Məhkəmə qərarları › İş №2(047)-94/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-94/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-94/2024 15.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Mahmudova (Deniz) Pərvanə Namiq qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Mahmudova (Deniz) Pərvanə Namiq qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mahmudova (Deniz) Pərvanə Namiq qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan “Honda Civic minik” markalı, buraxılış ili 2014-cü il olan, **-VY-*** dövlət qeydiyyat nişanılı nəqliyyat vasitəsini “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə” əsasən 33 (otuz üç ) ay müddətinə ödəniş olunması qaydasında satılmasının rəsmiləşdirilməsi üçün cavabdehlə ilkin müqavilə bağlamışdır. Nəqliyyat vasitəsinə olan hüquqları Azərbaycan Respublikası DİN-nin BDYP-nin Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BB204947 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən tanınmışdır. Məhz bu hüquqlardan istifadə edərək mülkiyyəti üzərində sərəncam verib cavabdehə satmaq istəmişdir. İlkin alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə 15 saylı xüsusi notariat ofisinin xüsusi notariusu X4 təsdiqlədiyi 3M-595 reyestr qeydli əqdlə rəsmiləşdirilmişdir. Aralarında notarial qaydada rəsmiləşdirilmiş müqavilənin 1.2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 20231 (iyirmi min iki yüz otuz bir) manat müəyyən edilmiş və digər maddələrlə ilkin məğləğ 200 manat notariatda ödənilməklə qalan hissəsi, yəni 20031 (iyirmi min otuz bir) manat hissəsi isə hər ay 607 (altı yüz yeddi) manat olmaqla 33 (otuz uç) ay müddətinə ona ödəniləcəyi müəyyənləşdirilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən məbləğ tam satıcıya ödəndikdən sonra “satıcı” Azərbaycan Respublikası DİN-nin BDYP tərəfindən nəqliyyat vasitəsinin müayinədən keçirilməsi barədə arayış alaraq avtomobili "alıcıya” satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və avtomobili “alıcının” mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə bağlanandan bu günədək olan müddət ərzində cavabdehlə aralarında razılaşdırılmış pul vəsaitlərinin ödənilməsi həyata keçirilməmiş və müqavilə şərtləri pozulmuşdur. Ona görə də Cavabdeh 20031 (iyirmi min otuz bir) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mahmudova (Deniz) Pərvanə Namiq qızının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib iddiaçının iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Mahmudova (Deniz) Pərvanə Namiq qızına və Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin və eyni zamanda vəkilinin onların iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin və eyni zamanda vəkilinin, həmçinin iddiaçının və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən isə Cavabdeh da iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən və ünvan 1 ünvanlanmış sənədlərdən görünür ki, Mahmudova (Deniz) Pərvanə Namiq qızına məxsus “HONDA CİVİC MİNİK” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili Mahmudova (Deniz) Pərvanə Namiq qızı gələcəkdə Cavabdeh alqı-satqı müqaviləsi ilə 20231 manata satmağı, Cavabdeh isə ilkin olaraq 200 manat ödədikdən sonra ümumilikdə 20031 manat məbləğində pulu 33 ay müddətinə, hər ay 607 manat ödəmək şərti ilə ödəməyi, qeyd edilən məbləğ tam ödənildikdən sonra satıcının isə həmin nəqliyyat vasitəsinin müayinədən keçirilməsi barədə arayışı alaraq avtomobili alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləsini bağlamağı və avtomobili alıcının mülkiyyətinə verməyi qarşılıqlı olaraq öz üzərlərinə götürmüşlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən, yəni çıxarışdan, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən, etibarnamədən və alqı-satqı müqaviləsindən görünür ki, Mahmudova (Deniz) Pərvanə Namiq qızının adına qeydiyyata alınmış «Honda Civic minik” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil sonradan Mahmudova (Deniz) Pərvanə Namiq qızı tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh tərəfindən İddiaçı (Dəniz) adından xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə 20000 manat məbləğinə X1. İş materiallarına əlavə olunmuş müraciətdən görünür ki, cavabdehə ilkin alqı-satqı müqaviləsinin tələblərinə riayət edilərək borcunun ödənilməsi üçün müraciət məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Mahmudova (Deniz) Pərvanə Namiq qızına məxsus “HONDA CİVİC MİNİK” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili Mahmudova (Deniz) Pərvanə Namiq qızı gələcəkdə Cavabdeh alqı-satqı müqaviləsi ilə 20231 manata satmağı, Cavabdeh isə ilkin olaraq 200 manat ödədikdən sonra ümumilikdə 20031 manat məbləğində pulu 33 ay müddətinə, hər ay 607 manat ödəmək şərti ilə ödəməyi, qeyd edilən məbləğ tam ödənildikdən sonra satıcının isə həmin nəqliyyat vasitəsinin müayinədən keçirilməsi barədə arayışı alaraq avtomobili alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləsini bağlamağı və avtomobili alıcının mülkiyyətinə verməyi qarşılıqlı olaraq tərəflər öz üzərlərinə götürmüşlər. Bundan sonra Mahmudova (Deniz) Pərvanə Namiq qızının adına qeydiyyata alınmış «Honda Civic minik” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil Mahmudova (Deniz) Pərvanə Namiq qızı tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinin tələblərinə riayət edilmədən İddiaçı (Dəniz) tərəfindən Cavabdeh inanılaraq verilmiş həmin etibarnamədən sui-istifadə edilərək İddiaçı (Dəniz) adından xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə 20000 manat məbləğinə X2, lakin qeyd edilən məbləğ Cavabdeh tərəfindən hal-hazıradək Mahmudova (Deniz) Pərvanə Namiq qızına ödənilməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış nəqliyyat vasitəsinin ilkin alq-satqısı müqaviləsinin tələbləri Mahmudova (Deniz) Pərvanə Namiq qızı tərəfindən yerinə yetirilsə də, lakin Cavabdeh tərəfindən pozulmuş və iddiaçının adından cavabdeh tərəfindən X2 həmin avtomobilin alqı-satqı müqaviləsinə əsasən dəyəri olan 20000 manat pul Cavabdeh tərəfindən Mahmudova (Deniz) Pərvanə Namiq qızına verilməmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə Cavabdeh nəqliyyat vasitəsinin ilkin alqsatqısı müqaviləsinin tələblərinə əsasən 20031 manat məbləğində pulun alınaraq Mahmudova (Deniz) Pərvanə Namiq qızına verilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 20031 (iyirmi min otuz bir) manat pul alınıb iddiaçı Mahmudova (Deniz) Pərvanə Namiq qızına verilməlidir. İddiaçı Mahmudova (Deniz) Pərvanə Namiq qızı tərəfindən ödənilmiş 154 (bir yüz əlli dörd) manat dövlət rüsumunun tutulması iddia ərizəsi ilə tələb edilmədiyindən qeyd edilən ödənilmiş dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 20031 (iyirmi min otuz bir) manat pul alınıb iddiaçı Mahmudova (Deniz) Pərvanə Namiq qızına verilsin. Ödənilmiş 154 (bir yüz əlli dörd) manat dövlət rüsumu iddiaçı Mahmudova (Deniz) Pərvanə Namiq qızının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar