Məhkəmə qərarları › İş №2(048)-167/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-167/2023

27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-167/2023 27.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun himayəsində olan 26 may 2007-ci il tarixdə doğulmuş X4 və 19 oktyabr 2008-ci il tarixdə doğulmuş X3 yetkilnik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaqa görə 193 manat olmaqla cmi 386 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı X7 Cavabdeh ilə 08 mart 2011-ci il tarixdə ailə qurmuşdur.Birgə nikahlarından olan 26 may 2007-ci il tarixdə X4 vı 19 oktyabr 2008-ci il tarixdə X5 adlıuşaqlar doğulmuşdur.Qızı Vüsalə 15 iyul 2022-ci il tarixdə vəfat etmişdir.Yetkinlik yaşına çatmayan uşaqlar Lerik Raryon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə onun himayəsinə verilmişdir.Cavabdeh bir dəfə də olsun uşaqına nə maddi nə də mənəvi cəhətdən köməklik göstərməmişdir.Ona görə də məcbur olub məhkəməyə müraciət etmək qəraraına gəlmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 26 may 2007-ci il tarixdə X4 və 19 oktyabr 2008-ci il tarixdə X5 adlıuşaqlar doğulmuşdur. İş materiallarına əlavə edilmiş; 08 yanvar 2020-ci il AZ-İİ № 289283 saylı Ölüm haqqında Şəhadətnamənin sürətindən görünür ki, X7 15 iyul 2022-ci il tarixdə Travmatik ikincili və ya residivləşən qanaxma səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş; Lerik rayon İcar hakimiyyəti Başçısının xx.xx.2022- ci il 177 nömrəli sərancamına əsəsən Yetkinlik yaşına çatmayan 26 may 2007-ci il tarixdə doğulmuş X4 və 19 oktyabr 2008-ci il tarixdə doğulmuş X1 Aşur Feyruz oğlunun himayəsinə verilmişdir. Məhkəmə iddiaçını dinləyib mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının qızı X7 Cavabdeh ilə ailə həyatı quraraq evlənmişlər.Tərəflərin birgə nikahlarından 26 may 2007-ci il tarixdə X4 və 19 oktyabr 2008-ci il tarixdə X5 adlı uşaqlar doğulmuşdur.İddiaçının qızı Vüsalə 15 iyul 2022-ci il tarixdə vəfat etmişdir.Yetkinlik yaşına çatmayan Aqşin və Şölə adlı uşaqlar Lerik aryon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə iddiaçının himayəsinə verilmişdir.Cavabdeh bir dəfə də olsun uşaqına nə maddi nə də mənəvi cəhətdən köməklik göstərməmişdir.Ona görə də məcbur olub məhkəməyə müraciət etmək qəraraına gəlmişdir. Özü heç yerdə işləmədiyindən uşağın saxlanılması üçün çətinliklə üzləşir. Hazırda uşağın maddi təlabatı çoxaldığından iddiaçı cavabdehdən aliment tutulması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların artan maddi-məişət tələbatını və saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, tərəflərin birgə nikahından 26 may 2007-ci il tarixdə X4 və 19 oktyabr 2008-ci il tarixdə X5 adlı uşaqları yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaqa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli və qətnamə Azərbaycan Respublikasının MPM-nin 234.3.2 və 234.2.1-ci maddələrinə əsasən dərhal icra olunmalıdır. Belə ki, həmin maddələrin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh X2 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 26 may 2007-ci il tarixdə doğulmuş X4 və 19 oktyabr 2008-ci il tarixdə doğulmuş X5 adlı uşaqları yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaqa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar