Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-915/2024 08.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, İddiaçı Cavabdehnə qarşı nikahın tanınması tələbinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X3 ilə mərhum anası X1 nikanın tanınmasaı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X5 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Qeyd: şəhadətnamədə ata qrafası boşdur. İddia ərizəsinə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1993-cü il tarixdə, X2 xx.xx.2002-ci il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.5-ci bəndində əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Həmin qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Göründüyü kimi faktiki nikah münasibətində olan şəxslər o halda məhkəməyə müraciət edə bilərlər ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olsun, faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilməsin. Hazırki ki, işin faktiki hallarından görünür ki, faktiki nikah münasibətlərində olmuş X3 xx.xx.1993-cü il tarixdə, X2 isə xx.xx.2002-ci il tarixdə vəfat etmişlər. Belə olan halda faktiki nikahda olma faktının müəyyən edilməsi ilə bağlı onların övladları iddia icraatı qaydasında iddia ərizəsi və ya xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməsi qanunsuzdur.Hazırki vəziyyətdə İddiaçı atalığın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçınun Cavabdehnə qarşı faktiki nikahın qeydə alınması tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı atalıq faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i m: İddiaçı Cavabdehnə qarşı faktiki nikahın qeydə alınması tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı atalıq faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-915/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-915/2024
08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver