Məhkəmə qərarları › İş №2(048)-118/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-118/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-118/2024 08.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Abbasova (Xəlilova) Ruba Əliman qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Abbasova (Xəlilova) Ruba Əliman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüldlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 220 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə həyatı quraraq, xx.xx.2019-cu il tarixli 540 nömrəli nikah qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2020-ci il tarixdə X2 dünyaya gəlmişdir. Daha sonra xasiyyətləri bir-birinə uyğun gəlməməsi səbəbindən Şirvan şəhər məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(032)-422/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulandan sonra onlar Salyan Rayon 1 saylı Mediasiya Təşkilatına müraciət edərək, övladının saxlanılması üçün Cavabdeh hər ay 190 manat alimentin ödənilməsinə razılaşaraq, bu barədə Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli barışıq sazişi də bağlanılmışdır. Lakin buna baxmayaraq, Cavabdeh tərəfindən aliment vaxtında ödənilmir.Hal-hazırda onlar ayrı-ayrı ünvanlarda yaşayır. Uşaq dünyaya gəlsə də, belə cavabdeh bir ata kimi bu günə qədər onunla maraqlanmamışdır. Bütün xəstəxana xərcləri və hal-hazırda uşağın xərclərini atası tərəfindən ödənilmir. Uşaq körpə olduğu üçün ona baxmaq məcburiyyətində qaldığından işləyə də bilmir və bu səbəbdən də müəyyən maddi sıxıntılar yaranıb. Belə olan vəziyyətdə uşağın qida, yemək, ona tibbi yardımın göstərilməsi, geyim, gəzinti, uşağın gələcəkdə bağça və təhsilə istiqamətləndirilməsi çox çətin olar. Bir ata kimi uşaq dünyaya gələndən sonra heç vaxt onunla maraqlanmamışdır.Ona görədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Abbasova (Xəlilova) Ruba Əliman qızı ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə edib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. X4 1 saylı Mediasiya təşkilatının Səmədova nazənin Sahib qızı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı Abbasova (Xəlilova) X3 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Abbasova (Xəlilova) Ruba Əliman qızına nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Məhkəmə mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki,iddiaçı cavabdehlə ailə həyatı quraraq evlənmişlər.Tərəflərin birgə nikhındn Zaur adlı övladı doğulmuşdur.İddiaçının cavabdehlə münasibətləri pozulduğundan tərəflər ayrılmışdır.Tərəflər ayrıldığdan sonra uaşaq anasının yanında qalmışdır. iddiaçı uşaqın saxlanmasında çətinliklə üzləşdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların artan maddi-məişət tələbatını və saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş X2 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı Abbasova (Xəlilova) Ruba Əliman qızına verilməli və qətnamə Azərbaycan Respublikasının MPM-nin 234.3.2 və 234.2.1-ci maddələrinə əsasən dərhal icra olunmalıdır. Belə ki, həmin maddələrin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə doğulmuş X2 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı Abbasova (Xəlilova) Ruba Əliman qızına verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 08 fevral 2024-cü il № 2 (048)-118/2024 Abbasova (Xəlilova) Ruba Əliman qızına (Bakışəh., F.İbrahimov küç., 19/21, otaq 205) Surəti Cavabdeh (Şirvan şəhəri 28 may küçəsi bina 6,m 44) Lerik Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(048)-118/2024 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim : Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar