü il tarixli, 10 oktyabr 2024-cü il tarixli, 15 noyabr 2024-cü il tarixli aktlarından göründüyü kimi icra məmuru Tərlan Əhmədzadə tərəfindən icra sənədinin icrası mərhələsində iştirakı vacib olan şəxslərlə birlikdə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının mümkün olmaması, xx.xx.2016-cı il təvəllüdlü X17 anasının yanına getməkdən imtina etməsinə dair müvafiq aktlar tərtib etmişdir. Aktlar adları qeyd edilən şəxslər tərəfindən imzalanmışdır. Eləcə də, icra mərhələsində uşağın davranışı ilə əlaqədar Göyçay RİHB yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu və uşağın təhsil aldığı məktəbin direktoru tərəfindən müvafiq rəylər tərtib edilərək imzalanmış və icra məmuruna təqdim edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tərlan Əhmədzadənin 06 yanvar 2025-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarından göründüyü kimi, yuxarıda adı çəkilən icra sənədi azyaşlının anasına getmək istəməməsi səbəbindən icra edilmədiyindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə qətnaməsi qəbul ediləndən əvvəl də, sonra da övladı Elmin onun yanında və himayəsində yaşayır və onun bütün tələbatlarını imkan daxilində qarşılamağa, qayğılarını həll etməyə çalışır. Sözügedən qətnamə ilə ondan digər övladı Solmazın saxlanılması üçün uşağın anasının xeyrinə aliment tutulması qət edilmişdir. Elminin bütün qayğılarının həll edilməsi çətinliyi bütünlüklə onun üzərinə düşür. Bununla yanaşı digər övladının saxlanılması üçün hazırki iş üzrə cavabdehin xeyrinə aliment tutulması onun qeyri-qənaətbəxş olan maddi vəziyyətini çox çətinləşdirir. Eləcə də, qanunla valideynlərin üzərinə uşaqlara münasibətdə bərabər şəkildə qoyulmuş vəzifələrin icrası baxımından tarazlıq pozulmuş olur. O, eyni zamanda hər iki uşağın bütün yükünü daşıya bilməz. Cavabdehin vəziyyətini dərk edərək, ondan Elminin saxlanması üçün hər hansı tələbləri və gözləntiləri yoxdur. Qanunvericilik normalarından göründüyü kimi o, hazırki halda digər övladı Solmaza münasibətdə aliment öhdəliklərindən azad edilməlidir. Belə ki, qanunvericilik uşaqlar üzərində valideynlərin bərabər hüququnun olmasını müəyyən etməklə yanaşı, bərabər vəzifələr də daşımaq öhdəliyini müəyyən etmişdir. Solmaz körpəlik dönəmindən çıxmışdır, cavabdeh Elminin maddi tələbatlarını təmin etməyə çalışır, cavabdeh də qadınlara layiq işlərlə (şirniyyat və s. bişirmə, əl işləri, paltar tikmə və s.) məşğul olaraq Solmazı maddi cəhətdən təmin edə bilər. Onu da məhkəmənin nəzərinə çatdırır ki, əgər cavabdehə münasibətdə maddi vəziyyəti qənaətbəxş olsaydı hər hansı vəzifədə işləyərək stabil və yüksək əmək haqqı alsaydı, onda o həm Elminin həm də Solmazın maddi tələbatlarını tam şəkildə qarşılayardı. Lakin təəssüf ki, belə deyil. İddia təmin ediləcəyi təqdirdə belə gələcəkdə cavabdehə münasibətdə maddi vəziyyəti düzəlsə o, hər hansı məhkəmə qətnaməsi olmadan heç bir məcburetməyə məruz qalmadan könüllü şəkildə Solmazın saxlanılması üçün maddi dəstək göstərməyə hazırdır. Solmaz da Elmin kimi onun övladıdır, aralarında hər hansı fərq qoymur və Solmaz da Elmin kimi ona əzizdir. Lakin hazırda iki uşağın maddi qayğılarının tam şəkildə həll edilməsinə maddi imkanı yoxdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X15 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e- 2(046)-101/2024 saylı qətnaməsinə əsasən İddiaçı Mirrədin oğlu ilə xx.xx.2014-cü il tarixdə Göyçay rayon İHB-nin Alpoud kənd İƏD üzrə nümayəndəliyində 23 saylı akt qeydi ilə bağlanmış nikahları pozulmuş, birgə nikahdan olan 16 avqust 2016-cı il təvəllüdlü X21 və xx.xx.2018-cı il təvəllüdlü X18 onun himayəsinə verilmiş, iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment İddiaçı alınaraq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra İddiaçı uşağı Elmini qaçırdaraq aparmış və onunla görüşməyə maneəçilik yaratmışdır. Məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra uşağı Elmin onunla görüşmək istəmədiyi üçün icra məmuru iş üzrə icraata xitam vermiş, icra məmurunun qərarından məhkəmə qaydasında şikayət vermişdir. İddiaçı tərəfin maddi imkanın olmaması ilə bağlı göstərdiklərinin heç biri həqiqətə uyğun deyil. Belə ki, onun yaxşı həyat şəraiti, mülkləri və torpaq sahələri vardır. Buna görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Göyçay Rayon Məhkəməsinin e-2(046)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası qismən təmin edilərək, tərəflər arasında xx.xx.2024-cu il tarixdə Göyçay rayon İHB-nin Alpoud kənd İƏD üzrə nümayəndəliyində 23 №-li qeyd ilə bağlanmış nikahın pozulması, 16 avqust 2016-cı il tarixdə anadan olmuş X21 və xx.xx.2018-cı il tarixdə anadan olmuş X12 iddiaçı X4 yanında saxlanılması, 16 avqust 2016-cı il tarixdə anadan olmuş X21 cavabdeh İddiaçı İldırım oğlundan alınaraq iddiaçı X6 verilməsi, qətnamə 16 avqust 2016-cı il tarixdə anadan olmuş X17 atası İddiaçı İldırım oğlundan alınaraq anası X6 verilməsi hissədə icra edilərkən, icra prosesində Elminin təhsil aldığı məktəbin psixoloqunun və pedaqoqun iştirakı təmin edilməsi, qətnamə bu hissədə qanuni qüvvəyə mindiyi gündən 15 gündən gec olmayaraq icra edilməsi, 16 avqust 2016-cı il tarixdə anadan olmuş X21 və xx.xx.2018-cı il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı İldırım oğlundan hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi və azyaşlı xx.xx.2018-cı il tarixdə anadan olmuş X2 üçün tutulan aliment iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən yəni, xx.xx.2023cü il tarixdən, azyaşlı 16 avqust 2016-cı il tarixdə anadan olmuş X3 üçün tutulan aliment azyaşlı X14 cavabdeh İddiaçı İldırım oğlundan alınaraq iddiaçı X6 verildiyi vaxtdan hesablanması qət edilmişdir. İcra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra sənədinin icrası məqsədi ilə tərəflərin, Elminin təhsil aldıqları orta məktəbin psixoloqunun və tədrisi həyata keçirən pedaqoqun iştirakı ilə dəfələrlə icra işi təyin edilsədə 16 avqust 2016-cı il tarixdə anadan olmuş X21 tələbkar X6 getməkdən imtina etmişdir. Sonuncu dəfə xx.xx.2024cü il tarixdə icra işi təyin edilmiş, pisixoloq və pedaqoqların iştirakı ilə bu barədə müvafiq aktlar tərtib edilmişdir. Bu səbəbdən də, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli. e- 2(046)-101/2024-023 saylı qərarını icra etmək mümkün olmadığı üçün qərar tərəflərindən geri qaytarılmışdır. Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq Şöbəsinin əməkdaşı X13 xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, icra sənədin icrası məqsədi ilə xx.xx.2024-cü il tarixdə icra şöbəsində olmuş, icra sənədində qeyd olunan X21 ilə söhbət aparmış, uşaq heç bir təsir edilmədən atasında qalmaq istədiyini bildirmişdir. Göyçay rayon İcra Hakimiyyəti başçısının yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloq Tofiq Əzizovun rəyindən görünür ki, Göyçay rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çalınayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu qismində Göyçay rayon İcra şöbəsinin icra məmuru X9 dəvəti ilə xx.xx.2024-cü il tarixli çağırışa əsasən X17 anası X10 ilə görüşünün təmin olunması prosesində iştirak etmiş, uşaq icra məmurlarının iştirakı ilə ərizəçi X5 azyaşlı oğlu xx.xx.2016-cı il tarixdə anadan olmuş Göyçay rayonu Alpout kəndində qeydiyyatda olan İddiaçı Mirəddın oğlu ilə birgə yaşaması üçün profilaktiki və psixoloji söhbət aparılmışdır. Söhbət zamanı azyaşlı X21 anasına getmək istəmədiyini bildirmişdir. X21 ilə fərdi psixoloji söhbət aparılmasının təmin edilməsinin atası İddiaçı Mirəddın oğlunun süni maneələr yaratması, həmçinin yüksək səslə xx.xx.2018-ci il təvəllüdlü qızı X16 da gələcəkdə məktəbdən qaçıracağını bildirməsi, hər hansı bir dövlət orqanına şikayət edilməsindən çəkinmədiyini söyləməsi azyaşlının atasından qorxaraq həyacan keçirməsinə səbəb olması və fikirlərini qeyri-dəqiqliklə ifadə etməsi, X17 anası X10 ilə görüşünün təmin olunmamasına dair ciddi psixoloji təsir altında qaldığına dair əsaslı şübhələr yaratmışdır. X17 fikirlərini ifadə etməsi zamanı stress altında olması həmçinin bir-birini təkzib edən ifadələr verməsi yetkinlik yaşına çatmayan Elminin psixologiyasında şəxsiyyətin ikiləşməsi, nevroz və narahatlıq pozuqluğu, konsantrasiya çətinliyi kimi psixoloji zərərlər müşahidə edilmişdir. Qəbələ 1 saylı Mediasiya təşkilatının mediatoru tərəfində verilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh iştirak etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə iddia ərizəsini, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olmuşlar və onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X21 və xx.xx.2018-ci təvəllüdlü X18 anadan olmuşdur. Həşimli X11 Elvin Mirəddin oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin e-2(046)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16 avqust 2016-cı il tarixdə anadan olmuş X21 və xx.xx.2018-cı il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı İldırım oğlundan hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda faktiki olaraq xx.xx.2016-cı il təvəllüdlü X21 İddiaçı himayəsində, xx.xx.2018-ci təvəllüdlü X18 Cavabdeh himayəsindədir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Uşaqların saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda həm iddiaçı həm də cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. Məhkəmə iddianın dəlili olaraq qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin e-2(046)- 101/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixindən sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı məhkəməyə də təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci təvəllüdlü X12 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçının aliment öhdəliyindən azad edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X8 qarşı aliment öhdəliyindən azad edilmə tələbinə iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar