Məhkəmə qərarları › İş №2(046)-913/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-913/2020

11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-913/2020 11.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı, vəkili X2, Cavabdeh nümayəndəsi (vəkili) X3 iştirakı ilə, aliment tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə cavabdehlə nikah bağlamış, birgə nikahdan xx.xx.2020-ci il tarixdə X8 anadan olmuşdur. xx.xx.2019-cu il tarixdən etibarən cavabdehlə ayrı yaşayırlar və hazırda azyaşlı uşağı onun himayəsindədir. Cavabdehlə ayrı yaşadığı müddətdə övladı anadan olmuşdur. Cavabdeh uşağın saxlanmasında heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh Bakı şəhərində dərman satışı şirkətində işləyir, aylıq qazancı 2000 manat təşkil edir. Buna görə də iddianın məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə, yəni Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın pozulması, azyaşlı uşağın saxlanması üçün cavabdehdən hər ay 170 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 170 manat, cəmi 340 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (vəkili) X7 iddia ərizəsinə etirazı təqdim edərək göstərmişdir ki, cavabdeh nikahın pozulmasına və azyaşlı Mirayın İddiaçı yanında qalmasına razıdır, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edən iddiaçı bu tələbini cavabdehin Bakı şəhərində dərman satışı firmasında işləməsi və aylıq qazancının 2000 manata yaxın olması ilə əsaslandırmışdır. Lakin iddiaçı tələbini əsaslandırdığı bu hala dair sübutu iddia ərizəsinə əlavə etməmişdir. İddiaçının tələbinin əsaslandırdığı bu hal əsassızdır. Belə ki, cavabdeh fərdi əməklə məşğul olur və işi günəmuzd xarakter daşıyır. Cavabdehin daimi və yüksək gəlirli ış yeri yoxdur. Bu səbəbdən də cavabdehin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Cavabdeh uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay iddiaçıya 120 manat sabit pul məbləğində aliment ödəyə bilər. İş üzrə tərəflərin izahatını dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cı il tarixdə nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2020-cu il tarixdə X8 anadan olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, tərəflər ayrı yaşayırlar, azyaşlı Mirayın İddiaçı yanında qalır, Cavabdeh azyaşlı uşağın saxlanması üçün iddiaçıya könüllü olaraq maddi köməklik göstərmir. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, tərəflər arasında nikahın pozulmasına və birgə nikahdan anadan olmuş uşaqların İddiaçı yanında qalmasına qarşılıqlı razılıq mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim etmədikdə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad qarşı tərəfdən maddi köməkliyi məhkəmə yolu ilə tələb edə bilər. Məhkəmə baxışı zamanı Cavabdeh azyaşlı Mirayın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat aliment və uşağın üç yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsinə əsas verən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikah pozulmalı, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 Jalə Zahid qızının yanında saxlanılmalı, Cavabdeh xx.xx.2020-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan yəni xx.xx.2020-ci il tarixdən etibarən hər ay 160 manat aliment və xx.xx.2020-cu il tarixdə anadan olmuş X6 3 yaşına çatanadək hər ay 40 manat aliment tutulmalı və qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır . Tərəflərə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı üç illik iddia müddətinin müəyyən edildiyi izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikah pozulsun. xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 Jalə Zahid qızının yanında saxlanılsın. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat aliment və xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 3 yaşına çatanadək hər ay 40 manat aliment tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Tərəflərə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı üç illik iddia müddətinin müəyyən edildiyi izah edilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar