Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-587/2023 17.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim vəzifəsini müvəqqəti icra edən Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Sarxan Aqil oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etməklə ailə qurmuş, həmin nikahdan xx.xx.2011-ci il tarixdə X6, xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X5 adlı üç uşaqları anadan olmuşdur. Hal-hazırda uşaqlar onun yanında qalırlar və ailə münasibətləri davam etmir. Uşaqları saxlamaqda çətinlik çəkir. Bundan başqa ailə problemlərinin artması ona çətinlik yaradır. Özünün və uşaqlarının artan tələbatını təkbaşına təmin edə bilmir. Cavabdeh isə öz qazancından uşaqların diqqətəlayiq ehtiyaclarının təmin olunması üçün heç bir vəsait ayrılmasını təmin etmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X6, xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat, cəmi 600 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qismən qəbul edir. Belə ki, o, iddiaçı ilə xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, həmin nikahdan xx.xx.2011-ci il tarixdə X6, xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X5 adlı üç uşaqları anadan olmuşdur. Uşaqlar hal-hazırda anasının yanında qalırlar və ailə münasibətləri davam etmir. O, Laçın RMX-nın Publik hüquqi şəxsdə yardımçı fəhlə işləyir və aldığı əmək haqqı 404 manat təşkil edir. Onun başqa iş yeri və gəliri də yoxdur. Lakin bir ata kimi uşaqlarının saxlanılmasına görə qazancının yarısını ödəməyə razıdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materaiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Laçın rayon Qarıqışlaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2010-cu il tarixdə 17 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş üç ədəd doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X6, xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X5 adlı üç uşağı anadan olmuşdur. İş materiallarına əlavə olunmuş mediator X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair ərizə ilə mediatora müraciət etmiş, lakin tərəflərin qarşılıqlı razılaşması ilə mübahisənin həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş elektron məhkəmə portalından çıxarışdan görünür ki, Cavabdeh Laçın RMX-nın Publik hüquqi şəxsdə yardımçı fəhlə işləyir və onun əmək haqqı 404 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən üç və daha çox uşağa görə qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə uşaqların saxlanılması ucun alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş üzrə İddiaçı Cavabdeh qarşı alimentin tutulmasına dair ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edilən hüquq normalarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq aliment tutulmalıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilir. Məhkəmə tərəflərin məhkəməyə verdiyi izahatlarında göstərdiyi xüsusatlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini tələb etsə də, öz tələbini əsaslandıran halları, yəni cavabdehin qeyd edilən aliment məbləğini ödəməyə maddi cəhətdən imkanının olmasını təsdiq edəın subutları məhkəməyə tam təqdim edə bilməmişdir. Cavabdeh isə tələb olunan alimenti ödəməyə imkanının çatmamasını və hər uşağa görə hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment ödəyə bilməsini qeyd etməklə, məhkəmə hesab edir ki, cavabdeh də izahatında tam səmimi deyildir. Ona görə də, məhkəmə göstərilənlərə münasibət bildirərək qeyd edir ki, cavabdeh heç olmasa uşaqların minimum həyat səviyyəsində yaşamaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər ay hər uşağa 35 (otuz beş) manat sabit pul məbləğində aliment ödəməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh eyni zamanda hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər ay hər uşağa 35 (otuz beş) manat, cəmi 105 (bir yüz beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli və qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh eyni zamanda hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında və hər ay hər uşağa görə 35 (otuz beş) manat, cəmi 105 (bir yüz beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(047)-587/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-587/2023
17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver