Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-41/2024 10.01.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddia tələbinin dəyişdirilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyindən və ona görə də mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəyişdirməsinə dair ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 4500 manat kredit götürərək Cavabdeh vermişdir. Sonradan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən o, yenə də əlavə olaraq bankdan 800 manat bir və 600 manat da bir kredit məbləğlərini götürərək Cavabdeh vermişdir. O, Cavabdeh ümumilikdə 5900 manat pul vermişdir. Bundan başqa bildirir ki, o, bankdan kredit götürüb Cavabdeh verərkən cavabdeh həmin məbləğləri faizləri ilə birlikdə ödəməyi öz öhdəsinə götürmüş, lakin Cavabdeh qeyd edilən kredit məbləğinin ödənilməsini 2023-cü ilin mart ayından ödəmədiyi üçün həmin vaxtdan qeyd edilən kredit məbləği onun əmək haqqından tutulmuşdur. Göstərilən vaxtdan xx.xx.2024-cü il tarixədək onun əmək haqqından 2000 (iki min) manat pul tutulmuşdur. Cavabdeh həmin krediti faizləri ilə birlikdə banka ödəməsinə söz versə də, lakin aradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh qeyd edilən krediti faizləri ilə birlikdə banka ödəməkdən hal-hazırda da imtina edir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 2000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Laçın rayon Suarası kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əlavənin ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Qubadlı filialından götürdüyü 4500 manat məbləğində krediti illik 27,84% olmaqla hissə-hissə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 7516,60 manat məbləğində ödəməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Qubadlı filialı tərəfindən İddiaçı 27 faizlə 35 ay müddətinə 4600 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavənin ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Qubadlı filialından götürdüyü 4600 manat məbləğində krediti illik 27% olmaqla hissə-hissə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 6698,46 manat məbləğində ödəməli idi. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış və imzalanmış ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-dən ümumilikdə 5900 manat kredit götürərək ona vermiş, o, həmin kredit məbləğini faizləri ilə birlikdə ödəməyi öz öhdəsinə götürmüş və Cavabdeh İddiaçı faizlərlə birlikdə 2000 (iki min) manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı "xxxx" ASC-nin Qubadlı filialından ümumilikdə 5900 manat məbləğində kredit götürərək Cavabdeh borc vermiş, Cavabdeh isə həmin kredit məbləğini faizləri ilə birlikdə ödəməyi öz öhdəsinə götürmüş, xeyli müddət Cavabdeh qeyd edilən kredit məbləğini faizləri ilə birlikdə ödəsə də, lakin 2023-cü ilin mart ayından Cavabdeh həmin kredit məbləğini faizləri ilə birlikdə ödəməkdən imtina etmiş və nəticədə qeyd edilən kredit məbləği 2023-cü ilin mart ayından İddiaçı əmək haqqından tutularaq həmin kredit məbləğinin ödənilməsi həyata keçirilmişdir. Bundan başqa İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 2023-cü ilin mart ayından xx.xx.2024-cü il tarixədək onun əmək haqqından 2000 manat pul tutulduğundan o da Cavabdeh 2000 manat borc pulun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmiş, iddia tələbinin dəyişdirilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyindən və ona görə də mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edildiyindən, bundan əlavə əvvəlki məhkəmə iclaslarında da Cavabdeh İddiaçı həmin kredit məbləğindən faizləri ilə birlikdə 2000 (iki min) manat məbləğində borcunun qaldığını etiraf etdiyindən məhkəmə belə hesab edir ki, hal-hazırkı halda iddia tələbi təmin olunaraq Cavabdeh 2000 manat borc pulun alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 (iki min) manat pul alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat borc pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-41/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-41/2024
10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver