Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-1005/2024 19.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, həyat yoldaşı Cavabdeh hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin və ödədiyi 100 (yüz) manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 2005-ci ilin avqust ayında qeyri-rəsmi evlənmişdir. İlk illərdə cavabdeh nikahlarını rəsmiləşdirməmişdir və qeyri-rəsmi nikahlarından 11 avqust 2006-cı il tarixində X6 və 01 iyun 2008-ci il tarixində X4 adlı uşaqları anadan olmuşdur. Nikahlarını 2008-ci ilin iyul ayının 18-də Lerik rayon Livədirqə icra nümayəndəliyində 20 nömrəli qeydlə rəsmiləşdirərək rəsmi nikaha daxil olmuşlar. Həyat yoldaşı Cavabdeh 14 sentyabr 2024-cü il tarixdə onu "xxxx" ASC-nin Lerik filialına gətirərək özü ona zamin duraraq 35 ay müddətinə illik 18,4% olmaqla adına 2900 manat kredit götürmüşdür. Krediti götürəndən sonra elə ordaca krediti cibinə qoymuş və o bir daha həmin puldan bir manat belə görməmişdir. Halbuki krediti götürəndə ona başqa vədlər vermişdir. O, krediti götürəndən sonra Murya kəndindəki şəxsi evini təmir etdimişdir. O, xəstələndiyi üçün və müalicəsi böyük xərc tələb etdiyindən cavabdeh yəni həyat yoldaşı onun əziyyətini çəkmək və müalicəsinə pul xərcləmək istəməmişdir. Cavabdeh onu 2023-cü ilin noyabr ayında, yəni kredit götürüləndən heç iki ay keçməmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan atası X3 evinə gətirmiş və o gündən cavabdeh onunla maraqlanmamış, ona heç bir maddi və mənəvi dəstək göstərməmişdir. O, xərçəng xəstəsidir və ağır əməliyyat keçirmişdir. O, 20 fevral 2024-cü il tarixindən orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə birinci dərəcəli əlildir. O, müalicəsini öz xərci ilə həyata keçirir və dərmanlarını da özü alır. Bütün bunlar böyük vəsait tələb edir. İstifadə etdiyi dərmanlardan bircə “Sutent” həbinin 14 kapsulasının qiyməti 830 manatdır. O, 270 manat əlilliyə görə pensiya və 200 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır (ümumilikdə 470 manat). Bundan əlavə o, yüksək kolorili xüsusi qidalarla qidalanır və bunlarda xeyli vəsait tələb edir. Cavabdeh isə ona heç bir maddi kömək göstərmir. Cavabdeh işləyir və əlavə kənd təsərrüfatı ilə də məşğul olur. Maddi vəziyyəti də yaxşıdır. Cavabdehin onu məcbur edərək xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Lerik rayon filialında özü zamin duraraq onun adına götürdüyü və şəxsi məqsədləri üçün istifadə etdiyi 2900 manat kredit və 870 manat faiz borcu (ümumilikdə 3770 manat) hazırda onun pensiyasından hər ay 114 manat olaraq hissə-hissə tutulur. Dərmanlarına, müalicəsinə və normal qidalanmağına maddi imkanı çatmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında iddia tələbində qeyd edilənlərin həqiqətə uyğun olmadığını, kənd məktəbində xadiməçi işlədiyini, 166 manat məbləğində əmək haqqı aldığını, başqa gəlir mənbəyinin olmadığını, iddiaçı ilə birgə nikahlarından iki uşaqlarının olduğunu, uşaqlardan birinin yetkinlik yaşına çatdığını, hərbi xidmətdə olduğunu, digər uşağın isə xəstə olduğunu, onun himayəsində olduğunu, onun bütün xərclərinin onun tərəfindən ödənildiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik rayon Livədirqə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı, 055840 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 18 iyul 2008-ci il tarixdə bağlanmış, 20 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada « Cahangirova» soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X7 xx.xx.2006-cı il tarixdə, X4 isə xx.xx.2208-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏƏSMN X1 Sistemindən verilmiş xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, İddiaçı “mədənin bədxassəli yeni törəməsi, mədənin qastrointestinal stromal şişi” diaqnozu ilə Birinci dərəcəli əlillik verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏƏSMN X1 Sistemi tərəfindən verilmiş sosial müavinət və təqaüd haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı birinci dərəcəli əlilliyə görə 200 (iki yüz) manat və 270 (iki yüz yetmiş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində təqaüd alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından aydın olur ki, tərəflər 2005-ci ildə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş, həmin münasibətdən iki uşaqları doğulmuş, tərəflər daha sonra 18 iyul 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı “mədənin bədxassəli yeni törəməsi, mədənin qastrointestinal stromal şişi” diaqnozu qoyulmuş və ona birinci dərəcəli əlillik verilmişdir. İddiaçı birinci dərəcəli əlilliyə görə 200 (iki yüz) manat və 270 (iki yüz yetmiş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində təqaüd alır. Hazırda iddiaçı xəstəliyi ilə əlaqədar müalicəsi üçün yaranmış xərclərin ödənilməsi məqsədilə Cavabdeh hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maaddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Yuxarıda göstərilən qanunvericiliyin müddəalarına əsasən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisəli iddia tələbi üzrə arvadın zəruri vəsaitə malik olan ərdən aliment tələb etməsi üçün ailə qanunvericiliyində nəzərdə tutulmuş iki hal mövcud olmalıdır. 1) əmək qabiliyyəti olmaması 2) maddi yardıma ehtiyacı olmaq; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd olunanlardan belə qənaətə gəlinir ki, İddiaçı özünün saxlanmasını tələb etdiyi ərinin maddi vəziyyəti ilə bağlı hər hansı mötəbər sübutu, dəlili mülki iş materiallarına əlavə etməmişdir. Əksinə məhkəmə iclasında aparılmış araşdırma zamanı cavabdehin kənd məktəbində xadiməçi işlədiyi, 166 manat məbləğində əmək haqqı aldığı, başqa gəlir mənbəyinin olmadığı, iddiaçı ilə birgə nikahlarından iki uşaqlarının olduğu, uşaqlardan birinin yetkinlik yaşına çatdığı, hərbi xidmətdə olduğu, digər uşağın isə cavabdehin himayəsində olduğu, onun bütün xərclərinin cavabdeh tərəfindən ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı birinci dərəcəli əlilliyə görə ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində təqaüd alır. Bu baxımdan məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan iki halın (əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması) mövcud olması belə iddiaçının cavabdehdən aliment tələb etməsi üçün kifayət etmir. Belə olan təqdirdə cavabdehin aliment ödəməsi üçün zəruri vəsaitə malik olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək ərindən aliment tələb etmək üçün əsaslarının olmasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-1005/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-1005/2024
19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver