Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-112/2023 20.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı cavabdeh X3 qarşı sudan istifadəyə maneçilik hərəkətinin qadağan edilməsi, bulaqdan çəkdiyi boruların bərpa edilməsi və sudan istifadə hüququnun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonu Şinaband kənd ərazisindəki “Tavahoni” adlı bulaqdan həyətinə çəkdiyi sudan istifadəyə cavabdeh X3 tərəfindən edilən maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən korlanmış su borularının bərpa edilməsi və sudan istifadə hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1937-ci ildə doğulmuşdur.Lerik rayon Şinəband kənd sakini X6 ilə nikaha daxil olaraq evlənmişlər.Əri kənd sakinləri, Yüzbaşı Talıbov Maarif Abdulov, Abdulhəsən Abdulov və Səfər Abdulov ilə birləşərək Lerik rayon Şinəban kəndinin kənarında olan kiçik çayın mənbəyində yerləşən “Tavahoni” adlı bulaq suyun plastik borular vasitəsi ilə kəndə çəkmişlər.Kəndin yaxınlığında kiçik su hovuzu tikərək həmin suyu hovuzdan bərabər şəkildə bölüşərək istifadə etmişlər.Su xətdi ilk öncə cavabdeh Arifin həyətinə, sonra isə onların evinə çəkilib.Evinə gələn su boruları cavabdeh Arifin həyətindən keçdiyindən müəyyən vaxtlarda cavabdeh suyu kəsəcəyi ilə onları hədələmişdir.Daha sonra isə öz əməlini həyata keçirmişdir.2022-ci ilin sentyabr ayında onu və qızını məcbur edərək bildirmişdir ki, ya pay torpağlarını ya da ki həri il ona 300 manat vermələri müqabilində həyətindən keçən su xəttini kəsməsin.Onlar isə cavabdehin heç bir şərtri ilə razılaşmamışlar.Bu səbəbdən də cavabdeh onların həyətinə gedən su xəttini kəsmişdir.Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Lerikrayon Blaband Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 51 saylı arayışdan görünür ki, İddiaçı məxsus içməli su xətti vətəndaş X3 məxsus torpaq sahəsindən keçdiyi üçün vətəndaş X9 həsən oğlu tərəfindən su xətti kəsilmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti başçısının Blaban kənd ƏİN-i tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli 224 nömrəli arayışdan görünür ki, Həziyeva X1 yaşayır. İş materiallarına əlavə edilmiş: Kapital Bank ASC-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8203 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclası zamanı işin araşdırılması halları ilə müəyyən olunmuşdur ki, iddiaçının həyat yoldaşı həyətinə “Tavahoni” adlanan bulağdan öz vəsaiti hesabına su xətti çəkmiçdir.Sözügedən su xətti cavabdehə məxsus torpağ sahəsindən keçdiyindən cavabdeh iddiaçının su xəttin kəsərək onun həyətinə gedən suyun qarşısın almışdır.İddiaçı cavabdehə dəfələrlə su xəttini bərpa etməsini bildirsə də cavabdeh buna məhəl qoymamışdır.Bu barədə Lerik rayon Blaband bələdiyyəsinə müraciət etmiş, Bələdiyyədən iddiaçıya məxsus su xəttinin cavabdeh tərəfindən məhdudlaşdırılmasıda aşkar edilmişdir.Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, iddiaçı su xəttinə cavabdeh tərəfindən edilən maneələr aradan qalxmalı i8ddiaçının su xətti asudələşdirilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin cavabdeh tərəfindən korlanmış su borularının bərpa edilməsi tələbinə gəldikdə isə belə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə bu barədə kifayət qədər mötəbər sübut təqdim olunmamışdı.Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə İddiaçı tərəfindən Lerik rayonu Şinaband kənd ərazisindəki “Tavahoni” adlı bulaqdan həyətinə çəkdiyi sudan istifadəyə cavabdeh X3 tərəfindən edilən maneələr aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 100 (bir yüz) manat pul tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Lerik rayonu Şinaband kənd ərazisindəki “Tavahoni” adlı bulaqdan həyətinə çəkdiyi sudan istifadəyə cavabdeh X3 tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Əlavə olaraq X2 100 (bir yüz) manat pul İddiaçı verilsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-112/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-112/2023
20.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver