Məhkəmə qərarları › İş №2(046)-759/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-759/2024

27.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-759/2024 27.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyev Sevinc Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh Göyçay rayon X4 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon Mərkəzi X1rşı 2023-cü ilin sentyabr ayından ödənilməyən aylıq əmək haqqına 40 % əlavənin ödənilməsinin bərpa edilməsi və 2023-cü ilin sentyabr ayından ödənilməyən aylıq əmək haqqına 40 % əlavənin qətnamə icra olunan günədək hesablanıb birdəfəlik ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin sentyabr ayından ödənilməyən aylıq əmək haqqına 40 % əlavənin ödənilməsinin bərpa edilməsi və 2023-cü ilin sentyabr ayından ödənilməyən aylıq əmək haqqına 40 % əlavənin qətnamə icra olunan günədək hesablanıb birdəfəlik ödənilməsinin təmin edilməsinin cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” X16 həvalə edilməsi və mediasiya üçün ödənilmiş 50 manat pulun “Göyçay rayon Mərkəzi Xəstəxanası” X8 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 1999-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatlı göndərişi ilə işləmək üçün Göyçay RMX-na göndərilmiş və Qaraməryəm ASM -də (o vaxt Qaraməryəm kənd sahə xəstəxanası) 1 aklad həkim-stomatoloq ixtisası üzrə işlə təmin olunmuşdur. Bu günə kimi Qaraməryəm ASM-də həkim-stomatoloq ixtisası üzrə işləyir. 2020-ci ilin yanvar ayından stomatoloji xidmətlər Göyçay RMX-nın Səhiyyə Xidmətinin X3 bölməsinə keçirilmişdir. Bununla əlaqədar olaraq Göyçay MRX -nın X13 direktoru ilə əmək müqaviləsi yenilənərək iş yeri kimi Göyçay RMX-nın Səhiyyə Xidmətinin X3 bölməsi qeyd olunmuşdur. O, hələ də (1999 cu ildən fasiləsiz olaraq) Qaraməryəm ASM-də həkim-stomatoloq ixtisası üzrə çalışır və Göyçay MRX-nın Səhiyyə Xidmətinin Təşkili şöbəsinə hər ay iş fəaliyyəti ilə bağlı aylıq hesabat verir. Çünki onunla bağlanmış iş müqaviləsi dəyişsə də iş yerinin və şəraitinin dəyişməsi ilə bağlı Göyçay MRX-nın X13 direktoru heç bir əmr verməmişdir. 2020-ci ilin aprel ayında ona fasiləsiz iş stajına görə əmək haqqına verilən 40% əlavənin kəsilməsi ilə bağlı müvafiq idarələrə (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə) müraciətlər etmişdir. Məsələyə aidiyyatı üzrə baxılmış və iş yerinin Qaraməryəm ASM -də olduğunu əsas götürərək əmək haqqına olan əlavə bərpa olunmuşdur. (Bax - İcbari Tibbi Sığorta üzrə X5 Heyətinin sədr müavini Nigar xanım Bayramovanın və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən ona cavab olaraq ünvanlanmış məktubları iddia ərizəsinə əlavə olunub). Lakin 2023 cü ilin sentyabr ayından əmək haqqına olan 40% əlavə yenidən kəsilmişdir. Hesab edir ki, aylıq əmək haqqına 40 % əlavənin dayandırılması qanunsuzdur və bu onun hüquqlarını pozur. Göstərilənlərə əsasən hesab edir ki, 2023-cü ilin sentyabr ayından ödənilməyən aylıq əmək haqqına 40 % əlavənin ödənilməsinin bərpa edilməsi və 2023- cü ilin sentyabr ayından ödənilməyən aylıq əmək haqqına 40 % əlavənin qətnamə icra olunan günədək hesablanıb birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Göyçay RMX-ın X13 direktoru ilə bağlanmış xx.xx.2020 ci il tarixli 849 saylı əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının TƏBİB X13 tabeliyində olan Göyçay RMX X13 Səhiyyə Xidmətləri X3 bölməsinin həkim-stomatoloq vəzifəsinə qəbul edilmişdir. İş yerinin dəyişilməsi barədə heç bir əmr verilməyib və ona təqdim olunmayıb. Hər gün yaşadığı Göyçay şəhərindən Qaraməryəm kəndində yerləşən iş yerinə gedib-gəlmək üçün ay ərzində 120 manat artıq yalnız nəqliyyata xərcləyir. Buna baxmayaraq qanunsuz olaraq aylıq əmək haqqında 40 % əlavə dayandırılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubu 2023-cü ilin dekabr ayında alıdıqdan sonra 10 mart 2020-ci il tarixli 663 saylı əmrdən məlumatı olmuşdur. Buna baxmayaraq Göyçay rayonun Qaraməryəm ASM-də fəaliyyətini bugünə kimi davam etdirir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Göyçay rayon X4 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2020-ci ildə “X14 üzrə Dövlət Agentliyi” yaradılmışdır. Onun tərkibində TƏBİB fəaliyyətə başlamışdır. Qaraməryəm kənd xəstəxanası ləğv edilərək, Qaraməryəm ASM yaradılmışdır. Stomatoloqlar Səhiyyə Xidmətinin X3 bölməsinə keçmişlər. Digər kəndlərdə olan həkimlər də bu şöbədə işləyirlər. Qaraməryəm ASM yeganə kənddir ki, bu şöbəyə daxil deyil. İddiaçı əmək müqaviləsi bağlanan gündən Qaraməryəm ASM-də çalışır. O, Göyçay rayon X4 Hüquqi Şəxsə müraciət edərək, əmək haqqına 40% əlavənin verilməsini xahiş etmişdir. Bu halda iddiaçıya əsas iş yerində işləməyi təklif edilmişdir. Lakin o hər dəfə əsas iş yerində işləməkdən imtina etmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 01 yanvar 2020-ci il tarixli ştat cədvəlindən görünür ki, Qaraməryəm ASM bölməsində həkim-stomatoloq vəzifəsi yoxdur. 07 yanvar 2020-ci il tarixli 849 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X15 İddiaçı arasında əmək müqaviləsi bağlanmış və İddiaçı Azərbaycan Respublikasının TƏBİB X13 tabeliyində olan “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomotogiya bölməsinin həkim-stomotoloq vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət agentliyinin İddiaçı müraciətinə baxılmasının nəticəsi haqqında 04 sentyabr 2020-ci il tarixli məlumatdan görünür ki, agentliyə təqdim edilmiş məlumata görə X9 RMX-nın Qaraməryəm kəndində stomatoloq həkim vəzifəsində çalışdığı, tibb müəssisəsinin təqdim etdiyi məlumata əsasən onun 2020-ci ilin may ayından Göyçay RMX-nın rəhbərliyinə müraciət edərək yaşayış yerindən 25 km aralı kənd xəstəxanasında çalışdığı üçün əmək haqqıya əlavə olaraq mütəmadi qaydada hər ay aldığı vəsaitin aprel ayından almadığını bildirdiyi və rəhbərlik tərəfindən aparılan araşdırmalar nəticəsində əmək haqqına əlavələrin ödənilməsinin bərpa edildiyi müəyyən edilmişdir. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İSX (ASM) şöbəsi Qaraməryəm ASM bölməsində stomatoloq həkim ştatı olmadığı üçün əmək haqqıya 40 faiz əlavə haqqının ödənilməsinin mümkün olmadığı və ona görə də RMX PHŞ-in rəhbərliyi şəhərdə fəaliyyətini davam etdirmək üçün İddiaçı RMX-na dəvət olunması göstərilmişdir. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 Göyçay RMX X13 şöbəsinin Qaraməryəm ASM bölməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İSM (ASM) şöbəsi Qaraməryəm ASM bölməsində ştat cədvəlinə əsasən həkim-stomotoloq ştatı olmadığına görə İddiaçı Qaraməryəm ASM bölməsində həkim-stomotoloq işləməsi qeyri qanunidir. İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 31 yanvar 2022-ci il tarixli 66 saylı əmrin surətindən görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq “Göyçay Rayon Mərkəzi Xəstəxanası” Qaraməryəm kənd Sahə Xəstəxanasının ümumi heyətin həkim-stomatoloqu İddiaçı “Stomotalogiya (model1-2)” üzrə ixtisaslaşdırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək ADHTİ göndərilmişdir. “Tibbi Ərazi İdarəetmə Birliyi” X13 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasından görünür ki, kənd və qəsəbə yerlərindəki sahə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanaların və ambulatoriyaların rəhbər (həkim ixtisası tələb olunan) və ixtisasından asılı olmayaraq həkim vəzifələri fasiləsiz və əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq əlavə ödənilir. Göyçay rayon Mərkəzi Xəstəxanasının 20 sentyabr 2008-ci il tarixli 207 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı-Qaraməryəm kənd xəstəxanasının stomatoloq həkiminə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli 20 saylı qərarına əsasən xx.xx.2008-ci il tarixdən aylıq vəzifə maaşına 11dər+40% ilə ödənilməsi barədə əmr verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2020-ci il tarixli 39 saylı əmrdən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən Göyçay Rayon X4 hüquqi şəxs X6 Tibbi Ərazi Bölmələrinin İctimai Birliyinin tabeliyinə keçməsi ilə ilə əlaqədar struktur dəyişikliyinə görə Göyçay RMX-nın konsultativ poliklinika şöbəsinin bazaları əsasında Göyçay şəhər ASM və Qaraməryəm kənd sahə xəstəxanasının bazasında Qaraməryəm kənd sahə xəstəxanasının bazasında Qaraməryəm ASM yaradılmışdır. Ailə Sağlamlıq Mərkəzlərində iş qrafiki hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 09-00-dan 16:00-dək müəyyən edilmişdir. İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 04 sentyabr 2020-ci il tarixli 1460-K saylı əmrin surətindən görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinə uyğun olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanası Qaraməryəm kənd sahə xəstəxanasının Ümumi heyətin Həkim-stomatoloqu İddiaçı “Stomatologiya (modul 3-4)” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ADHTİ göndərilmişdir. Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 663 saylı 10 mart 2020-ci il tarixli əmrin surətindən görünür ki, Struktur dəyişikliyi ilə əlaqədar TƏBİB-in yeni ştat cədvəlinə əsasən İSX (ASM) şöbəsi Qaraməryəm ASM bölməsində kənd yerlərində işləyən stomatoloq həkimlər 10 mart 2020-ci il tarixdən yaradılmış Səhiyyə Xidmətləri X3 bölməsinə köçürülmüşdür. Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 28 mart 2024-cü il tarixli əmrin surətindən görünür ki, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinə uyğun olaraq Göyçay Rayon X4 hüquqi şəxsin Səhiyyə Xidmətlərinin Təşkili şöbəsi Stomatologiya bölməsinin həkim stomatoloqu İddiaçı "Endodontiyanın əsasları" (onlayn) üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2024 cü il tarixdən xx.xx.2024-cü il tarixədək Quba RMX-na ezamiyyətə göndərilmişdir. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 İSX (ASM) Şöbəsi Qaraməryəm ASM bölməsinin 02 aprel 2024-cü il tarixli məktubundan görünür ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 İSX (ASM) Şöbəsi Qaraməryəm ASM bölməsində həkim stomatoloq ştatı yoxdur və Yəhyayev X2 ASN-in işçisi deyil. “Tibbi Ərazi bölmələri İdarəetmə Birliyi” PHŞ “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də keçirilən monitorinq barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də tibbi xidmətin təşkili, mətbəxin, insan resursları üzrə fəaliyyətin, maliyyə-satınalma və əczaçılıq xidmətlərinin monitorinqi aparılmış və nəticədə İddiaçı Fəxrədin oğlunun əmək haqqısına düzgün olmayaraq əlavələr hesablandığı müəyyən olunmuşdur. “Tibbi Ərazi bölmələri İdarəetmə Birliyi” PHŞ “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 03 avqust 2023-cü il tarixli, PHŞ-6-40/3-1-1822/2023 saylı əmrindən görünür ki, xx.xx.2023-cü il tarixdən İddiaçı Fəxrədin oğlunun əmək haqqısına əlavələrin ödənilməsi dayandırılmışdır. İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Fəxrədin oğlu və Göyçay rayon X4 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə ilkin medisasiya sessiyasında iştirak etmiş, İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Konstitusiyasının; 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci bəndinin tələblərinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 9-cu maddəsinin “ə” bəndinə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmə hüququ vardır. 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 223.1-ci maddəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır. 223.4-cü maddəsinə əsasən əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli 2 saylı qərarına əsasən, kənd yerlərindəki sahə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanaların və ambulatoriyaların rəhbər (həkim ixtisası tələb olunan) və ixtisasından asılı olmayaraq həkim vəzifələri üzrə fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq əlavə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 1999-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatlı göndərişi ilə işləmək üçün Göyçay RMX-na göndərilmiş və Qaraməryəm ASM -də (o vaxt Qaraməryəm kənd sahə xəstəxanası) 1 aklad həkim-stomatoloq ixtisası üzrə işlə təmin olunmuşdur. 2020-ci ilin yanvar ayından stomatoloji xidmətlər Göyçay RMX-nın Səhiyyə Xidmətinin X3 bölməsinə keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli 849 nömrəli əmək müqaviləsinə əsasən “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X15 İddiaçı arasında əmək müqaviləsi bağlanmış və İddiaçı Azərbaycan Respublikasının TƏBİB X13 tabeliyində olan “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomotogiya bölməsinin həkim-stomotoloq vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. İddiaçının əsas iş yeri “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomotogiya bölməsi olmasına baxmayaraq, o, Göyçay rayonun Qaraməryəm ASM-də həkim-stomotoloq ixtisası üzrə əmək fəaliyyətini davam etdirmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda işəgötürən “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 rəhbəri tərəfindən işçinin iş yerinin və şəraitin dəyişdiriməsi ilə bağlı əmək qanunvericliyinə əsasən əmr verilməli olduğu halda bu edilməmişdir. Eyni zamanda cavabdehin izahatına əsaslanaraq İddiaçı özbaşına heç bir göstəriş və əmr verilmədən Göyçay rayonun Qaraməryəm ASM-də həkim-stomotoloq ixtisası üzrə fəaliyyətini davam etdirməsi faktı qəbul olunsa da, məhkəmənin hesabınca əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə əmək qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün işəgötürənə müvafiq səlahiyyətlər verilmiş, lakin buna baxmayaraq o bundan istifadə etməmiş, İddiaçı heç bir əmr olmadan başqa yerdə işləməsinə şərait yaratmış və bununla da əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol vermişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 2020-ci ilin aprel ayında fasiləsiz iş stajına görə əmək haqqına verilən 40% əlavənin kəsilməsi ilə bağlı aidiyyatı orqanlara müraciətinə baxılmış və iş yerinin Qaraməryəm ASM -də olduğunu əsas götürərək əmək haqqına olan əlavə bərpa olunmuşdur. İddiaçı ilə cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” X15 bağlanmış əmək müqaviləsində əsas iş yerinin “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomotogiya bölməsi göstərilsə də, o faktitki olaraq bu günə kimi fəaliyyətini Göyçay rayonun Qaraməryəm ASM-də davam etdirir. İşəgötürən bunun qeyri-qanuni olduğunu iddia etsə də qarşısının alınması üçün bu günə kimi hər hansı bir tədbir görməməklə buna şərait yaratmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı bu günə kimi Göyçay rayonun Qaraməryəm ASM-də fəaliyyət göstərdiyini nəzərə alaraq fasiləsiz əmək stajına görə əlavə haqqın ödənilməsinin dayandırılmasını onun hüquqlarının pozulması kimi qiymətləndirilir və ona 2023-cü ilin sentyabr ayından (dayandırıldığı vaxt) 2024-cü ilin may ayına kimi əmək haqqısına 40 % əlavə hesablanaraq ödənilməlidir. Eyni zamanda İddiaçı iş yeri Göyçay Rayon Mərkəzi Xəstəxanası” X13 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomotogiya bölməsi olduğundan Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli 2 saylı qərarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 2023-cü ilin sentyabr ayından əmək haqqına 40 faiz əlavənin ödənilməsinin bərpa edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə İddiaçı Göyçay rayonun Qaraməryəm ASM-də həkim-stomotoloq ixtisası üzrə əmək funksiyasını yerinə yetirməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 2023-cü ilin sentyabr ayından xx.xx.2024-cü il tarixədək fasiləsiz əmək stajına görə vəzifə maaşına 40 % məbləğində əlavə haqq hesablanaraq İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etdiyi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 2023-cü ilin sentyabr ayından xx.xx.2024-cü il tarixədək fasiləsiz əmək stajına görə vəzifə maaşına 40 % məbləğində əlavə haqq hesablanaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 (əlli) manat vəsaitin 25 manatı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası” X12 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar