Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-961/2025 02.03.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair idddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 12:00-a, xx.xx.2025-ci il tarixə saat 12:30-a, xx.xx.2025-ci il tarixə saat 10:00-a, xx.xx.2026-ci il tarixə saat 12:30-a və xx.xx.2026-cı il tarixə saat 16:00-a Laçın Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilmişdir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh pul tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu da dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Məhkəmə ərizənin baxılmamış saxlanılması qənaətinə gəldiyindən belə hesab edir ki, iş üzrə keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qymətləndirmə tədqiqatının dəyəri olan 1000 (bir min) manat məbləğində qiymətləndirmə xərci İddiaçı alınaraq "xxxx" MMC-nin VÖEN: **********, Hüquqi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz 20, Hesab nömrəsi-AZ85ACAB******************** Vöen-**********1, Müxbir hesab- AZ10NABZ**********000005644 bankın kodu-505000 saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 266-268-ci maddələrini rəhbər turaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İş üzrə keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qymətləndirmə tədqiqatının dəyəri olan 1000 (bir min) manat məbləğində qiymətləndirmə xərci İddiaçı alınaraq "xxxx" MMC-nin VÖEN: **********, Hüquqi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz 20, Hesab nömrəsi-AZ85ACAB******************** Vöen-**********1, Müxbir hesab- AZ10NABZ**********000005644 bankın kodu-505000 saylı hesabına köçürülsün. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-961/2025
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-961/2025
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver