Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-928/2023 04.12.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etməklə ailə qurmuş, həmin nikahdan xx.xx.2017-ci il tarixdə X4 və xx.xx.2018-ci il tarixdə X5 adlı iki uşaqları anadan olmuşlar. Lakin o, xeyli müddətdir ki, uşaqları ilə birlikdə cavabdehdən ayrılaraq ayrı ünvanda yaşayır. Uşaqları saxlamaqda çətinlik çəkir. Bundan başqa ailə problemlərinin artması ona çətinlik yaradır. Özünün və uşaqlarının artan tələbatını təkbaşına təmin edə bilmir. Cavabdeh isə öz qazancından uşaqların diqqətəlayiq ehtiyaclarının təmin olunması üçün heç bir vəsait ayrılmasını təmin etmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qismən qəbul edir. Belə ki, hal-hazırda o, heç bir yerdə işləmir və maddi imkanı da çox aşağıdır. Lakin bir ata kimi hər ay hər uşağa 100 manat, cəmi 200 manat aliment ödəməyə razıdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materaiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Laçın rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci il tarixdə 70 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Laçın rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş iki ədəd doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X4 və xx.xx.2018-ci il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. İş materiallarına əlavə olunmuş mediator X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 12:40-da keçirilməsi nəzərdə tutulan ilkin məcburi mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Laçın rayonundan olan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh 14 saylı CÇM-də xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək cəza müddətini çəkib və cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə biri miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə uşaqların saxlanılması ucun alimentin, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş üzrə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulmasına dair ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edilən hüquq normalarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq aliment tutulmalıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilir. Məhkəmə tərəflərin məhkəməyə verdiyi izahatlarında göstərdiyi xüsusatlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı uşaqların yetkinlik yaşına çatan kimi saxlanılması üçün Cavabdeh cəmi 440 manat alimentin tutularaq ona verilməsini tələb etsə, öz tələbini əsaslandıran halları, cavabdehin maddi vəziyyətində baş verən dəyişikliyi, onun aylıq qazancının tələb edilən alimenti ödəməyə maddi cəhətdən imkanının olmağını təsdiq edən sübutları məhkəməyə tam təqdim edə bilməmişdir. Həmçinin cavabdeh də tələb olunan alimenti ödəməyə imkanının çatmamasını, maddi vəziyyətinin ağır olmasını və hər uşağa görə hər ay cəmi 200 manat aliment ödəyə bilməsini qeyd etməklə, məhkəmə hesab edir ki, cavabdeh də izahatında tam səmimi deyildir. Ona görə də məhkəmə göstərilənlərə münasibət bildirərək qeyd edir ki, cavabdeh heç olmasa uşaqların minimum həyat səviyyəsində yaşaması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan alimentin miqdarı müəyyən edilərkən uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və habelə cavabdehin maddi vəziyyəti ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, eyni zamanda cavabdehin qazancının qeyri-müntəzəm olmasını, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 (iki yüz iyirmi) manat olmasını, həmçinin cavabdehin yenicə CÇM-dən azad olunmasını, bundan başqa tərəflərin izahatlarını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 16 oktyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli və qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. 16 oktyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-928/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-928/2023
04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver